Məhkəmə qərarları › İş №2(007)-4013/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4013/2024

10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4013/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ölüm haqqında şəhadətnamənin alınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:

1. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ölüm haqqında şəhadətnamənin alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sabiq həyat yoldaşı X1 ölüm faktını qeydə alıb, ölüm haqqında şəhadətnamə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

305-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır:- hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 52.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir.

Hakimin mövqeyi:

4. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən ərizənin məzmunundan müəyyən etdim ki, hazırki tələb “şəxsin ölmüş elan edilməsi”dir və həmin tələbə Mülki Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılmalıdır. Xüsusi icraat qaydasında işlər ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

5. Göründüyü kimi Ərizəçi məhkəməyə müraciət edərkən ddia icraatı qaydasında iddia ərizəsi vermişdir. Halbu ki, ərizəçi kimi ərizə ilə müraciət edib Maraqlı şəxs isə maraqlı şəxs kimi cəlb etməli idi. İddiaçı Ərizəçi ərizə verərkən forma və məzmuna riayət etməmişdir.

6. Beləlikə, iddiaçı iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında “şəxsin ölmüş elan edilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət etməli idi.

7. Həmçinin ərizə ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Belə ki, iddia tələbi qiymətləndirilməyən iddia növünə aid olduğundan iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəməli idi.

Nəticə:

8. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsanlara əsasən iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ölüm haqqında şəhadətnamənin alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

Qərara aldım:

İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ölüm haqqında şəhadətnamənin alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar