Məhkəmə qərarları › İş №2(007)-3869/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3869/2024

05.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3869/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mediator X14 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs və X4 arasında bağlanmış 28 oktyabr 2024-cü il tarixli barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 14 dekabr 2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 övladı var. X16 18 yanvar 2021-ci ildə və X10 26 dekabr 2022-ci ildə anadan olmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(011)- 927/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Alimentin azaldılması ilə bağlı Əkbərov X7 Təşkilatına müraciət etmişdir. 28 oktyabr 2024-cü il tarixdə Bakı 16 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən,

1. Tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatmana kimi saxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(011)- 927/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin.

2. 1-ci tərəf: (Maraqlı şəxs) tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatmana kimi saxlanması üçün 2-ci tərəfə (X4) hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.

3. Alimentin miqdarıdan dəyişilik 01 oktyabr 2024-cü il tarixindən hesablanacaqdır.

4. Aliment hər ayın 1-dən 10-dək 2-ci tərəfin (Ərizəçi) təqdim etdiyi bank hesabına və ya bank kartına ödəniləcəkdir. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, X2 göstərilən öhdəliklərini icra etmir.

İş materialları :

3. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/xx/xx-1601 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər 1. Tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 927/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, 2. 1-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəfə (X3) hər ay hər uşağa görə 100 (yüz ) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürməsi, 3. Alimentin miqdarından dəyişiklik 01 oktyabr 2024-cü il tarixindən hesablanması, 4. Aliment hər ayın 1-dən 10-dək 2-ci tərəfin (X1) təqdim etdiyi bank hesabına və ya bank kartına ödəniləcəyi barədə razılığa gəlmişlər.

4. AZ-İV seriyalı, 834470 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2022-ci ildə doğulmuş və bu barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 57 nömrə ilə qeyd edilmişdir, atası Maraqlı şəxs, anası Ərizəçidır.

5. AZ-İV seriyalı, 550738 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2021-ci ildə doğulmuş və bu barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 507 nömrə ilə qeyd edilmişdir, atası Maraqlı şəxs, anası Ərizəçidır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-927/2022 saylı qətnaməsindən görünür ki, iddianın təmin olunaraq, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və 1980 №-li akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X16 iddiaçı Ərizəçi himayəsində saxlanılması, cavabdeh Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqısının 50%- miqdarında aliment tutularaq iddiaçı Ərizəçi ödənilməsi, alimentin tutulmasının 14 dekabr 2021-ci il tarixdən hesablanması qət edilmişdir.

7. AA seriyalı, 265419 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X5 1993-cü il tarixindən etibarən Füzuli rayonundan məcburi köçkün düşmüşdür.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehlə aralarında olan nikahın pozulduğunu, cavabdehin valdeynlərinin xəstə olduğu üçün 100 manat alimentə razı olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, atasıgildə qalır və özü işləmir. Cavabdeh məhkəmə iclasından məlumatlıdır, lakin işdə olduğu üçün gələ bilməmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Belə olan halda, məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:

3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. “Uşaq Hüquqları haqqında” Qanun :

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

İşin faktiki halı :

16. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X16 anadan olmuşdur. Tərəflər arasında bağlanmşı nikah xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulmuşdur. Tərəflərin faktiki nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X15 doğulmuşdur. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosessində barışıq sazişi imzalanaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə razılığa gəlmişlər.

17. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/16/2024-01601 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər 1. Tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2022ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-927/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi, 2. 1-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəfə (X3) hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində alimenti ödəməyi öz öhdəsinə götürməsi, 3. Alimentin miqdarında dəyişikliyin 01 oktyabr 2024-cü il tarixindən hesablanması, 4. Aliment hər ayın 1-dən 10-dək 2-ci tərəfin (X1) təqdim etdiyi bank hesabına və ya bank kartına ödəniləcəyi barədə razılığa gəlmişlər.

18. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən Ərizəçi mediator X14 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs və X4 arasında bağlanmış 28 oktyabr 2024-cü il tarixli barışıq sazişini təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmənin mövqeyi :

19. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və iddiaçının izahatını dinləyərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, ailə qanunvericiliyə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən uşağın saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla alimentin miqdarını və ödənilmə qaydasını müəyyən edə bilərlər.

21. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.

22. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, maraqlı şəxs Əkbərov X7 prosesi nəticəsində bağlanmış MŞB/16/2024-01601 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərini sazişə uyğun olaraq yerinə yetirməmişdir..

23. Məhkəmə qeyd edir ki, sözügedən MŞB/16/2024-01601 nömrəli xx.xx.2024-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.

24. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

Nəticə :

25. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024- 01601 saylı barışıq sazişi təsdiq edilməlidir.

26. Məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad edildiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi :

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/xx/xx-01601 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. Tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 927/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin.

2. 1-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəfə (X3) hər ay hər uşağa görə 100 (yüz ) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində alimenti ödəməyi öz öhdəsinə götürür.

3. Alimentin miqdarında dəyişiklik 01 oktyabr 2024-cü il tarixindən hesablanacaqdır.

4. Aliment hər ayın 1-dən 10-dək 2-ci tərəfin (X1) təqdim etdiyi bank hesabına və ya bank kartına ödəniləcəkdir.” İddiaçının ödəməkdən azad edildiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar