Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-400/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ümumi paylı mülkiyyətdə olan evdən payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ümumi paylı mülkiyyətdə olan evdən payının naturada ayrılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanı ümumi paylı mülkiyyət olmaqla 1/6 hissədə C tikilisi 3 otaq yaşayış sahəsi 36,8 kv.m Cavabdeh1, 2/6 hissədən 1 otaq yaşayış sahəsi 17,3 kv.m Cavabdeh2, 1/6 hissə Cavabdeh3, 2/6 hissə Cavabdeh4, 2/6 hissənin qalan hissəsindən 2/3 hissə Cavabdeh5, 2/6 hissə Cavabdeh6, 1/6 hissədən V tikilisi, ümumi sahəsi 22,4 kv.m olan hissəsi isə onun ümumi paylı mülkiyyətindir. Qeyd edilən ünvanda bir neçə mülkiyyətçi olsa da hər birinin mülkiyyətində və istifadəsində olan yaşayış sahələri bir-birindən tam təcrid olunmaqla birinin digərinə heç bir maneəçiliyi yoxdur. Lakin əmlak ümumi paylı mülkiyyətdə olduğundan hər kəsin öz mülkiyyətində olan mənzili üzərində sərbəst maneəsiz sərəncam vermək hüququ məhdudlaşır. Bu səbəbdən də, paylı mülkiyyətin digər pay hüquqlu mülkiyyətçiləri olan cavabdehlərə dəfələrlə paylarının könüllü şəkildə razılıqla ayrılmasını təklif etsə də, bu məsələnin öz aralarında həlli mümkün olmayıbdır. Ona isə öz payının onlardan ayrılaraq ayrıca çıxarışın verilməsinə razılıq vermirlər. Bundan əlavə, qeyd edilən ünvanda olan hər bir paylı mülkiyyətçiyə pretenziya qaydasında xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə teleqramla yazılı təklif göndərərək ümumi paylı mülkiyyətdən payının ayrılmasına razılıq vermələrini xahiş edilib. Hər bir mülkiyyətçiyə göndərdiyi təklif xx.xx.2023-cü il tarixdə alıblar. Lakin bu günədək təklifinə heç bir münasibət bildirməyiblər (bu halı təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir). Belə bir vəziyyətdə cavabdehlərlə ümumi paylı mülkiyyətin idarə edilməsinin mümkünsüzlüyü yaranıb. Qeyd edir ki, eyni tələblə 2021-ci ildə də tərəfindən məhkəməyə müraciət edilib. Həmin vaxt məhkəmənin qərarı ilə məkəmə-texniki ekspertizası, “tikinti-texniki obyektlərin tədqiqi” barədə ekspertiza təyin edilib. 30 noyabr 2021-ci il tarixli 10/4756 saylı ekspert rəyində də qeyd edilib ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən İddiaçı faktiki istifadəsində olan “V” tikilisinin planlı yerləşməsinin, həmçinin digər tikililərdən təcrid vəziyyətdə olduğunu, sözügedən tikiliyə ayrıca giriş-çıxış qapısının olduğunu nəzərə alaraq, İddiaçı məxsus “V” tikilisinin digər tikililərdən tənasübsüz zərər vurmadan ayrılması texniki cəhətdən mümkündür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-144/23 saylı qərardadı ilə həmin iddia tələbi üzrə iş baxılmamış saxlanılıb. Ərizə ilə müraciət edərək həmin mülki işə yenidən baılmasını xahiş etsə də, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməyib və ona həmin tələblə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilib. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə ümumi qaydada yenidən məhkəməyə müraciət edib. Yenə də, Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(007) 2989/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. Qərardadda qeyd edilib ki, o, məhkəməyə qədər mübahisənin pretenziya qaydasında həlli ilə əlaqadar cavabdehlərə müraciət etməyib. Həmçinin, qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra eyni tələblə məhkəməyə yenidən ümumi qaydada müraciət hüququ izah edilib. Bundan sonra o, yuxarıda qeyd etdiyi qaydada cavabdehlərə pretenziya qaydasında məsələnin həlli ilə müraciət etməklə işin həllinə çalışsa da, nəticəsi olmayıb. Cavabdehlərin ümümi paylı mülkiyyətdən payının naturada ayrılmasına məhkəməyədək pretenziya qaydasında razılıq verməməsi onu göstərir ki, məsələnin məhkəmədən kənar həlli mümkün deyildir. Odur ki, pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə təkrarən müraciət edir. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən ona məxsus olub mülkiyyətində olan 1/6 hissə “V” tikilisi ümumi sahəsi 22,4 kv.m mənzil sahəsinə dair payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə baxış iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 351,4 kv.metr olan fərdi yaşayış evinin 1/6 hissədən C tikilisi 3 otaq y/s 36,8 kv.m X1, 2/6 hissədən 1 otaq y/s 17,3 kv.m xx.xx.2011-ci ildə Cavabdeh2, 1/6 hissə xx.xx.2012-ci ildə Cavabdeh3, 1/6 hissədən V tikilisi, üm/s 22,4 kv.m xx.xx.2023-cü ildə İddiaçı, 2/6 hissə xx.xx.2020-ci ildə Cavabdeh4, 2/6 hissəni qalah hissəsindən 2/3 hissə xx.xx.2021-ci ildə Cavabdeh5 və 2/6 hissənin qalan hissəsindən 1/3 hissə Cavabdeh6 adına xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. - İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvanlanmış xx.xx.2023-cü il tarixli təkliflərdən görünür ki, o, mülkiyyətində olan payının naturada ayrılmasına razılıq verilməsini xahiş etmiş, təklifi aldıqları gündən 3 gün müddətində fikirlərini bildirmələrini xahiş etmişdir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/9888 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, mübahisə predmeti lan fərdi yaşayış evindən iddiaçıya məxsus “V” tikilisinin digər paylardan ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Belə ki, fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki istifadə (bölgü) qaydasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 22,4 kv.metr olan 1/6 hissədən V tikilisi İddiaçı mülkiyyətindədir. İddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, daşınmaz əmlakın ümumi sahəsi 22,4 kv.metr olaraq göstərilmiş və digər cavabdehlərlə birlikdə iddiaçı göstərilən fərdi yaşayış evində paylı mülkiyyət hüququna malikdir. Belə ki, iş üzrə aparılmış tikinti-texniki ekspertizası ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçı məxsus “V” tikilisinin naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 22,4 kv.metr olan 1/6 hissədən V tikilisi iddiaçının payına uyğun olaraq naturada ayrılması üçün heç bir maneə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci madəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin İddiaçı məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmçinin ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olduğundan, mövcud iddia tələbi təmin edilərək, iddiaçının istifadəsində olan hissə onun payına uyğun olaraq ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci iddiaçıya aid edilməli və ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 22,4 kv.metr olan 1/6 hissədən V tikilisi onun payına uyğun olaraq naturada ayrılmalı, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 22,4 kv.metr olan 1/6 hissədən V tikilisi onun payına uyğun olaraq naturada ayrılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-400/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-400/2024
12.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver