Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-416/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh X5 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “müqavilənin və sazişin etibarsız hesab edilməsi, iddiaçıların mənzilə köçürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “müqavilənin və sazişin etibarsız hesab edilməsi, iddiaçıların mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ilə Cavabdeh1 Küfran oğlu arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 27.08.2021-ci il tarixli Sazişin məhkəmə qaydasında etibarsız hesab edilməsi, ''Rahatlığın Məkanı” MMC ilə Cavabdeh1 Küfran oğlu arasında bağlanmış 07.09.2019-cu il tarixli Müqavilənin etibarsız hesab edilməsi, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Bakı şəhəri. Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 65 saylı evin, 4 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ataları X8 05.11.1989-cu il tarixdə vəfat etmiş, anaları X6 11.02.2012-ci il tarixdə ürək çatışmamazlığından ölmüşdür. Anaları X6 1995-ci ildə vəsiyyətnamə tərtib edərək, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi özünə məxsus olan bütün əmlakını uşaqları - İddiaçı2, İddiaçı3, İddiaçı1 və Cavabdeh1 Kufran oğluna vəsiyyət etmişdir. Anaları X4 ölümündən sonra, yəni 01.09.2021-ci il tarixdə vərəsəlik işi açılmış və 11.02.2012-ci il tarixində vəfat etmiş X4 vərəsələri- İddiaçı2, İddiaçı1 və X20 müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən anaları X3 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair 26.09.2012ci il tarixdə İddiaçı2 adına RX ******* nömrəli Çıxarış verilmişdir. Həmin Çıxarışda İddiaçı2 ¼ hissədə, İddiaçı1 ¼ hissədə və X12 ¼ hissədə payları göstərilmişdir. ünvan 1 ünvanında yerləşən mənzil onların paylı mülkiyyətlərində olmuşdur. Anaları X3 miras qalmış həmin yaşayış sahəsinin sökülərək verində "xxxx" MMC tərəfindən tikiləcək 4 saylı binanın 3-cü mərtəbəsində 2 (iki) otaqlı 110 m2, 4 nömrəli mənzilin orta təmirli vəziyyətdə verilməsinə razılaşaraq qardaşları Cavabdeh1 Küfran oğlu onların xəbərləri və razılıqları olmadan "xxxx" MMC ilə 07.09.2019-cu il tarixdə Müqavilə bağlamışlar. Daha sonra onların, yəni İddiaçı2, İddiaçı3 və İddiaçı1 Küfran oğlunun təkidi ilə "Rahatlığın Məkanı” MMC ilə Cavabdeh1 Qufran oğlu arasında bağlanmış 07.09.2019-cu il tarixli Müqaviləyə (Paylı mülkiyyətçilərin mənzildə olan paylarından imtina etməsi barədə yazılı iltizamda qeyd olunan məlumatın həqiqətə uyğun olmadığını qəbul edərək) düzəliş edilməsi məqsədi ilə “Rahatlığın Məkanı" MMC ilə X20, İddiaçı2 və İddiaçı1 arasında 14.04.2021-ci il tarixdə yeni müqavilə bağlanmışdır. Həmin X1 ¼ hissədə, İddiaçı2 ¼ hissədə, İddiaçı1 ¼ hissədə payları olmaqla təhvil verməyi və müvafiq qaydada rəsmiləşdirməyi “Rahatlığn Məkanı" MMC öhdəsinə götürmüşdür. Daha sonra, yəni 27.08.2021-ci il tarixdə Cavabdeh1 Küfran oğlu ilə aralarında Bakı şəhəri 14 saylı notariat ofisində Saziş bağlanmışdır. Həmin Sazişin 6-cı bəndində göstərilmişdir: İddiaçı1 hal-hazırda mənzilsiz qalmasını və Cavabdeh1 Küfran oğlunun ailə tərkibini nəzərə alaraq, Tərəflər bəyan edir ki, X2 Qufran qızı alınmış 110 kv.m. mənzildəki paylarını Cavabdeh1 Kifran oğlu və İddiaçı1 adına o şərtlə imtina edirlər ki, həmin mənzil qısa zaman ərzində satışa çıxarılsın və Cavabdeh1 Küfran oğlu və İddiaçı1 oğlu arasında bölünsün. Satış qiymətinin yuxarı və aşağı həddini təyin etmək üçün tərəflər müstəqil qiymətləndirici-ekspertə müraciət edəcəklər. Tərəflər ekspertin rəyini qəbul etməyi öhdələrinə götürürlər. Həmin “Saziş”in 7ci bəndində aşağıdakı kimi göstərilmişdir: 110 kv.m. sahəsi olan mənzil aşağıdakı kimi bölünür: Cavabdeh1 Küfran oğlu - 60% və İddiaçı1 40%. “Saziş”in 11-ci bəndində göstərilmişdir: İddiaçı2, X21 və İddiaçı1 bildirirlər ki, 110 kv.m. sahəsi olan mənzil Cavabdeh1 Küfran oğlu və X9 arasında bölündükdən sonra, onların X10 qarşı mənzillə bağlı heç bir tələb və iddiaları olmayacaq. Lakin, Cavabdeh1 Küfran oğlu Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 27.08.2021-ci il tarixli Sazişin tələblərini yerinə yetirməkdən imtina etmişdir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 65 ünvanında “Rahatlığın Məkanı’' MMC tərəfindən inşa edilmiş mənzil Cavabdeh1 Küfran oğluna təhvil verilmişdir. Cavabdeh1 Küfran oğlu həmin mənzilə təkbaşına yiyələnməklə onların mülkiyyət hüquqlarını pozmuşdur. Odur ki, Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 27.08.2021-ci il tarixli Sazişin məhkəm qaydasında etibarsız hesab edilməsinə zərurət yaranmışdır. Belə ki. notariat ofisində “Saziş'' bağlanarkən onlar iddiaçılar birmənalı olaraq bildirmişlər ki, əgər Cavabdeh1 qısa müddət ərzində Saziş”ə uyğun payları İddiaçı1 Küfran cğlu bölüşdürülməsini təmin etməzsə, onlar ¼ hissədə öz paylarını tələb edəcəklər. Cavabdeh "xxxx" MMC 24.01.2022-ci il tarixdə məhkəməyə mülahizə verərək bildirimişdir ki, "xxxx" MMC ilə X14 arasında bağlanan 07.09.2019-cu il tarixli müqavilə əsasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzilin əvəzinə ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 4 saylı binada sahəsi 110 kv.metr olan, 4 saylı mənzilin Elsəvər İsmayılova verilməsi barədə "xxxx" MMC öhdəlik götürüb və müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirib. ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 4 saylı binada sahəsi 110 kv.metr olan, 4 saylı mənzilin Elsəvər İsmayılovun sahibliyinə verildikdən sonra Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı sahəsi 92 kv.m olan mənzilin payçıları İddiaçı3, İddiaçı2 və İddiaçı1 sökülən mənzilin yerinə yeni verilən yeni mənzilə iddiaları olduğunu "xxxx" MMCyə bildirmişlər. Onlar bildirmişlər ki, 07.09.2019-cu il tarixində "xxxx" MMC-yə Elsəvər İsmayılovun təqdim etdiyi yazılı iltizamda göstərilə hallar həqiqətə uyğun deyil. Göstərilənlərə əsasən, 14.04.2021-ci il tarixdə İddiaçı3 Küfran qızı, İddiaçı2 və İddiaçı1 ilə "xxxx" MMC arasında yeni müqavilə imzalanmış və hər bir payçının, o cümlədən Elsəvər İsmayılovun yeni mənzildə ¼ hissədə payı müqavilədə qeyd olunmuşdur. Eyni zamanda iddiaçılar Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzildə yerləşən 3 otaqlı, ümumi sahəsi 92 kv.m olan yaşayış sahəsinin təhvil verilməsi qarşılığında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 65, 4 saylı mənzildə yerləşən ümumi sahəsi 110 kv.m olan yaşayış sahəsinin verilməsi barədə 07.09.2019-cu il tarixli "xxxx" MMC ilə X14 arasında bağlanan müqavilənin şərtləri ilə razılaşmış və müddəa yeni müqavilədə qeyd olunmuş, iddiaçılar tərəfindən təsdiq olunmuşdur. İddia ərizəsində 07.09.2019-cu il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi tələbi ilə bağlı bildirmişdir ki, bu halda "xxxx" MMC ilə X14 arasında qüvvədə olan müqavilə olmadığı üçün onun ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 110 kv.m olan yaşayış sahəsinin ¼ hissəsinə mülkiyyət hüququ məsələsi açıq qalır. Sökülən mənzilin paylı mülkiyyətçiləri Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 65, 4 saylı mənzildə yerləşən ümumi sahəsi 110 kv.m olan yaşayış sahəsində X22 ¼ hissədə, İddiaçı2 ¼ hissədə, İddiaçı1 ¼ hissədə, X14 ¼ hissədə payçı olacaqlar. Bununla əlaqədar, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 65, 4 saylı mənzildə yerləşən ümumi sahəsi 110 kv.m olan yaşayış sahəsində sökülən mənzilin paylı mülkiyyətçilərinin paylarının qəbul ediləcək məhkəmə qətnaməsində dəqiq göstərilməsi üçün iddia tələbinin dəqiqləşdirilməsinə zərurət var. Cavabdeh X14 28.02.2022-ci il tarixdə məhkəməyə etiraz verərək bildirmişdir ki, iddiaçıların ərizədə göstərdiləri halları əsassız saylır. Belə ki, o, "xxxx" MMC ilə müqavilə bağladığı halda belə iddiaçıların paylarını mənimsəmək niyyəti olmamış, belə bir niyyəti olsaydı heç bir halda saziş bağlayaraq, bacılarının və qardaşının payını tanımaz və imzası ilə notarial qaydada təsdiq etməzdi. "xxxx" MMC ilə bağlanmış müqavilə formal cəhətdən səhv ola bilər və o, həmin səhvin aradan qaldırılmasına etiraz etmir. Lakin məhkəmə bir halı nəzərə almalıdır ki, sökülmüş mənzilin yerinə "xxxx" MMC 2 mənzil verməli idi. Birinci mənzilin alınmasında və müqavilə bağlanmasında o iştirak etmiş, 2-ci mənzilin alınmasında onun iki bacısı- iddiaçılar iştirak ediblər və müqaviləni "xxxx" MMC ilə bağlayıblar. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC öz tərəfindən 63 kv.m sahəsi olan mənzil verdi və onun hər 2 bacısı əlavə 13400 manat ödəməklə artıq sahə almaq barədə razılaşıblar. Lakin, indi olduğu kimi onun bacıları müqavilə bağladıqdan sonra fikirlərini dəyişiblər və 13400 manat ödənişi geri alıblar. Həmin hərəkətləri bacıları özbaşına ediblər və ona bu barədə xəbər verməyiblər, halbuki 63.kv.metrin 25% ona məxsus olmalı idi. X39 faktiki olaraq mənzildən yazılı şəkildə imtina edərək onu "xxxx" MMC-yə bağışlayıb. Bunu "xxxx" MMC-nin nümayəndəsi hazırlıq iclasında demişdi. Aralarında bağlanan sazişin etibarsız sayılmasına münasibətdə hesab edir ki, məhkəmə bu məsələdə Azərbaycan Respublikası Mülki Məcəllənin 14-cü fəslində göstərilən maddələri tətbiq etməlidir. Bu məsələdə ən əsası odur ki, iddiaçılar saziş imzalayarkən iradə ifadəsini bildirmişlər. Həmin sənəd üzərində 3 həftədən çox çalışmış və onu razılaşdırmışlar. Saziş bağlandıqdan sonra o, bir çox maklerlə əlaqə saxlamış, evin satılması barədə elanları saytlarda yerləşdirmişdir. Lakin mənzilə müstəqil ekspert tərəfindən qoyulmuş qiymətdən aşağı satmaq zərərə səbəb olacaq. İddiaçıların tələbləri isə odur ki, mənzil neçəyə oldu satılsın. Bu məsələdə o, o halda razılıq verə bilər ki, ona dəyən zərər kompensasiya edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu və 347-ci maddələri tələbi pozulmamışdır. O, əlavə olaraq qeyd etdi ki, saziş dördünün də iştirakı ilə notariat kontorunda, audio və video yazılış aparılmaqla bağlanmışdı. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, mübahisəli mənzil paylı mülkiyyət olmuşdur. Mənzil söküləndən sonra Cavabdeh1 Küfran oğlu iddiaçıların xəbəri və razılığı olmadan "xxxx" MMC ilə aralarında 07.09.2019-cu il tarixdə müqavilə balamış və iddiaçılar adından müqaviləyə imza atmışdır. Sonra "xxxx" MMC müəyyən etmişdir ki, Cavabdeh1 Küfran oğlu iddiaçıların adından imza atmış, lakin iddiaçılar razılıq verməmişlər və ona görə də "xxxx" MMC həmin müqaviləni ləğv etmiş və yenidən ¼ paylarla müqavilə bağlanmışdır. İddiaçılar X20 və İddiaçı2 notariat qaydada paylarından imtina etmişlər. İddiaçılar ilə cavabdeh X15 arasında 27.08.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində saziş bağlanmışdır. Sazişə əsasən 110 kv.m sahəsi olan mənzilin 60% Cavabdeh1 Küfran oğlu və İddiaçı1 40% olmaqla bölünməsi və bölgüdən sonra X20 və İddiaçı2 Cavabdeh1 Küfran oğluna qarşı mənzillə bağlı heç bir tələb və iddiaları olmayacaqları müəyyən olunmuşdur. Cavabdeh1 Küfran oğlu mənzilin satılmasını istəmir, ona görə də iddiaçılar o sazişin etibarsız hesab edilməsini və hər kəsin ¼ payına özünə və əvvəlki vəziyyətə qayıtmasını istəyirlər. O, həmçinin bildirdi ki, 27.08.2021-ci il tarixli Sazişdə şifahi razılaşma əsasında mənzilin 3 ay müddətinə satışa çıxarılması bildirilsə də, Cavabdeh1 üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Sazişin etibarsızlığı məhkəmə tərəfindən tanınmalıdır. Belə ki, AR MM-nin 881.5-ci maddəsində göstərilir ki, əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddia münasibətlərini həyata keçirə bilmirlərsə xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. O da saziş bağlananda öhdəlik götürür ki, 60 və 40 faizə razılaşıb, evi satıb bu məsələni həll etsinlər. 2019-cu il tarixdə bağlanan müqavilə Elsəvərlə təkcə bağlanmışdır. "xxxx" MMC-nin təqdim etdiyi iltizama əsasən, guya 3 nəfər imtina etmişdir. Halbuki belə bir hal olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddianı qismən qəbul etdiyini, iddiaçıların mənzilə köçürlməsinə etiraz etməmələrini yalnız 27.08.2021-ci il tarixdə bağlanılmış sazişin etibarsızlığı hissəsi ilə razılaşmadığını bildirdi. O qeyd etdi ki, tərəflər arasında yenidən razılıq olmamış, əgər sazişdə tərəflərdən birinin razılığı olmadığı yazılsaydı onda mübahisə ola bilərdi. 3-4 həftə tərəflər arasında “whatsapp” vasitəsilə bu məsələ cavabdehlərlə danışılıb, sonda qərara gəliblər ki, onlar evi dörd hissəyə bölürlər, evin satılmasına razıdılar, bir şərtlər ki, evə qiymət qoyulsun. Onların dəvət etdiyi ekspert rəyi ilə iddiaçılar razı deyillər, cavabdehin təklif etdiyi bir otaqlı başqa mənzili də qəbul etmirlər. Onlara "xxxx" MMC ilə əvvəl 63 kv.metr başğa mənzil verilməsi, üstünə də əlavə 13400 manat verilməsi ilə razılaşmışdırlar. Bacılar 13400 manatı kassaya ödəyiblər, daha sonra fikirlərindən daşınıblar, 13400 manatı geri götürüb və "xxxx" MMC-yə ərizə yazaraq imtina etdiklərini bildirmişlər. Əgər tərəflər mənzilin qiyməti ilə razı deyilsə, ekpertiza keçirsinlər, qiymət təyin olunsun, o zamanda zərərin qiyməti müəyyən olunacaq, onlar da həmin mənzili dəyərini ödəyirlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X5 nümayəndəsi X17 iddianı qəbul etmədiklərini onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X18 yazılı mülahizənin məzmununa uyğun izahat verərək və əlavə olaraq qeyd etmişdir ki, həmin mənzildə Cavabdeh1 Küfran oğlu ailəsi ilə birlikdə həmin mənzildə yaşamışlar. Cavabdeh1 Küfran oğlunu orada sakin tanımışlar və sonradan onlara məlum olmuşdur ki, həmin mənzil paylı mülkiyyətdir. Cavabdeh1 Küfran oğlu yazılı şəkildə iltizam vermişdir ki, qardaşı İddiaçı1 və bacıları İddiaçı2 və İddiaçı3 imtina ediblər, həmin iltizam onlarda var və onun əsasında müqavilə bağlamılar. Cavabdeh1 Küfran oğlu ilə 90 kvadrat əvəzinə 110 kvadrat metr mənzili təmir edib Cavabdeh1 Küfran oğluna vermişlər. Sonradan onlara məlum olmuşdur ki, bacılar buna razı deyil, sonra Bəxtiyar da Moskvadan gəlmiş, daha sonra o, Elsəvərə əgər o vaxt 90 kavadrata paylı mülkiyətçidirsə, indi də 110 kvadrat metrə paylı mülkiyyətçi olduğunu demişdir. Əvvəlki müqavilə öz hüquqi qüvvəsini itirmişdir. 2019-cu il tarixli müqavilə zamanı da bacıların dilindən yazılı razılıq yox idi. İltizamı o, almış və buna heç kəsi məcbur etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı İddiaçı2 adına 26.09.2012-ci il tarixdə qeydiyyata alınmış Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X4 adına olan ¼ hissə açıq qalmış və hər birinin ¼ hissədə payı olmaqla İddiaçı2, X13 və İddiaçı1 payları müəyyən olunmuşdur. - "xxxx" MMC ilə X14 arasında bağlanmış 07.09.2019-cu il tarixli müqavilədən görünür ki, X5 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzili "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə Şirin Mirzəyev küçəsində tikiləcək 4 saylı binasının 3-cü mərtəbəsindəki 110 kv.metr mənzili orta təmirli vəziyyətdə X5 istifadəsinə verməyi öhdələrinə götürmüşlər. - 07.09.2019-cu il tarixli iltizamdan görünür ki, X14 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzildə ailəsi ilə birlikdə yaşadığını, həmin mənzilin digər payçıları qeyd olunan mənzildə yaşamadıqlarını və həmin mənzillə əlaqədar onun "xxxx" MMC ilə müqavilə bağlamağına razı olduqlarını, həmin müqaviləyə əsasən ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 4 saylı binada alacağı 2 otaqlı, 110 saylı mənzilə digər payçıların iddiaları olmadığını, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzili "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə Şirin Mirzəyev küçəsi 61, 3 saylı mənzilə digər payçıların hər hansı iddiası olarsa, bu iddialarla əlaqədar məsuliyyət daşıdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir. - 14.04.2021-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 61 saylı evin, 3 saylı mənzilinin ¼ hissədə mülkiyyətçiləri olan şəxslər həmin mənzilin təhvil verilməsi qarşılığında Bakı şəhəri. Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 65 saylı evin, 4 saylı mənzilində X13 ¼ hissədə, İddiaçı2 ¼ hissədə, İddiaçı1 ¼ hissədə, X5 ¼ hissədə payları olmaqla təhvil verməyi və müvafiq qaydada rəsmiləşdirməyi “Rahatlığın Məkanı" MMC öhdəsinə götürmüşdür. - 27.08.2021-ci il tarixli sazişdən görünür ki, İddiaçı1 hazırda mənzilsiz qalması və Cavabdeh1 ailə tərkibini nəzərə alaraq tərəflər İddiaçı2 və İddiaçı3 alınmış 110 kv.metr mənzildəki paylarını Cavabdeh1 və İddiaçı1 adına mənzilin qısa zamanda satış çıxarılması və Cavabdeh1 və İddiaçı1 arasında bölünməsi şərtilə imtina etdiklərini bəyan etmişlər. Satış qiymətinin yuxarı və aşağı həddini təyin etmək üçün tərəflər müstəqil qiymətləndirici ekspertə müraciət edəcəkləri və tərəflərin ekspert rəyini qəbul etməyi öhdələrinə götürdükləri, 110 kv.metr sahəsi olan mənzilin X7 60% və İddiaçı1 40% olmaqla bölünməsi müəyyən olunmuşdur. - “X41” MMC-nin 06.09.2021-ci il tarixli 04/09-21 saylı rəyin nəticə hissəsindən görünür ki, X7 məxsus ünvan 3 ünvanındakı əmlakın 04.09.2021-ci il tarixinə bazar dəyəri 172400 manat həcmində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X3 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən 61 saylı evin, 3 saylı mənzili qanun üzrə vərəsəlik üzrə İddiaçı2 ¼ hissədə, İddiaçı1 ¼ hissədə və X12 ¼ hissədə payları müəyyən olunmuş, həmin mənzilə ¼ hissədə pay X4 adına açıq saxlanılmışdır. İş üzrə cavabdeh "xxxx" MMC ilə digər cavabdeh X14 arasında bağlanmış 07.09.2019-cu il tarixli müqaviləyə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzili "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə Şirin Mirzəyev küçəsində tikiləcək 4 saylı binasının 3-cü mərtəbəsindəki 110 kv.metr mənzili orta təmirli vəziyyətdə X5 istifadəsinə verməyi öhdələrinə götürmüş və Cavabdeh1 07.09.2019-cu il tarixli iltizam ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzildə ailəsi ilə birlikdə yaşadığını, həmin mənzilin digər payçıları qeyd olunan mənzildə yaşamadıqlarını və həmin mənzillə əlaqədar onun "xxxx" MMC ilə müqavilə bağlamğına razı olduqlarını, həmin müqaviləyə əsasən ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 4 saylı binada alacağı 2 otaqlı, 110 saylı mənzilə digər payçıların iddiaları olmadığını, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzili "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə Şirin Mirzəyev küçəsi 61, 3 saylı mənzilə digər payçıların hər hansı iddiası olarsa, bu iddialarla əlaqədar məsuliyyət daşıdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir. Daha sonra ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 4 saylı binada sahəsi 110 kv.metr olan, 4 saylı mənzilin Elsəvər İsmayılovun sahibliyinə verildikdən sonra Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı sahəsi 92 kv.m olan mənzilin payçıları İddiaçı3, İddiaçı2 və İddiaçı1 sökülən mənzilin yerinə yeni verilən yeni mənzilə iddiaları olduğunu "xxxx" MMCyə bildirmişlər və bunun əsasında 14.04.2021-ci il tarixli müqavilə bağlanaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 61 saylı evin, 3 saylı mənzilinin ¼ hissədə mülkiyyətçiləri olan şəxslərin həmin mənzilin təhvil verilməsi qarşılığında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 65 saylı evin, 4 saylı mənzilində X13 ¼ hissədə, İddiaçı2 ¼ hissədə, İddiaçı1 ¼ hissədə, X5 ¼ hissədə payları olmaqla onlara təhvil verməyi və müvafiq qaydada rəsmiləşdirməyi “Rahatlığın Məkanı" MMC-nin öhdəsinə götürdüyü müəyyən olunmuşdur. Müqavilə "xxxx" MMC və iddiaçılar X22, İddiaçı2 və İddiaçı1 arasında rəsmiləşdirilmişdir. Həmin müqavilənin bağalanılmasında X14 iştirak etməmişdir. Bundan sonra iddiaçılar və cavabdeh X14 arasında notarial qaydada bağlanılmış 27.08.2021-ci il tarixli saziş ilə İddiaçı1 hazırda mənzilsiz qalması və Cavabdeh1 ailə tərkibini nəzərə alaraq İddiaçı2 və İddiaçı3 alınmış 110 kv.metr mənzildəki paylarını Cavabdeh1 və İddiaçı1 adına mənzilin qısa zamanda satış çıxarılması və Cavabdeh1 və İddiaçı1 arasında bölünməsi şərtilə imtina etdiklərini bəyan etmişlər. Satış qiymətinin yuxarı və aşağı həddini təyin etmək üçün tərəflər müstəqil qiymətləndirici ekspertə müraciət edəcəkləri və tərəflərin ekspert rəyini qəbul etməyi öhdələrinə götürmüş, 110 kv.metr sahəsi olan mənzilin X7 60% və İddiaçı1 40% olmaqla bölünməsi müəyyən olunmuşdur. Sazişdə mənzilin qısa zamanda satışa çıxarılması müəyyən olunsa da bu müddət müəyyən olunmamışdır. İddiaçıların bildirməsinə görə bu müddət şifahi razılaşma əsasında 3 ay müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə ilki öncə "xxxx" MMC ilə Cavabdeh1 Küfran oğlu arasında bağlanmış 07.09.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə X14 arasında bağlanmış 07.09.2019-cu il tarixli müqavilə ilə X5 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzili "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə Şirin Mirzəyev küçəsində tikiləcək 4 saylı binasının 3-cü mərtəbəsindəki 110 kv.metr mənzili orta təmirli vəziyyətdə X5 istifadəsinə verməyi öhdələrinə götürmüşlər və Cavabdeh1 07.09.2019-cu il tarixli iltizam ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzildə ailəsi ilə birlikdə yaşadığını, həmin mənzilin digər payçıları qeyd olunan mənzildə yaşamadıqlarını və həmin mənzillə əlaqədar onun "xxxx" MMC ilə müqavilə bağlamağına razı olduqlarını, həmin müqaviləyə əsasən ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 4 saylı binada alacağı 2 otaqlı, 110 saylı mənzilə digər payçıların iddiaları olmadığını, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı mənzili "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə Şirin Mirzəyev küçəsi 61, 3 saylı mənzilə digər payçıların hər hansı iddiası olarsa, bu iddialarla əlaqədar məsuliyyət daşıdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir. Daha sonra ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 4 saylı binada sahəsi 110 kv.metr olan, 4 saylı mənzilin Elsəvər İsmayılovun sahibliyinə verildikdən sonra Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı sahəsi 92 kv.m olan mənzilin payçıları İddiaçı3, İddiaçı2 və İddiaçı1 sökülən mənzilin yerinə yeni verilən yeni mənzilə iddiaları olduğunu "xxxx" MMC-yə bildirmişlər və bunun əsasında 14.04.2021-ci il tarixli müqavilə bağalanmışdır. Məhkəmə 07.09.2019-cu il tarixli müqavilə bağlanarkən iddiaçıların razılığının alınmamasını, mənzilin bütün paylı mülkiyyətçilərinin həmin müqaviənin bağlanılmasına razılığının müəyyən olunmamasını, yalnız Elsəvər İsmayılovun iltizamı əsas götürlərək onunla müqavilə bağlanılmasını, digər mülkiyyətçilərin buna dair müqavilətə iradə ifadəsinin əks olunmamasını və razılıqlarının olmamasını, eyni zamanda iddiaçılarla MTK arasında hazırda məhkəmədə mübahisələndirilən mənzilə dair onlarının paylarının tanınmaqla onlarla yeni 17.04.2021-ci il tarixli müqavilənin bağlanması hallarını nəzərə alaraq hesab edir ki, ''Rahatlığın Məkanı” MMC ilə Cavabdeh1 Küfran oğlu arasında bağlanmış 07.09.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. Həmçinin məhkəmə cavabdeh "xxxx" MMC-nin 07.09.2019-cu il tarixli müqavilə etibarsız hesab edilərsə mübahisəli mənzilə dair Cavabdeh1 Küfran oğluna münasibətdə olan hissənin açıq qalaması dəlili ilə bağlı bildirir ki, iddiaçılarla MTK arasında hazırda məhkəmədə mübahisələndirilən mənzilə dair onlarının paylarının tanınmaqla onlarla yeni 17.04.2021-ci il tarixli müqavilənin bağlanarkən Cavabdeh1 Küfran oğlun da Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 61, 3 saylı sahəsi 92 kv.m olan mənzilinə 1\4 payçısı olması faktı təsdiq edilmişdir. Bu isə öz növbəsində onunla da müqavilə bağlanılması halını istisna etmir. Məhkəmə iddia tələbinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh1 arasında bağlanılmış 27.08.2021-ci il tarixli sazişin etibarsız hesab edilməsi hissəsi ilə bağlı bildirir ki, qeyd olunan müqavilənin hazırki halda etibarsızlığı üçün əsaslar mövcud deyildir. Belə ki, saziş tərəfləri İddiaçı1 hazırda mənzilsiz qalması və Cavabdeh1 ailə tərkibini nəzərə alaraq tərəflər İddiaçı2 və İddiaçı3 alınmış 110 kv.metr mənzildəki paylarını Cavabdeh1 və İddiaçı1 adına mənzilin qısa zamanda satış çıxarılması və Cavabdeh1 və İddiaçı1 arasında bölünməsi şərtilə imtina etdiklərini bəyan etmişlər. Satış qiymətinin yuxarı və aşağı həddini təyin etmək üçün tərəflər müstəqil qiymətləndirici ekspertə müraciət edəcəkləri və tərəflərin ekspert rəyini qəbul etməyi öhdələrinə götürmüş, 110 kv.metr sahəsi olan mənzilin X7 60% və İddiaçı1 40% olmaqla bölünməyi müəyyən olunmuşdur. Sazişdə mənzilin qısa zamanda satış çıxarılmasını müəyyən etmişlər. Göründüyü kimi saziş bağlanan zaman tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək notariat kontorunda, audio və video yazılış aparılmaqla sözügedən 27.08.2021-ci il tarixli sazişi imzaları ilə təsdiq etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı iddia tələbinin “iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ilə Cavabdeh1 Küfran oğlu arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 27.08.2021-ci il tarixli Sazişin məhkəmə qaydasında etibarsız hesab edilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məsələ ilə bağlı məhkəmə qeyd edir ki, müqavilə tərəflərindən birinin müəyyən edilmiş müddət ərzində müqavilə üzrə götürülmüş öhdəliyinin yerinə yetirilməməsi müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilməli və bu hal həmin müqavilənin etibarsızlığı üçün əsas olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 65, 4 saylı mənzildə mülkiyyətçisi olduqlarından mənzilə köçürülmələrini tələb etməkdə haqlı olmuşlar və iddia tələbi bu hissədə əsaslı olduğundan məhkəmə hesab edir ki, iddiaçılar Bakı şəhəri. Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 65 saylı evin, 4 saylı mənzilinə köçürülməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X14 ilə "xxxx" MMC arasında 07.09.2019-cu il tarixdə bağlanılmış müqavilə etibarsız hesab edilməli, İsmayilov Bəxtı̇ yar Qufran oğlu, X16 və Əlı̇ yeva Elnura Kufran qızı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən 65 saylı evin, 4 saylı mənzilinə köçürülməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri qismində iddiaçı İsmayilov Bəxtı̇ yar Qufran oğlu tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" MMC arasında 07.09.2019-cu il tarixdə bağlanılmış müqavilə etibarsız hesab edilsin. İsmayılov Bəxtı̇ yar Qufran oğlu, İddiaçı2 və Əlı̇ yeva Elnura Kufran qızı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən 65 saylı evin, 4 saylı mənzilinə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı İsmayilov Bəxtı̇ yar Qufran oğlu tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-416/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-416/2022
16.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver