Məhkəmə qərarları › İş №2(007)-378/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-378/2023

18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-378/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, 13 oktyabr 2020-ci il tarixdə evdə olduqları vaxt X4 vəziyyəti pisləşdi. O dərhal Təcili Yardıma zəng vurdu, lakin Təcili Yardım gələnə kimi oğlu rəhmətə getdi. X6 Sabirabad rayonu, Çırpaqlı qəsəbə qəbirsanlığında dəfn etmişlər.6 saylı Bakı “ASAN xidmət»X1 Elnur Kamil oğlunun ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmiş, lakin müvafiq orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyini məsləhət gördülər. X4 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər.Bu səbəbdən də məhkəməyə müraciət edir.Qeyd olunanlara əsasən oğlu , xx.xx.1987-ci il təvəllüdlü X10 13 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikaısnın Ədliyyə Nazirliyinin 6 saylı Bakı” Asan Xidməti” X11 məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Azərbaycan Respublikaısnın Ədliyyə Nazirliyinin 6 saylı Bakı” Asan Xidməti” X7 nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 16 saylı evin 75 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon X9 Mətanət Qulu qızına ünvanladığı xx.xx.2022-ci il məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.200-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin olunması mümkün deyil.X2 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. İş materiallarında olan Sabirabad Rayonu Minbaşı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.2020-ci il tarixdə Çıraqlı qəsəbə qəqəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də xx.xx.1987-ci il təvəllüdlü X10 13 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə oğlunun ölüm haqqında şədadətnaməsini almaq üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1987-ci il təvəllüdlü X10 13 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X10 13 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar