Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-382/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 06.04.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, X4 28.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması və "ölüm haqqında şəhadətnamə" verilməsinin Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 06.04.1967-ci ildə Bakı şəhərində anadan olmuş X7 onun həyat yoldaşıdır. Onunla 20.09.2000-ci iİ tarixdə, nikahlarını Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşlar. Həmin nikahdan 2001-ci yanvar ayının 13-də Aysel adlı qızları anadan olmuşdur. 27.10.2021-ci il tarixdə, gecə ərizəçinin həyat yoldaşının vəziyyəti pisləşmiş, təcili yardım çağırmış, saat 21:25 radələrində təcili yardım həkimləri mənzilə gələrək, həyat yoldaşına tibbi yardım göstərərək getmşlər. 27.10.2021-ci il tarixdə, səhər tezdən onun həyat yoldaşının vəziyyəti təzədən pisləşmiş və o, təcili yatdım çağırmışdır. saat 06:00 radələrində təcili yardım həkimləri mənzilə gələrək, həyat yoldaşına tibbi yardım göstərərək getmişlər. 28.10.2021-ci il tarixdə, gündüz saat 15:00 radələrində həyat yoldaşının vəziyyəti kəskin surətdə pisləşmiş və o, təcili yardım çağırmış, təcili yardım həkimləri mənzilə saat 15:10 radələrində gəlmişlər. Lakin təcili yardım həkimləri mənzilə gələndə həyat yoldaşı X7 rəhmətə getmişdir. Həkimlər bu barədə müvafiq arayış vermişlər. 28.10.2021-ci il tarixdə mərhum həyat yoldaşı X5 Hacıqabul rayonuna apararaq Hacıqabul qəbristanlığında dəfn etmişlər. Ərizəçinin mərhum həyat yoldaşının dəfn mərasimi ilə məşğul olduqlarından, bu barədə həkimə müraciət edə bilməmişlər. Həyat yoldaşının dəfn mərasimləri başa çatandan sonra, 06.11.2021-ci il tarixdə, Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X7 barədə "ölüm haqqında şəhadətnamə" verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi Ərizəçi ərizəsinə 06.11.2021-ci il tarixli məktubla cavab verilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü İ tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bildiyi, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq Qeydiyyat şəbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, X1 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyinin məsləhət görülməsi bildirilmişdir. Onun mərhum həyat yoldaşı X8 barədə "ölüm haqqında şəhadətnamə" alınması mirasla bağlı məsələnin həlli üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq yoldaşının xəstə olduğunu, belində ağrıları olduğunu, onların X5 Hacıqabul rayonuna apararaq Hacıqabul qəbristanlığında dəfn etdiklərini, 18 saylı poliklinikada qeydiyyatda olduğu üçün ora müraciət etdiklərini qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan iddia ərizəsini baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında ştirak etmiş X6 şahid qismində ifadə verərək X4 qızı olduğunu, atasının xəstə olduğunu, 27.10.2021-ci il tarixdə axşam saatlarında vəziyyətinin pisləşdiyini, təcili tibbi yardım çağırdıqlarını və həkimin gəlib iynə vurduğunu, 28.10.2021-ci il tarixdə atasının vəziyyətinin yenidən pisləşdiyini və həmin gün 2 dəfə təcili tibbi yardım çağırdıqlarını, axırıncı dəfə təcilli tibbi yardım çağıranda həkimin atasının dünyasını dəyişdiyini bildirdiyini, atasına Hacıqabulda yas mərasimi etdiklərini qeyd etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hacıqabul Bələdiyyəsi tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş 12.11.2021-ci il tarixli arayışdan görünür ki, mərhum X7 28.10.2021-ci ildə vəfat etmiş və Hacıqabul qəbristanlığında dəfn edilmiş, mərhumun dəfn mərasimini və xərclərini onun həyat yoldaşı Ərizəçi təşkil etmişdir. - Vİİ жт 395225 nömrəli nikah haqqında çəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X7 20.09.2000-ci iİ tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması akt qeydləri kitabında 463 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili və X2 6 saylı bölmənin təcili tibbi yardım briqadasının 28.10.2021-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X3 Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - Bakı Şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi göndərilmiş 06.11.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən, ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi həyat yoldaşı X7 28.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi həyat yoldaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu badərə şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi həyat yoldaşı X4 28.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ərizə ölüm haqqında şəhadətnamənin verilməsi hissədə təmin edilməməlidir. Belə ki, qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 06.04.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 28.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-382/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-382/2022
12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver