Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4077/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Ərizəçi arasında Bakı 6 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulması və xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 anası Ərizəçi himayəsində qalması və hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment ödənilməsi ilə əlaqədar olaraq Bakı 6 saylı Mediasiya təşkilatının mediatoru X5 müraciət edib. Mediasiya prosesi nəticəsində mübahisə tərəfləri olaraq onunla Maraqlı şəxs arasında mübahisənin həlli şərtlərinə dair razılaşma əldə edilib. Bununla əlaqədar olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən aralarında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanıb. Barışıq Sazişinin 2.1-ci bəndində qeyd edilib ki, tərəflər kimi çıxış edən Maraqlı şəxs və Ərizəçi xx.xx.2014-cü il tarixdə, № 293 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. 2.2-ci bəndində aşağıdakılar qeyd edilib: “Maraqlı şəxs övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-a il təvəllüdlü X1 anası Ərizəçi himayəsində qalmasına etiraz etmir. 2.3-cü bəndində aşağıdakılar qeyd edilmişdir: Maraqlı şəxs övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdülü X3 üçün hər ay 235 (iki yüz oyuz beş) AZN olmaqla, ümumilikdə 470 (dörd yiiz yetmiş) AZN aliment ödəməyi öhdəsinə götürür. 6-cı bəndində aşağıdakılar qeyd edilmişdir: Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. 7-ci bəndində aşağıdakılar qeyd edilmişdir: tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. 8-ci bəndində aşağıdakılar qeyd edilmişdir: Sazişin könüllü icrasından imtina olunarsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 9-cu bəndində aşağıdakılar qeyd edilmişdir: Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi və məsrəfləri digər tərəf ona ödəməlidir. Qeyd etmək istəyir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2264/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onunla Maraqlı şəxs arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 07 mart 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 293 nömrə ilə qeyd edilmiş nikah pozulub. Onunla Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq Sazişinə əsasən, Maraqlı şəxs övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdülü Mir/əlizadə Ozan Nurlan oğlu üçün hər ay 235 (iki yüz oyuz beş) AZN olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN aliment ödəməyi öhdəsinə götürüb, lakin Maraqlı şəxs bu günə kimi barışıq sazişinin könüllü icrasından imtina edib. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs ilə Ərizəçi 07 mart 2014-cü il tarixdə nikaha daxil olublar. Birgə nikahlarından 29 dekabr 2014-cü il təvəllüdlü X4 və 07 may 2016-cı il təvəllüdlü X3 anadan olub. Tərəflər arasında nikah pozulmuşdur. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində 30 noyabr 2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişində göstərilmişdir ki, 2.1. Tərəflər kimi çıxış edən Maraqlı şəxs və Ərizəçi xx.xx.2014-cü il tarixdə, № 293 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər; 2.2. Maraqlı şəxs övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 anaları Ərizəçi himayəsində qalmasına etiraz etmir; 2.3. Maraqlı şəxs övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 üçün hər ay 235 (iki yüz əlli) AZN olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN aliment ödəməyi öhdəsinə götürür. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 30 noyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 30 noyabr 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə nikahın pozulmasının iddia icraatı qaydasında araşdırılmasını və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2264/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulduğunu nəzərə alaraq hesab edir ki, ərizə qismən edilməklə, 30 noyabr 2023-cü il tarixli barışıq sazişinin 2.2 və 2.3-cü bəndləri təsdiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi (2.2 və 2.3-cü bəndlərinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməli və ərizəçi tərəfindən ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi (2.2 və 2.3-cü bəndlərinə aid hissədə) aşağıdakı məzmunda təsdiq edilsin.
1. Maraqlı şəxs övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 anaları Ərizəçi himayəsində qalmasına etiraz etmir.
2. Maraqlı şəxs övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 üçün hər ay 235 (iki yüz əlli) AZN olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN aliment ödəməyi öhdəsinə götürür. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin və ondan 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva