Məhkəmə qərarları › İş №2(011)-1521/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1521/2022

13.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1521/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X4 İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2, "xxxx" MMC-yə, Cavabdeh4 MMC-yə, Xətai rayon İcra şöbəsinə qarşı "xxxx" MMMC üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilə dair bağlanmış 01 iyul 2006-cı il tarixli, 111 saylı müqavilənin etibarsız sayılması, Cavabdeh4 MMC ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzili barədə bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsinin məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edilməsi nəticəsində Cavabdeh2 qaytarılması qərara alınmış mənzilin təmirinə xərclənmiş 15.865,0 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh4 MMC-dən alınaraq İddiaçı ödənilməsi, tərəflər arasında həmin alğı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3039/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən etibarsız hesab edildiyinə və cavabdehin həmin mənzilə köçürülməsi qət edildiyinə görə, həmin mənzilin alğı-satqısına və təmirinə görə xərclənmiş pul vəsaitinin iddiaçıya ödənilməsi ilə cavabdehin həmin mənzilə köçürülməsinin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Xətai rayon Məhkəməsinin icraatında olan 2(011)- 2922/2020 saylı iş üzrə iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC, İddiaçı qarşı - Cavabdeh4 MMC ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilin alğı-satqısı barədə bağladığı 21 aprel 2014-cü il tarixli, 135 nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və - Cavabdeh2 həmin mənzilə köçürülməsi barədə» tələbinə dair iddia qaldırılmışdır, Xətai rayon Məhkəməsinin 2(011)- 2922/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir, Cavabdeh2 həmin iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh2 01 iyul 2006-cı il tarixli, 111 saylı müqavilə əsasında "xxxx" MMC-dən Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8- ci mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan mənzili dəyərini tam ödəyərək əldə etmişdir, ’’Ələsgəroğlu” MMC-nin direktoru Kazım Kazımzadə qeyd edilən binada bir mənzili bir neçə nəfərə satdığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir, Kazım Kazımzadə barədə cinayət mühakimə icraatı davam edərkən göstərilən bina üzərində sərəncam vermə səlahiyyətləri Cavabdeh4 MMC- yə keçmişdir, MMC-nin direktoru Ə.Cəfərov həmin vaxta, yəni 11 iyun 2012-ci il tarixində iddiaçını yanına çağıraraq həmin müqavilədə göstərilən mənzil üçün əlavə ödəniş 6000 manat almışdır, həmçinin 09 may 2014-cü il tarixdə iddiaçının razılığı ilə mənzilin başqasına satılmasına dair 09 may 2014vcü il tarixli razılaşma protokolu tərtib edərək mənzili satmağı və 36.000 manat məbləği iddiaçı ödəməyi öhdəsinə götürmüş, lakin MMC-nin direktoru Ə.Cəfərov öhdəliyini yerinə yetirməmişdir, tərəflər arasında həmin iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə cavabdeh olan İddiaçı evində təmir işləri apardığı zaman iddiaçı tərəfin bununla bağlı məlumatı olmuş və iddiaçı tərəfindən qanunvericiliyin mülkiyyətin müdafiəsi ilə bağlı iddiaçıya verdiyi hüquqlardan heç biri istifadə olunmamışdır, iddiaçı mübahisəli mənzildə təmir işlərinin sair hərəkətlərin aparılmasının cavabdehə qadağan edilməsi ilə bağlı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir, daha sonra məhkəmə qeyd edir ki, iddiaçı tərəfin mənzili 2006-cı ildə əldə etməsinə baxmayaraq bugünkü dövrə qədər həmin mənzillə bağlı hər hansı hərəkətlər edilməmişdir, halbuki cavabdeh tərəf həmin mənzili təmir etdirməklə hazırda həmin mənzildən istifadə edir, 2014-cü ilin aprel ayından başlayaraq cavabdeh mənzildə deməsinə görə 52.000 manat dəyərində təmir işləri aparmışdır, belə ki, cavabdehin hazırda sözügedən mənzildə yaşaması və mənzili təmir etdirməsi faktı işdə iştirak edən şəxslərin izahatları ilə təsdiq olunur, göründüyü kimi 2014-cü ilin aprel ayından mənzil MTK tərəfindən cavabdehə təhvil vermiş, sonuncu həmin mənzilə yiyələnərək orada təmir işləri aparmışdır və hazırda orada yaşayır, məhkəmə cavabdehə münasibətdə hesab edir ki, o, mübahisəli mənzili vicdanlı olaraq əldə etmişdir, göründüyü kimi cavabdeh mübahisəli mənzili MTK-dan əvəzi qabaqcadan ödənilməklə müqaviləyə əsasən əldə etmişdir və 2014-cü ilin aprel ayından mənzil onun sahibliyində, istifadəsindədir və o, mənzilə dair ondan əvvəl iddiaçı ilə müqavilə bağlanmasından açıq-aşkar məlumatsız olmuşdur, məhkəmə iddia tələbinin İddiaçı Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması hissəsinə qiymət verərək hesab edir ki, nə qədər ki, cavabdehin həmin mənzil ilə bağlı bağladığı alğı-satqı müqaviləsi qüvvədədir, cavabdeh hazırkı gün də həmin mənzilin qanuni sahibidir, odur ki, ilk növbədə "xxxx" MMC və Cavabdeh2 arasında Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilə dair bağlanmış 01 iyul 2006-cı il tarixli, 111 saylı müqavilənin etibarsız sayılması haqqında qətnamə qəbul edilməlidir, həmçinin Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3039/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 nümayəndəsinin apelyasiya şikayəti təmin edilmiş, Məhkəmənin 2(011)-2922/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, cavabdehlər Cavabdeh4 MMC və İddiaçı arasında Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilə dair bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli müqavilə etibarsız sayılması, həmin əqd əsasında ödənilmiş 42126 manat pul vəsaitinin Cavabdeh4 MMCdən tutularaq İddiaçı verilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, Cavabdeh2 həmin mənzilə köçürülməsi qət edilmişdir, həmin qətnamədən cavabdeh İddiaçı nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 6346/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3039/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, hazırkı ərizəyə əlavə edilən "xxxx" MMC-nin 91 saylı xx.xx.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən 50 saylı mənzilin təmirinə real bazar qiymətlərinə uyğun dəyəri təqribən 15.865,0 manat vəsait xərclənmişdir, əslində isə mənzilin təmirinə 52000 manat pul vəsaiti xərclənmişdir, bununla belə, mütəxəssis rəyi ilə 15.865,0 manat müəyyən edildiyindən, məhz həmin məbləğə dair iddia qaldırılır, tərəflər arasında danışıqlar olmuş, onlar arasında təmir xərcinin ödənilməsi ilə bağlı müəyyən razılıq da vardır, hazırda cavabdeh artıq həmin evə köçmüşdür, o evdə yaşayır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, müvafiq məhkəmə qərarı ilə istifadəsinə verilmiş mənzilin təmirinə görə İddiaçı tərəfindən çəkilmiş xərcin (ekspert rəyinə əsasən müəyyən edilmiş 15.709 manat məbləğin) ödənilməsinə dair iddianı qəbul etmir, lakin hazırda mənzilin onun istifadəsində olduğunu nəzərə alaraq, təmir xərcinin yarısının (7855 manat məbləğin) ödənilməsinə razıdır. Mülki iş üzrə cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin üzrlü səbəbləri və ya bunun mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai raton Məhkəməsinin 2(011)-2922/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh4 MMC-yə qarşı Cavabdeh4 MMC ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilin alğı-satqısı barədə bağladığı 21 aprel 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1- ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və Cavabdeh2 həmin mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3039/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh4 MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma və iddiaçının həmin mənzilə köçürülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)-2922/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)- 2922/2020 saylı qətnaməsi ləğv olunaraq iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmış, cavabdehlər Cavabdeh4 MMC və İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilə dair bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli müqavilə etibarsız sayılması, həmin əqd əsasında ödənilmiş 42126 (qırx iki min bir yüz iyirmi altı) manat pul vəsaiti Cavabdeh4 MMC-dən tutularaq İddiaçı verilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın, Cavabdeh2 həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, işin mübahisə olunmayan hallarına əsasən – "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 01 iyul 2006-cı il tarixli, 111 saylı müqavilə əsasında, sonuncu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 60,18 kv.m sahəsi olan bir otaqlı mənzili dəyərini ödəyərək əldə etmiş, lakin sonradan həmin yaşayış sahəsi Cavabdeh4 MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsi əsasında sonuncuya satılmış, cavabdeh hazırda orada yaşayır. Həmçinin, həmin Qətnaməyə əsasən, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmündən görünür ki, hazırki iş üzrə iddiaçıya münasibətdə təqsirləndirilən şəxs X2 ona görə ittiham verilmişdir ki, o, Cavabdeh4 MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən eyni məqsədlə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 60,18 m2 sahədən ibarət birotaqlı mənzilin Cavabdeh3 MMC ilə bağlanmış 01 iyul 2006-cı il tarixli, 111 saylı müqavilə əsasında Cavabdeh2 satıldığını və müqavilə üzrə mənzilin 18956 manat qiymətinin tam ödənildiyini bildiyi halda, ondan 11 iyun 2012-ci il tarixdə cəmiyyətin ofisində əlavə ödəniş kimi 6000 manat pul alaraq, yeganə istifadəçi kimi mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd adı ilə eyni tarixli 031 saylı saxta çıxarış verib sonradan onun razılığı ilə mənzilin başqasına satılmasına dair 09 may 2014cü il tarixli razılaşma protokolu tərtib edərək, mənzili satmağı və 36000 manat pulu Cavabdeh2 ödəməyi öhdəsinə götürmüş, lakin mənzili satdıqdan sonra razılaşdığı pulu ona verməyərək sonuncuya məxsus mülli miqdar təşkil edən 24956 manat məbləğində əmlakı olan hüquqlarını öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, vəzifə saxtakarlığı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6346/2021 nömrəli Qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3039/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin Qətnamə ilə işin hallarından görünür ki, 01 iyul 2006-cı il tarixdə "xxxx" MMC ilə iddiaçı Cavabdeh2 arasında bağlanmış 111 №-li müqaviləyə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” ünvanında inşa ediləcək çoxmənzilli yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən və yaşayış sahəsi 60.18 kv.metr olan bir otaqlı mənzillə təmin etmək, alıcı Cavabdeh2 isə həmin mənzilin ümumi dəyərini təşkil edən 18.956,70 manat məbləğində pul vəsaitini ilkin və aylıq ödənişlərlə MMC-yə ödəmək barədə üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Cavabdeh2 müqavilə öhdəliyini icra edərək mənzilin dəyərini tam ödəmişdir. "xxxx" MMCnin direktoru X1 2011-ci ilin sonlarında cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar tikintinin inşası Cavabdeh4 MMC tərəfindən davam etdirilmişdir. 21 aprel 2014-cü il tarixdə həmin mənzil İddiaçı 42.126 manata satılmış və bununla əlaqədar tərəflər arasında alqısatqı müqaviləsi bağlanmışdır. Bundan sonra mənzil İddiaçı təhvil verilmiş və onun tərəfindən mənzil təmir olunmuşdur. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmü ilə Cavabdeh2 Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən 60,18 kv.metr sahəsi olan 50 saylı mənzillə təmin olunması qərara alınmışdır. İş materiallarında olan Hüquq və Torpaq Məsələləri MMC-nin 07 oktyabr 2020-ci il tarixli 91 №-li mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən 50 saylı mənzilin təmirinə real bazar qiymətlərinə uyğun təqribən 15865 manat vəsait xərclənmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 avqust 2022-ci il tarixli 10/2508 saylı Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,3 kv.metr olan mənzil üzrə yerinə yetirilmiş işlərin ümumi dəyəri təqribən 15709 manat (68,3x230) məbləğində müəyyən edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən 168 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 iyul 2006-cı il tarixli, 111 saylı müqavilə əsasında, sonuncu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 60,18 kv.m sahəsi olan bir otaqlı mənzilin dəyərini ödəyərək əldə etmişdir, sonradan həmin mənzil Cavabdeh4 MMC ilə İddiaçı arasında bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli alğı-satqı müqaviləsi əsasında sonuncuya satılmaqla ona təhvil verilmişdir, mənzil faktiki olaraq iddiaçının istifadəsində olmuş və onun tərəfindən təmir olunmuşdur, mənzilin təmirinə 15709 manat xərclənmişdir, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmü ilə Cavabdeh2 Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən 60,18 kv.metr sahəsi olan 50 saylı mənzillə təmin olunması qərara alınmış, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3039/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən, Cavabdeh4 MMC və İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilə dair bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli müqavilənin etibarsız sayılması, həmin əqd əsasında ödənilmiş 42126 manat pul vəsaitinin Cavabdeh4 MMC-dən tutularaq İddiaçı verilməsi, onun həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması və Cavabdeh2 həmin mənzilə köçürülməsi qət edilmişdir, Cavabdeh2 hazırda həmin mənzildə yaşayır, qeyd olunanlar işin mübahisəsiz hallarıdır, Cavabdeh2 iddia tələbini qismən qəbul edir, təmir xərcinin yarısının - 7855 manat məbləğin ödənilməsinə razıdır. Bununla belə, Cavabdeh4 MMC-nin dəymiş zərərə görə mülki hüquqi məsuliyyətini istisna edən, habelə cavabdehlər arasında bağlanmış 01 iyul 2006-cı il tarixli, 111 saylı müqavilənin etibarsızlığına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “mənzilin təmirinə xərclənmiş pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh4 MMC-dən müştərək qaydada alınaraq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 məxsus mübahisəli mənzilin heç bir qanuni əsas olmadan iddiaçıya təhvil verilməsi, bu münasibətlərdən də irəli gələn zərərə görə mülki hüquqi məsuliyyət yaradır. Belə olan halda məhkıəmə hesab edir ki, iddiaçı mənzili yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsi barədə Cavabdeh4 MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, mənzilin təmirinə xərclənmiş pul vəsaitinin cavabdehlərdən hansı qaydada (məbləğdə) tutulmasına münasibətdə isə hesab edir ki, hazırki iddia tələbi üzrə İddiaçı vurulmuş zərərdə cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh2 müştərək məsuliyyətlərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, mənzilin təmirinə xərclənmiş pul vəsaitinin onlardan müştərək qaydada tutulması da mümkün deyildir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərərə görə Cavabdeh2 mülki hüquq pozuntusu nəticəsində mülki hüquq məsuliyyəti yaranmasa da və belə təqsirdə digər cavabdehin mülki hüquqi məsuliyyəti müəyyən olunsa da, hər bir halda iddiaçının vəsaiti hesabına təmir edilməklə mənzilin dəyərinin artması, mülkiyyətçi olan Cavabdeh2 əsassız varlanması ilə nəticələnir ki, bu da mənzilə çəkilmiş təmir xərcinin yarı məbləğinin (7855 manat) onun tərəfindən ödənilməsinə hüquqi əsas yaradır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 bu hissədə iradə ifadəsinin məhkəmə tərəfindən qəbul edilməsi yolveriləndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması (14.2.6), əsassız varlanma (14.2.7) mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m. olan 50 saylı mənzilin təmirinə xərclənmiş 7855 manat pul vəsaiti Cavabdeh2, 7854 manat pul vəsaiti Cavabdeh4 MMC-dən alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 138 manat (iddia tələbinin təmin olunmuş hissəsi 15709 manat olduğundan) cavabdehlərdən bərabər qaydada alınaraq iddiaçıya verilməli, ekspertizanın dəyərini təşkil edən 50 manat cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 m2 olan 50 saylı mənzilin təmirinə xərclənmiş 7855 (yeddi min səkkiz yüz əlli beş) manat və dövlət rüsumuna görə ödənilmiş 69 (altmış doqquz) manat Cavabdeh2, 7854 (yeddi min səkkiz yüz əlli dörd) manat və dövlət rüsumuna görə ödənilmiş 69 (altmış doqquz) manat pul vəsaiti Cavabdeh4 MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sə drlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar