Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4067/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə un iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni onunla əsaslandırdı ki, 22 dekabr 1953-cü il təvəllüdlü, Bakı şəhəri, Qara Qarayev prospekti ev 109, mənzil 11-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X2 uzun sürən xəstəlikdən sonra 01 iyul 2020-ci il tarixində Quba rayonunda vəfat edib.Ölkədə və dünyada mövcud olan pandemiya şəraiti ilə əlaqədar olaraq qanunla müəyyən edilən qaydada və müddətdə ölümün qeydə alınması üçün tərəfinizdən müraciət edilməyib.Qeydiyyat şöbəsi tərəfindən 15 sentyabr 2021-ci il tarixli 050/2368/15 nömrəli məktubla ona bildirilib ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığı üçün hazırki halda ərizənin icrası qeyri-mümkündür. Ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildir ki, ölüm faktının müəyyən edilməsi ona vərəsəliklə bağlı zəruridir.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, 22 dekabr 1953-cü il təvəllüdlü anası-X1 01 iyul 2020-ci il tarixində Quba rayonunda vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına barədə qətnamə qəbol olunsun. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil da eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Nizami Rayon Qeydiyyat Şöbəsii məhkmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Suraxanı Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Biləcəri Bələdiyyəsindən verilmiş 26 noyabr 2021-ci il tarixli,A-1200 saylı arayışdan görünür ki, X2 01.07.2020-ci il tarixdə Biləcəri qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 15.09.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,ərizəçinin ölüm faktı barədə şəhadətnamə verilməsinə dair xahişindən imtina olunmuş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, X1 01 iyul 2020-ci il tarixində Quba rayonunda vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ərizəçiyə anasının ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 22.12.1953-cü il təvəllüdlü X1 01.07.2020-ci il tarixdə Quba rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-4067/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4067/2021
30.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver