Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4053/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdulova Lalə Adil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediator X2 tərəfindən keçirilmiş mediasiya sessiyasında X3 və Ərizəçi arasında bağlanmış 16 iyul 2024-cü il tarixli barışıq sazişini təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə 17 iyun 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 2 övladı var. X4 08 yanvar 2012-ci ildə və X6 11 iyul 2010-cu ildə anadan olmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(007)-2517/2024 saylı qətnamə ilə aralarında olan nikah pozulmuşdur. Aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Mediyasiya Şurasının Bakı 1 saylı Mediasiyya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediataru X2 vasitəsi ilə X3 ilə onun arasında xx.xx.2024-cü il tarixli Başışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən, 1. Mediasiya (mübahisə) tərəfləri Suraxanı rayonu Qeydiyyat şöbəsində qeydiyyata alınmış 17 iyun 2009-cu il tarixli, 561 nömrəsi ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə qarşılıqlı razılığa gəldilər. 2. Mediasiya (mübahisə) tərəfləri X4 və X6 adlı övladları yetkinlik yaşına çatmanadək ananın-yəni, Ərizəçi himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəldilər. 3. Birinci tərəf (ata)-yəni, X3 ikinci tərəfə (anaya)- yəni Ərizəçi X1 və X6 adlı övladların ananın himayəsində yetkinlik yaşma çatanadək yaşayış və maddi xərclərinin qarşılanması üçün hər təqvim ayı üzrə ümumilikdə 470 AZN məbləğində aliment ödəyəcəkdir. 4. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğinin -yəni, 470 AZN məbləğinin hesablanması 2024-cü ilin iyun ayının 24-cü günündən hesablanmağa başlayacaqdır və hər təqvim ayının 10-cu gününə qədər ata tərəfindən anaya ananın təqdim edəcəyi müvafiq bank hesabına bağlı bank kartına ödənəcəkdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs iddia ərizəsini qəbul edərək bildirdi ki, barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Hazırda Ərizəçi ilə Maraqlı şəxs aralarında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1. Mediasiya (mübahisə) tərəfləri Suraxanı rayonu Qeydiyyat şöbəsində qeydiyyata alınmış 17 iyun 2009-cu il tarixli, 561 nömrəsi ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə qarşılıqlı razılığa gəldilər. 2. Mediasiya (mübahisə) tərəfləri X4 və X6 adlı övladları yetkinlik yaşına çatmanadək ananın-yəni, Ərizəçi himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəldilər. 3. Birinci tərəf (ata)-yəni, X3 ikinci tərəfə (anaya)- yəni Ərizəçi X1 və X6 adlı övladların ananın himayəsində yetkinlik yaşma çatanadək yaşayış və maddi xərclərinin qarşılanması üçün hər təqvim ayı üzrə ümumilikdə 470 AZN məbləğində aliment ödəyəcəkdir. 4. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğinin -yəni, 470 AZN məbləğinin hesablanması 2024-cü ilin iyun ayının 24-cü günündən hesablanmağa başlayacaqdır və hər təqvim ayının 10-cu gününə qədər ata tərəfindən anaya ananın təqdim edəcəyi müvafiq bank hesabına bağlı bank kartına ödənəcəkdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli, MŞB/1/2024- 00270 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində Bakı şəhəri 1 saylı Mediasiya təşkilatında, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, barışıq sazişi bağlanılan zaman ərizəçi ümumilikdə 120 manat mediasiya xərcini ödəmiş, buna görə də, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/1/2024-00270 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Mediasiya (mübahisə) tərəfləri Suraxanı rayonu Qeydiyyat şöbəsində qeydiyyata alınmış 17 iyun 2009-cu il tarixli, 561 nömrəsi ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə qarşılıqlı razılığa gəldilər.
2. Mediasiya (mübahisə) tərəfləri X4 və X6 adlı övladları yetkinlik yaşına çatmanadək ananın-yəni, Ərizəçi himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəldilər.
3. Birinci tərəf (ata)-yəni, X3 ikinci tərəfə (anaya)- yəni Ərizəçi X1 və X6 adlı övladların ananın himayəsində yetkinlik yaşma çatanadək yaşayış və maddi xərclərinin qarşılanması üçün hər təqvim ayı üzrə ümumilikdə 470 AZN məbləğində aliment ödəyəcəkdir.
4. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğinin -yəni, 470 AZN məbləğinin hesablanması 2024-cü ilin iyun ayının 24cü günündən hesablanmağa başlayacaqdır və hər təqvim ayının 10-cu gününə qədər ata tərəfindən anaya ananın təqdim edəcəyi müvafiq bank hesabına bağlı bank kartına ödənəcəkdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov