Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-413/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, 07 noyabr 2022ci il tarixdə evdə olduqları vaxt həyat yoldaşı X4 vəziyyəti pisləşmişdir. O, dərhal Təcili Yardıma zəng vurmuş,lakin Təcili Yardım gələnə kimi həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşı X6 Balaxanı qəbirsanlığında dəfn etmişlər.Maraqlı şəxsnə həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin alınması ilə müraciət etmişdir. Lakin ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən müraciəti təmin olunmamışdır. Bu səbəbdən ona ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək məsləhət görülüb. Həyat yoldaşı X4 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşir.Qeyd olunanlara əsasən X4 07 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikaısnın Ədliyyə Nazirliyinin 6 saylı Bakı” Asan Xidməti” X5 məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Azərbaycan Respublikaısnın Ədliyyə Nazirliyinin 6 saylı Bakı” Asan Xidməti” X2 nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 67 saylı evin 31 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.200-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin olunması mümkün deyil.X1 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. İş materiallarında olan Balaxanı Bələdiyyəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.2022-cici il tarixdə Balaxanı qəsəbəsində yerləşən qəqəbirstanlıqda həyat yoldaşı Ərizəçi maddi vəsaiti hesabına dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, 19 may 1963-cü il tarixdə Zaqatala rayonunun Y.Tala kəndində anadan olmuş X7 07 noyabr 2022-ci il tarixdə Bakı şəhərində Bakı şəhərində vəfat etmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə oğlunun ölüm haqqında şədadətnaməsini almaq üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 19 may 1963-cü il tarixdə Zaqatala rayonunun Y.Tala kəndində anadan olmuş X4 07 noyabr 2022-ci il tarixdə Bakı şəhərində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 19 may 1963-cü il tarixdə Zaqatala rayonunun Y.Tala kəndində anadan olmuş X4 07 noyabr 2022-ci il tarixdə Bakı şəhərində Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-413/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-413/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver