Məhkəmə qərarları › İş №2(007)-3776/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3776/2021

05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3776/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum əri 24 dekabr 1986-cı il tarixində Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur və Bakı şəhərində sürücü vəzifəsində çalışmışdır. X10, iş vaxtı, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5 ünvanında, “Koala” parkının yaxınlığında 10 avqust 2021-ci il tarixində, saat 10:55 radələrində 35 yaşında vəfat etmişdir. “103” xidmətinə zəng edildikdən sonra hadisə yerinə 8 saylı bölmənin həkimi gəlmiş və əri X4 meyiti ilə rastlaşmış və “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoyulmuş və onlara bu fakt barədə 25 avqust 2021-ci il tarixli, 257 saylı arayış verilmişdir. Mərhum əri X10 10 avqust 2021-ci il tarixində Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. X1 yuxarıda qeyd edilən ünvanda və tarixdə vəfat etdiyini və Mehdiabad qəbiristanlığında dəfn edilməsi faktını təsdiqləyən şahidləri və Mehdiabad Bələdiyyəsindən arayışı var. Mərhum əri X4 ölüm faktının qeydə alınması barədə “Forma N106” arayışı almaq üçün 5 saylı şəhər poliklinikasına müraciət edilmişdir. 5 saylı şəhər poliklinikasından mərhum əri uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə arayış alması və ölüm faktının müəyyən olunması ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olunmasını bildirən 30 avqust 2021-ci il tarixli, 1485 saylı imtina məktubu verilmişdir. Eyni zamanda mərhum əri X4 ölüm faktının qeydə alınması ilə əlaqədar Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etsə də qeydiyyat şöbsinin 05/Q-1609/75 saylı, 28 avqust 2021-ci il tarixli məktubunda bildirilir ki, Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktları” kitabında hər-hansı məlumat aşkar edilmədiyindən, ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, ərinin ölüm haqqında şəhadətnaməsi ona vərəsəlik məsələləri ilə əlaqədar işlərin həlli üçün vacib sənəddir. Mərhum əri 24 dekabr 1986-cı il təvəllüdlü X4 10 avqust 2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi ilə əlaqədar hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X6 ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, o və mərhum X10 Mənzil Kommunal və Texniki Xidmət Sahəsində birlikdə işləmişlər. 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 5 ünvanında “Koala” parkın yaxınlığında təzə parkın açılışına hazırlıq işləri getmişdir. Təqribən saat 10-11 radələrində Elçinin səhhəti pisləşmiş, nəticədə yerə yıxılmışdır. X17 Yardım Stansiyasına zəng etmişlər, həkimlər gələnədək onlar Elçinin əlini və ayağını masaj etmişlər, lakin TTYS-nin həkimləri gəlib Elçini müayinə etdikdə, onun vəfat etdiyini bildirmişlər. O, Elçinin dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, mərhum X10 Mənzil Kommunal və Texniki Xidmət Sahəsinin əməkdaşı olmuşdur. 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 5 ünvanında “Koala” parkın yaxınlığında təzə parkın açılışına hazırlıq işləri getmişdir. Birdən işçilər Elçinin səhhətinin pisləşərək yerə yıxıldığını ona demişlər, bundan sonra onlar Elçinin əlini və ayağını masaj etmişlər. X18 Yardım Stansiyasının həkimləri gəldikdə onun vəfat etdiyini bildirmişlər. O, Elçinin “Göy Məscid” kimi tanınan yerdə cənazə namazında iştirak etsə də, sonuncunun dəfnində iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 24 dekabr 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Əylis kəndində anadan olmuşdur, Ordubad rayonu, Yuxarı Əylis kəndində qeydiyyata alınmışdır; -AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur, ünvan 3 ünvanında qeydiyyata alınmışdır; -AZ-İİ seriyalı, 234502 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 02 oktyabr 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2595 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir; -“Bakı şəhəri Təcili və X5 Stansiyası” Publik hüquqi şəxsin 25 avqust 2021-ci il tarixli, 257 saylı məktubundan görünür ki, 10 avqust 2021-ci il tarixdə saat 10:55-də “103” xidmətinə Nəsimi rayonu, Vaqif prospekti, 5, “Koala” parkın yaxınlığı ünvanından Elçin Tağıyevin (35 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 8 saylı bölmənin həkimi Afər Süleymanova icra edərək, hadisə yerində X8 (35 yaş) məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuş və “Covid-19” virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürmüşdür. Hadisə barədə 20-ci polis bölməsinin əməkdaşı Rasim Əliyevə məlumat verilmişdir; -Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 28 avqust 2021-ci il tarixli, 05/Q-1609/75 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 8.5-ci bəndinə uyğun olaraq ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; - Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 30 avqust 2021-ci il tarixli, 132 saylı arayışından görünür ki, mərhum X10 10 avqust 2021-ci il tarixdə Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur; -Məhkəməyə X1 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 24 dekabr 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Əylis kəndində doğulmuş əri X10 10 avqust 2021ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi ərinin ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 24 dekabr 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Əylis kəndində doğulmuş əri X4 10 avqust 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 dekabr 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Əylis kəndində doğulmuş X4 10 avqust 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar