Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4135/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçinin nümayəndəsi X5, Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi Nümayəndə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nümayəndə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 09 dekabr 1953-cü il təvəllüdlü Azərbaycan Respublikasının Quba şəhərində doğulmuş X4 03 avqust 2021-ci il tarixdə Quba şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X6 uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. 03 avqust 2021-ci ildə evdə olduğu vaxt vəziyyəti ağırlaşmışdır. O, dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi anası vəfat etmişdir. Anası Quba şəhərində yerləşən qəbirstanlığda dəfn olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə anasının ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciətini təmin etməmişdir. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Anasının ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən 09.12.1953-cü il təvəllüdlü X4 03.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X9 ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, X6 26 saylı poliklinikada şəkər xəstəsi kimi uçotda olmuşdur. Rəhmətə gedəndən sonra Qubada dəfn olunmuşdur. Ərizənin təmin olunmasını xahiş etdi. Eyni zamanda İsmayılov Səfər ərizəyə dəqiqləşmə verərək, ərizənin “xahiş edirəm” hissəsində texniki səhv olaraq X4 Bakı şəhərində vəfat etməsi yazılmışdır, ona görə Bakı şəhəri Quba şəhəri kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X15 ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində X10 ifadəsində bildirdi ki, X6 onun xalasıdır. Şahnaz İsmayılova şəkər xəstəliyindən əziyyət çəkirdi. 03.08.2021-ci il tarixdə vəfat etmişdir. Xalası qızının evində vəfat etmişdir. Yas mərasimində olmuşdur. Xalası Qubada dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid X11 ifadəsində bildirdi ki, X6 onun bacısıdır. Şahnaz İsmayılova şəkər xəstəliyindən əziyyət çəkirdi. 03.08.2021-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtı onun yanında olmuşdur. Təcili tibbi yarıdımı o çağırmışdır. Bacısı X1 dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ASAN 5 tərəfindən verilmiş AZE seriyalı, 19139818 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 09.12.1953-cü il tarixdə Quba şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. ASAN 1 tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1978-ci il tarixdə Naxçıvan MR anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. V-JQ seriyalı 36589 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında isə X6 qeyd olunmuşdur. Quba Rayon Mərkəzi Xəstəxanası Təcili və X7 Şöbəsi 03.08.2021-ci il tarixli ölüm haqqında vərəqəsindən görünür ki, X2 və X7 gələnə qədər ölmüşdür. Zorakılıq əlamətləri aşkarlanmadı. Quba Bələdiyyəsinin 10.09.2021-ci il tarixli 886 saylı arayışından görünür ki, X6 03.08.2021-ci il tarixdə vəfat etmiş və Quba şəhərində yerləşən qəbristanlığında dəfn edilmişdir. Ərizəçinin 11.08.2021-ci il tarixli ərizəsinə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin 27 avqust 2021-ci il tarixli 05Q-2174/15 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəçinin ərizəsinin təmin edilməsi mümkün deyil. X4 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 26 saylı Mənzil Kommunal İstismar Sahəsinin 154 nömrəli 30.08.2021-ci il tarixli arayışından görünür ki, Nümayəndə ünvan 2 ünvanında qeydiyyatdadır. 28.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Nümayəndə məhkəməyə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Nizami rayon MKTB-nin 26 saylı Mənzil Kommunal İstismar Sahəsinin 30.08.2021-ci il tarixli arayışından görünür ki, Nümayəndə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6.-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X4 03.08.2021-ci il tarixdə Quba şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, bu faktın təsdiq edilməsi X4 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 09 dekabr 1953-cü il təvəllüdlü X4 03 avqust 2021-ci il tarixdə Quba şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 09 dekabr 1953-cü il təvəllüdlü X4 03 avqust 2021-ci il tarixdə Quba şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Nümayəndə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-4135/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4135/2021
29.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver