Məhkəmə qərarları › İş №2(105)-921/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-921/2023

25.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-921/2023 25.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mustafazadə Telman Muxtar oğluna (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs- X14) qarşı mülki iş üzrə (Açar sözlər: etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X21 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndə və vəkili Nümayəndə1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(060)-81/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 30 iyul 2021-ci il tarixdə 7E-16730 nömrə ilə reyestrdə qeyd olunmaqla Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən X5 adından təsdiq edilmiş etibarnamənin, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə 4Ə-1143 saylı reyestrdə qeyd olunmaqla təsdiq etdiyi Cavabdeh1 və etibarnaməyə əsasən X5 adından hərəkət edən İddiaçı arasında bağlanmış mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü ildə X9 ilə nikaha daxil olaraq ünvan 1 ünvanında yaşamışdır. Qeyd olunan mənzildə onlarla birlikdə ərinin birinci evliliyi zamanı olan oğlu-Cavabdeh1 da ailəsi ilə birlikdə yaşamışdır. Lakin son dörd ildə Cavabdeh1 və arvadı Şəhlanı ölən əri özlərini pis apardığı, birgə yaşayış qaydalarına əməl etmədiyi və onu döyərək xəstə saldığı üçün mənzildən qovmuşdur. Həmin mənzildə iddiaçı da qeydiyyatdadır. X4 xx.xx.2021-ci il tarixdə ağır xəstəlikdən ölmüşdür. Ölməzdən 2 ay qabaq X4 Cavabdeh1 və onun ailəsinin yaşadıqları mənzilə qayıdıb yaşamasına icazə vermişdir. Cavabdeh atasının ağır xəstə olduğunu və hər an ölə biləcəyini bildirərək iddiaçıya onun adına orderlə olan dövlət mənzil fonduna aid mənzili tezliklə özəlləşdirməyin lazım olduğunu, atası öldükdən sonra bu məsələnin çətinləşəcəyini iddiaçıya demək olar ki, hər gün söyləmişdir. Cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, ona yaxşı baxacağını vəd edərək şirin münasibət yaratmağa başlamışdır. Ölməzdən təxminən 1 ay əvvəl X4 ağır xəstə vəziyyətində ünvan 2 ünvanında yerləşən və orderi onun adına mənzili özəlləşdirmək üçün iddiaçının adına etibarnamə vermək istəyini bildirmişdir. Ancaq ağır yataq xəstəsi olduğu üçün notariusa gedə bilmədiyindən Cavabdeh1 özünü Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən notariat ofisində işlədiyini bildirən Əmir adlı şəxslə yaşadıqları mənzilə gəlmiş və həmin Əmir adlı şəxs onlara demişdir ki, X5 adından etibarnaməni təsdiq edəcək. Bu zaman mənzildə ancaq Cavabdeh1 və özünü notariat ofisinin işçisi kimi təqdim edən Əmir adlı şəxs olmuşdur, onlar ancaq ikisi gəlmişdir, başqa şəxs olmamışdır. Ancaq əri xəstə olduğu və imza edə bilmədiyi üçün heç bir sənədə imza etməmişdir. Lakin bir müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, qeyd etdiyi etibarnamə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ciddi surətdə pozulması ilə “təsdiq edilmişdir” və aşağıda qeyd olunan səbəblərdən etibarsız hesab edilməlidir. Belə ki, sonradan iddiaçı etibarnaməni nəzərdən keçirərkən görmüşdür ki, etibarnamənin təsdiq qrafasında sonradan əlavə olunub ki, “otuz iyul iki min iyirmi birinci il,o , Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu bu etibarnaməni təsdiq edirəm.” X1 şəxsən özü iddiaçının iştirakı ilə imza etmişdir. Etibar edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılıb. Onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi.” Daha sonra həmin etibarnamənin üzərində bu məzmunda bir qeyd aparılıb: “ onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi” düzəlişinə inanılsın.notarius: imza və möhür. Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu X6 görmədən necə qeyd edə bilir ki, X1 şəxsən özü iddiaçının iştirakı ilə imza edib. Axı həmin vaxt Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu Cavabdeh2ndə, X9 isə ünvan 3 ünvanında yerləşən mənzildə ağır xəstə vəziyyətdə yataqda olmuşdur. X2 imzaladığı qeyd olunur. Axı bu şəxs kimdir, haradan peyda olub. X9 belə bir şəxsi görmədən necə ondan xahiş edə bilər ki, xəstədir, onun əvəzizə imza etsin.Belə bir adamı nə iddiaçı, nə ölən əri görməmişdir, tanımırlar. Əmir adlı şəxs notarius, yaxud notarius köməkçisi və ya notariat hərəkətlərini aparmaq səlahiyyəti olan şəxs olmadan hansı səlahiyyətlə ünvana gəlib “notariat hərəkəti aparır?” Digər tərəfdən, notarius Mustafazadə Telman Muxtar oğlu daha sonra etibarnamədə qeyd aparmışdır ki, “onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi” düzəlişinə inanılsın.notarius: imza və möhür. Axı etibarnamədə düzəliş olmamışdır ki, belə bir qeyd yazılsın. Etibarnamədə sonradan qələm ilə “Onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi.” əlavəsi yazılmışdır. Məgər notarius Mustafazadə Telman Muxtar oğlu “əlavə edilmə” ilə “düzəlişin” fərqini bilmir. Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə 4Ə-1143 saylı reyestrdə qeyd olunmaqla təsdiq etdiyi mənzilin bağışlama əqdi də Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ciddi pozulması ilə təsdiq edildiyinə görə etibarsız hesab edilməlidir. Bununla yanaşı cavabdeh atasının ağır xəstə olduğunu və hər an ölə biləcəyini bildirərək ona onun adına orderlə olan dövlət mənzil fonduna aid mənzili tezliklə özəlləşdirməyin lazım olduğunu, atası öldükdən sonra bu məsələnin çətinləşəcəyini iddiaçıya demək olar ki, hər gün söyləmişdir. Bu məqsədlə atasının adından qeyd edilən etibarnaməni də Əmir adlı şəxsə “təsdiq etdirmişdir”. Lakin ölən əri iddiaçıya yalnız mənzilin onun adına özəlləşdirilməsi ilə bağlı etibarnamə vermək istədiyini demişdir və Əmir adlı şəxs cavabdehlə onların mənzilinə gələndə Cavabdeh1 iddiaçıya bildirmişdir ki, bu etibarnamə yalnız mənzili özəlləşdirmək üçün verilib. Bundan sonra iddiaçı cavabdehlə müxtəlif idarələrə gedərək, sənədlərə imza atmış və cavabdeh hər dəfə iddiaçıya bildirmişdir ki, bütün bu sənədləşmə işləri ancaq mənzilin atasının adına özəlləşdirilib çıxarış alınması üçündür. İddiaçı cavabdehə inanaraq sənədlərə imza atmışdır. Lakin hüquqi savadı olmadığından həmin sənədlərin məzmunu barədə heç bir məlumatı və anlayışı olmamış, həmin sənədləri iddiaçıya imza üçün təqdim edən şəxslər də onların məzmununun nə olduğu barədə iddiaçıya heçnə bildirməmişdir. X4 öldükdən sonra cavabdehin iddiaçıya qarşı münasibəti mənfi mənada qəti dəyişmişdir. O, sanki iddiaçını mənzildən uzaqlaşdırmaq istəyərək onu təhqir edir, mənzildən çıxıb getməyi üçün dözülməz mənəvi və məişət çətinlikləri yaratmışdır. Axırda cavabdeh iddiaçını zorla mənzildən qovmuşdur və iddiaçı artıq xeyli müddətdir ki, həmin mənzilə qayıda bilmir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 onu aldatmış, etibarından sui-istifadə edərək, onu aldadaraq, mənzilin özəlləşməsinə dair razılıq ərizəsi əvəzinə ona mənzilin bağışlanmasna dair razılıq ərizəsinə və müqaviləyə imza etdimişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu 10 avqust 2022-ci il tarixli 1741 №-li məlumatla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən etibarnamə, bağışlanma müqaviləsi və ərizələr “Notariat hərəkətlərinin aparılması haqqında təlimat”a və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa tam uyğun olaraq aparılmışdır. Notariat işini araşdırarkən məlum olmuşdur ki, etibarnamə notariat ofisindən kənarda təsdiq edilmişdir. Qeyd edir ki, notariat hərəkətinin notariat ofisindən kənarda təsdiq edilməsi üçün əvvəlcədən bildiriş verilir, vaxt təyin olunur (bu adətən səhər tezdən və işdən sonra həyata keçirilir) və həmin vaxt notarius nəqliyyat vasitəsi ilə təmin edildikdən sonra vətəndaşın evinə gedir. Qeyd edir ki, evə getməmişdən əvvəl etibarnamə hazır vəziyyətdə yazılaraq aparılır. Bildiriş verilərkən, xəstə vətəndaşın etibarnaməyə özü imza edib- etməyəcəyi barədə soruşulur. Vətəndaş isə xəstənin imza edəcəyini söyləyir, lakin evə gedərkən bəzi hallarda xəstə halı yaxşı olmadığı üçün imza edə bilməyəcəyini söyləyir. Bu halda Təlimatın 130-cu bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən əqddə cismani qüsurlarına, xəstəliyinə və ya digər üzrlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər. Etibarnamə imzalanmamışdan əvvəl etibarnamənin məzmunu notarius tərəfindən vətəndaşa oxunur və izah edilir. Etibarnamə səlahiyyət verən vətəndaşın dediklərinə əsasən tərtib edilir. Bütün bunlardan sonra etibarnamə imzalanır. Qeyd edir ki, etibarnamə verilən şəxs notariat hərəkətinin iştirakçısı olmadığı üçün onun orada iştirakı vacib deyil. Etibarnamənin dövlət reyestrində qeydiyyatı vətəndaşın yanında aparılır. Etibarnaməyə imza edən şəxs eyni zamanda dövlət reyestrinin qeydiyyat kitabında imza edir. Notariusun təsdiq qeydində imza edə bilməməsinin səbəbi göstərilməklə, onun xahişi ilə imza edən şəxsin şəxsiyyəti müəyyən edilərək, soyadı, adı, atasının adı yazılır. İddia ərizəsində adı çəkilən Əmir adlı şəxs notariat ofisinin işçisidir və bütün notariat hərəkətlərinin qeydiyyatının aparılması notarius tərəfindən ona həvalə edilmişdir. Həmin şəxs notariusla bərabər notariat hərəkətinin həyata keçirilməsində iştirak edir. Göstərilən etibarnamə hazır vəziyyətdə yazılıb aparıldığı üçün (çünki bildiriş verən şəxsin xəstənin etibarnaməyə özü imza edəcəyini söyləmişdir) onun əvəzinə imza edən şəxsin adı, soyadı sonradan notarius tərəfindən əlavə edilmişdir. Təlimatın 34-cü bəndinə əsasən, notarius təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər. Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın” sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir. Bu halda düzəliş etibarnamənin məzmununa toxunmadan təsdiq qeydində aparılmışdır. Notariat işindən göründüyü kimi İddiaçı notariat ofisinə şəxsən özü müraciət etmiş, mənzilin Cavabdeh1 bağışlanmasını istəmiş, bağışlanma müqaviləsi ilə əlaqədar bütün proseslər onun təşəbbüsü və fəal iştirakı ilə baş vermişdir. Hətta İddiaçı notariat ofisinə ərizə ilə müraciət edərək mənzilin bağışlanmasına dair öz razılıq ərizəsini də yazmışdır. Bundan başqa etibarnamə İddiaçı verilmiş, mənzilin özəlləşdirilməsini və bağışlanmasını şəxsən həyata keçirmişdir. Onu da qeyd edir ki, notarius hər hansı bir sənədi təsdiq edərkən, notariat hərəkətinin iştirakçısına hüquq və vəzifələrini başa salır. Notariat hərəkəti notariat ofisinə müraciət edən şəxsin sənədləri, onun iradə ifadəsinə uyğun, onun istəyi əsasında tərtib edilir. Bütün bu proseslər hamısı qanunvericiliyə uyğun həyata keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(060)-81/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Elmir Hüseynov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X3 ilə əlaqədar arvadı İddiaçı verdiyi etibarnaməyə imza edə bilməmiş, lakin iradə ifadəsini bildirərək ona məxsus ünvan 2-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmiş, onun xahişi ilə xəstə olmağı səbəbindən əvəzinə X15 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı həmin etibarnamədən şəxsən özü istifadə edərək mübahisəli mənzilin özəlləşdirilməsinə razılıq vermiş, həmin mənzili Cavabdeh1 bağışlamışdır. Hazırda etibarsızlığı mübahisələndirilən etibarnamə İddiaçı özünə verilmişdir. Həmin etibarnamə ilə İddiaçı ünvan 2-i özəlləşdirmiş, özəlləşdirməyə razılıq vermiş, həmin mənzili mülkiyyəçinin adından bağışlamışdır. Bununla məhkəmə belə nəticəyə gəlir ki, sadalananlara əsasən X9 iradə ifadəsini könüllü təzahür edərək İddiaçı etibarnamə vermiş, sonuncu da həmin etibarnamə əsasında mənzili Cavabdeh1 bağışlamışdır. Buna görə də etibarnamə və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 362.1, 362.2, 666.1, 666.2, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17, 35, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 15-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023cü il tarixli 2(060)-81/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. xx.xx.2004-cü ildə X9 ilə nikaha daxil olaraq ünvan 4 ünvanında yaşamışdır. Qeyd olunan mənzildə onlarla birlikdə ərinin birinci evliliyi zamanı olan oğluCavabdeh1 da ailəsi ilə birlikdə yaşamışdır. Lakin son dörd ildə Cavabdeh1 və arvadı Şəhlanı ölən əri özlərini pis apardığı, birgə yaşayış qaydalarına əməl etmədiyi və onu döyərək xəstə saldığı üçün mənzildən qovmuşdur. Həmin mənzildə iddiaçı da qeydiyyatdadır. X4 xx.xx.2021-cl il tarixdə ağır xəstəlikdən ölmüşdür. Ölməzdən 2 ay qabaq X4 Cavabdeh1 və onun ailəsinin yaşadıqları mənzilə qayıdıb yaşamasına icazə vermişdir. Cavabdeh atasının ağır- xəstə olduğunu və hər an ölə biləcəyini bildirərək iddiaçıya tezliklə onun adına orderlə olan dövlət mənzil fonduna aid mənzili tezliklə özəlləşdirməyin lazım olduğunu, atası öldükdən sonra bu məsələnin çətinləşəcəyini iddiaçıya demək olar ki, hər gün söyləmişdir. Cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, ona yaxşı baxacağını vəd edərək şirin münasibət yaratmağa başlamışdır. Ölməzdən təxminən 1 ay əvvəlX24, Xurşid oğlu ağır xəstə vəziyyətində ünvan 2 ünvanında yerləşən və orderli evi xəstə olduğunu bildiyi üçün və vəziyyəti ağır olduğuna görə evi özəlləşdirmək istəyirdi. Ancaq ağır yataq xəstəsi olduğu üçün notariusa gedə bilmədiyindən Cavabdeh1 özünü Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən notariat ofisində işlədiyini bildirən Əmir adlı şəxslə yaşadıqları mənzilə gəlmiş və həmin Əmir adlı şəxs onlara demişdir ki, X5 adından etibarnaməni təsdiq edəcək. Bu zaman mənzildə ancaq Cavabdeh1 və özünü notariat ofisinin işçisi kimi təqdim edən Əmir adlı şəxs olmuşdur, onlar ancaq ikisi, gəlmişdir, başqa şəxs olmamışdır. Ancaq əri xəstə olduğu və imza edə bilmədiyi üçün heç bir sənədə imza etməmişdir. Lakin bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, qeyd etdiyi etibarnamə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ciddi surətdə pozulması ilə “təsdiq edilmişdir' və aşağıda qeyd olunan səbəblərdən etibarsız hesab edilməlidir. Belə ki, sonradan etibarnaməni nəzərdən keçirərkən görmüşdür ki, etibarnamənin təsdiq qrafasında sonradan əlavə olunub ki, “otuz iyul iki min iyirmi birinci il Mən, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu bu etibarnaməni təsdiq edirəm.” X1 şəxsən özü iddiaçının iştirakı ilə imza etmişdir. Etibar edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılıb. Onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi.” Daha sonra həmin etibarnamənin üzərində bu məzmunda bir qeyd aparılıb: “ onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi” düzəlişinə inanılsın.notarius: imza və möhür. Sual yaranır ki, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu X6 görmədən necə qeyd edə bilir ki, X1 şəxsən özü iddiaçının iştirak, ilə imza edib. Axı həmin vaxt Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu Cavabdeh2ndə, X9 isə ünvan 5 ünvanında yerləşən mənzildə ağır xəstə vəziyyətdə yataqda olmuşdur. X2 imzaladığı qeyd olunur. X9 belə bir şəxsi görmədən necə ondan xahiş edə bilər ki, xəstədir, əvəzinə imza etsin. Belə bir adamı nə özü, nə ölən əri görməmişdir, tanımırlar. Əmir adlı şəxs notarius, yaxud notarius köməkçisi və ya notariat hərəkətlərini aparmaq səlahiyyəti olan şəxs olmadan hansı səlahiyyətlə ünvana gəlib “notariat hərəkəti aparır.” Digər tərəfdən, notarius Mustafazadə Telman Muxtar oğlu daha sonra etibarnamədə qeyd aparmışdır ki, “onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi” düzəlişinə inanılsın.notarius: imza və möhür. Axı etibarnamədə düzəliş olmamışdır ki, belə bir qeyd yazılsın. Etibarnamədə sonradan qələm ilə “Onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X16 imza etdi." əlavəsi yazılmışdır. Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə 4Ə-1143 saylı reyestrdə qeyd olunmaqla təsdiq etdiyi mənzilin bağışlama əqdi də Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ciddi pozulması ilə təsdiq edildiyinə görə etibarsız hesab edilməlidir. Məhkəməyə yol verilən qanunsuzluq hallarından 1 ilə yaxın müddət keçdikdən sonra müraciət etməsinin səbəbi cavabdeh Habilin onunla sonradan yola getməməsi olmuşdur. Vəkilə müraciət edən zaman ona məlum olmuşdur ki, artıq evdən çıxarılmışdır. İmza çəkməyə məcbur edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli evə xx.xx.2004-cü il tarixdə Əkbərov Gülverənlə nikaha daxil olduqdan sonra köçüb. Həmin evdə qeydiyyatda olub, əri ağır onkoloji xəstə idi, ona qulluq edirdi. Oğulluğu Cavabdeh1 onu aldadıb, sənədlərə qol çəkəndə o, özündə deyildi. Bir çox sənədə imza edib. Əvvəldən Cavabdeh1 nə onunla , nə atası ilə, nədə bacı-qardaşları ilə yola getməyib. Cavabdeh1 onu notariusa aparanda dedi ki, evi özəlləşdirmək üçün onu çağırır. Gülverən Əkbərovla 18 il nikahda olub. Evin sənədləri evdə olurdu. Cavabdeh1 sənədləri evdən götürüb notariusa apardı. Notarius o, imza edəndə ona heç nə izah etmədi. Hazırda oğulluğu onu evə buraxmır. Evə köçürülməyə dair iddiasına baxılmayıb. Həmin hissədə iddia ərizəsini geri götürüb. Çünki o evə köçməyi faktiki mümkün deyildi. O, evdən payını istəyir. Ev birgə nikah dövründə xüsusi mülkiyyət statusu alıb, əvvəl orderli ev olub. Apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(060)-81/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı bacısıdır. O, Gülverən Əkbərovla 2004-cü ildə nikaha daxil olmuşdur. X11 öldükdən sonra bacısı İddiaçı mübahisəli mənzildə qeydiyyatda idi. X20 əvvəlki nikahından olan oğlu, cari iş üzrə Cavabdeh1 İddiaçı aldatmış, ondan xəbərsiz Sumqayıt şəhərindəki 3 saylı notariat ofisinə gedərək etibarnamə təsdiqlətmişdir. Sonra İddiaçı notariat ofisinə çağırmış və onu aldadaraq əqd bağlamışlar. Etibarnamənin müddətini bitməsinə bir ay qalmış Cavabdeh1 ailə münaqişəsi bəhanəsilə bacısını həmişə yaşadığı evindən qovmuşdur. Bu gün iddiaçının daimi yaşayış yeri yoxdur. İddiaçıdan evdən necə çıxdığını soruşanda bildirdi ki, Habil onu notariusa aparıb, müəyyən sənədlərə qol çəkdirib, sonra da evdən qovub. Həmin notariusa yaxınlaşmışdır ki, bacısının hansı sənədlərə qol çəkdiyini öyrənsin. Notariusdan bildirdilər ki, Cavabdeh1 adına etibarnamə var, amma dublikatı yalnız məhkəmə yolu ilə əldə edə bilər. Vəkil sorğusu əsasında, etibarnamənin müddətinin bitməyinə 3 gün qalmış notariat işinin surətini notariusdan ala bilmişlər. Sənədləri birinci instansiya məhkəməsinə təqdim ediblər. Etibarnamə nə etibar edənə, nə də etibar edilənə təqdim olunmayıb. Cavabdeh1 notariusa bildiriş təqdim edərək etibarnaməni gizli şəkildə təsdiq etdirib. Notariusun soyadı məlum olmayan Əmir adlı əməkdaşı evə gəlib. Bacısı ilə mərhum əri evdə tək olublar. Notariusdan gələn nümayəndə Əkbərov Gülverənin sağ olduğuna yəqinlik əldə edib və başqa heç nə demədən evdən gedib. Bundan bir müddət sonra bacısını notariusa dəvət edib sənədlərə imza etdiriblər. Etbarnaməni əldə edəndə görmüşlər ki, Gülverən Əkbərovun adından, o xəstə olduğundan etibarnaməyə “əvəzinə X14 imza etdi” yazılmışdır. xx.xx.2021-ci il tarixdə nə notariusun özü, nə də Nəzərov Afət bacısının evinə gəlməmişlər. Amma etibarnamədə notarius yazır ki, etibar edənin şəxsiyyətini müəyyən etmiş, fəaliyyət qabiliyyətini yoxlamış, etibarnaməni təsdiq etmişdir. Təkrar bildirir ki, notarius ümumiyyətlə həmin üvana gəlməyib. Birinci instansiya məhkəməsində Nəzərov Afətdən etibarnaməni harda imza etməsi barədə iki dəfə soruşuldu və o bildirdi ki, etibarnaməni notariat ofisində imzalayıb. 3-cü dəfə soruşulduqda isə o bildirdi ki, imzanı etibar edənin evində icra edib. Afət Nəzərovun yalan dediyi elə buradan bəlli olur. Afət Nəzərovun qeydləri etibarnaməyə sonradan əlavə olunub. X22 artıq ölmüşdü. Etibarnamədəki imzayla 16730 saylı reyestr kitabındakı imzalar da fərqli idi. Müstəqil ekspertə müraciət etmiş və ekspert rəy vermişdir ki, imzalar fərqli imzalardır və başqabaşqa şəxslər tərəfindən icra edilmişdir, rəyi məhkəməyə təqdim etmiş, amma məhkəmə bildirmişdir ki, rəy mütləq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsində Nəzərov Afət məhkəmə iclasına dəvət olunanda və sual-cavab aparılanda video müşahidə qurğusu aktiv deyildi. O üçüncü məhkəmə iclasına gəlmişdi və yalandan ifadə verərək bildirmişdi ki, imzaları o icra edib. Rəyin mötəbərliyi şübhə doğurur, iki ekspertin iştirakı ilə təkrar ekspertiza təyin olunmalıdır. Əlavə olaraq bildirir ki, xx.xx.2021ci il tarixdə Cavabdeh1 notariusa yaxınlaşıb və bildirib ki, atası xəstədir, etibarnamə təsdiq olunsun. 30 iyul tarixində evə notariat ofisindən Əmir adlı şəxs gəlib. Onun soyadını və vəzifəsini bilmir. Xəstəni görüb, hansısa sənədə imza edib və evdən gedib. Etibarnamənin dublikatını götürməyə iddiaçıya icazə vermirlər. Etibarnamə etibar edənin adından başqa şəxsin imzasıyla təsdiq olunub. Notarius həmin ünvana gəlməyib. Etibarnamənin nüsxələrini özlərində saxlayırlar. Etibarnamə xx.xx.2021-ci il tarixdə verilib, xx.xx.2021-ci il tarixdə alğı-satqı baş tutub. Afər Nəzərovun şəxsiyyət vəsiqəsinin müddəti bitib. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023cü il tarixli 2(060)-81/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qətnamənin ləğvi üçün heç bir əsas yoxdur, etibarnamə qanunvericiliyin tələblərinə uyğun olaraq verilib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(060)-81/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X17 bildirdi ki, etibarnamə ancaq etibar edən şəxsin onu ləğv etməsiylə, yaxud etibar edilən şəxsin səlahiyyətlərdən imtina etməsi ilə ləğv yaxud etibarsız hesab edilə bilər. İddiaçının etibarnamənin etibarsızlığını mübahisələndirməyə hüququ yoxdur. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Bildirir ki, ofisdən kənar notariat hərəkəti notariat ofisinin xüsusi notariusunun iştirakı ilə aparılır. Təlimata əsasən ofisdən kənar notariat hərəkəti əvvəlcədən götürülmüş bildiriş əsasında notariat ofisinə müraciət edə bilməyən şəxsin ailə üzvləri, yaxın qohumlarından birinin notariat ofisinə müraciəti ilə aparılır. Bu zaman notariusa gələ bilməmənin səbəbi göstərilir və notariusa dəvət bildirişi verilir. Vaxt notariusun iş rejiminə uyğun seçilir. Notarius və ofisin kargüzarlarından biri dəvət edən şəxsin təmin etdiyi nəqliyyat vasitəsilə ünvana gedib hərəkəti aparırlar. Ofisdən kənar notariat hərəkəti aparılarkən video-müşahidə olmur. Bu zaman şəxsin fəaliyyət qabiliyyətinin olub-olmaması müəyyən olunur. Bu müəyyənləşdirmə ofisə gələn nümayəndəni verdiyi məlumat əsasında müəyyənləşir və bundan sonra ünvana gedilir. Ofisdən kənar notariat hərəkəti ofisə gələ bilməyən şəxsin birbaşa iradə ifadəsi əsasında aparılır. Bu zaman başqa şəxsə danışmağa icazə verilmir ki, hər hansı təsir olmasın. Şəxsin özündən onun adı, soyadı öyrənilir, onların niyə gəldiyini bilib-bilmədiyi soruşulür, bilirsə, səsləndirməsi xahiş edilir. Əgər şəxs imza edə bilmirsə, hazır etibarnamə trafareti ilə getdiklərindən ancaq üstündə düzəliş apara bilirlər. Amma reyestr kitabında qeydlər mütəxəssis tərəfindən vətəndaşın ünvanında aparılır. Bu zaman heç bir dəyişiklik oluna bilməz. Şəxsin razılığı ilə onun göstərdiyi şəxs adından imzanı icra edir. Etibarnamədə isə notariat ofisinə qayıtdıqdan sonra hazır trafaret olduğundan sonradan düzəliş olunur. Notariat hərəkəti apararkən şahid iştirak etmir. Şahid yalnız vəsiyyətnamənin tərtibinə şamil edilir. Etibarnamə ailə üzvünə verilməyən sair etibarnamədirsə, ona görə rüsum 18 manatdır, 11 manat rüsum ofisdən kənar xidmətə görə, 7 manat isə əvvəlcədən verilmiş bildirişə görə nəzərdə tutulur. Nəqliyyat xərcini də dəvət edən şəxs çəkir. Etibar edən imza edə bilmirsə, onun xahişi ilə imzanı digər şəxs icra edir. Bu zaman imza edənin şəxsiyyəti müəyyən olunur, fəaliyyət qabiliyyəti yoxlanılır, o imza edir, imzası təsdiq olunur. Ayrıca ərizə şəklində təsdiq aparılmır. Sənədə təsdiq qeydi vurulur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X14 məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu; 17-ci maddəsinə uyğun olaraq notarius aşağıdakı notariat hərəkətlərini aparır: 1) əqdləri və etibarnamələri təsdiq edir. 35-ci maddə - Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat; 15-ci maddə- Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(060)-81/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: AR-İİ № 404252, xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X9 ona məxsus ünvan 2-İ özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmiş, onun xahişi ilə xəstə olmağı səbəbindən əvəzinə X15 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olmuşdur. xx.xx.2021-ci il tarixli **********377 saylı ərizədən görünür ki, X9 Notariat ofisinə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Əİ İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********47-**********9 Reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən əmlakı bağışlamaq istədiyini bildirmişdir. Onun əvəzinə Cavabdeh2ndə xx.xx.2021-ci il tarixdə verilmiş 7E-16730 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı imza etmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 tam mülkiyyət üzrə ona məxsus ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən, ümumi sahəsi 70.6 kv/m olan mənzili oğlu Cavabdeh1 mülkiyyətinə vermişdir. xx.xx.2021-ci il tarixli **********378 saylı ərizədən görünür ki, İddiaçı nikahda olduğu X7 məxsus olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk edərək pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş - Azərbaycan Respublikası “X12” MMC tərəfindən verilmiş 151 №-li, 20 iyul 2022-ci il tarixli mütəxəssis sənədindən görünür ki, xx.xx.2021-ci il tarixli, 40-1143 saylı mülki işin 17-ci səhifəsində tikilmiş A-4 formatlı kağız vərəqdə kserosurətlə çap edilmiş və əsli ilə eynilik təşkil edən Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” 7-ci qrafasında Nəzərov A.Ə. adından icra edilmiş mübahisəli imza Nəzərov A.Ə. tərəfindən deyil, başqa bir şəxs tərədfindən bənzədilmiş şəkildə icra edilmişdir. Qeyd edilən rəy verməyə səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün, məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 dekabr 2022-ci il tarixli, 4-1495 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(060)-5301/2022 saylı mülki işin 137-ci vərəqində X9 ilə İddiaçı adlarından olan 30 iyul 2021-ci il tarixli, AR-İİ № seriyalı 404252 saylı etibarnamənin “İmza:” qrafasında “Nəzərov” yazısı və həmin yazının qarşısındakı imza; Cavabdeh2 7E saylı (xx.xx.20219xx.xx.2021-ci il tarixli) reyestr jurnalında 16730 nömrə ilə qeyd edilən sırada “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Nəzərov” yazısı və həmin yazının üst hissəsindəki imza-X15 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edlən sənədlərə və işin hallarına istinadən iddia tələbinin təmin edilməməsi nəticəsini gəlmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, mübahisə edilən əqd üzrə bağışlanmış mənzil iddiaçının ölmüş ərinə məxsus olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixdə X9 ilə nikaha girmiş, ərinə məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 63 saylı evin, 35 saylı mənzilində yaşamış, X4 xx.xx.2021-ci il tarixində ölmüşdür. Ölümündən öncə X9 özünə məxsus ünvan 2-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmiş, onun xahişi ilə xəstə olması səbəbindən etibarnaməyə əvəzinə X15 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. Bundan sonra X9 Notariat ofisinə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Əİ İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********47-05101- 093069 Reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən əmlakı bağışlamaq istədiyini bildirmiş, tam mülkiyyət üzrə ona məxsus ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən, ümumi sahəsi 70.6 kv/m olan mənzili oğlu Cavabdeh1 bağışlamışdır. Onun əvəzinə Cavabdeh2ndə xx.xx.2021-ci il tarixdə verilmiş 7E-16730 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı imza etmişdir. İddiaçı nikahda olduğu X7 məxsus olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk edərək pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarından müəyyən edilir ki, X3 ilə əlaqədar arvadı İddiaçı verdiyi etibarnaməyə imza edə bilməmiş, lakin iradə ifadəsini bildirərək ona məxsus ünvan 2-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmişdir. Onun xahişi ilə xəstə olmağı səbəbindən əvəzinə X15 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı adına verilmiş etibarnamədən şəxsən özü istifadə edərək mübahisəli mənzilin özəlləşdirilməsinə razılıq vermiş, həmin mənzili Cavabdeh1 bağışlamışdır. Etibarsızlığı mübahisələndirilən etibarnamə İddiaçı özünə verilmiş, həmin etibarnamə ilə ünvan 2 özəlləşdirilmiş, özəlləşdirməyə razılıq vermiş, həmin mənzili mülkiyyəçinin adından bağışlamışdır. Bununla da müəyyən edilir ki, X9 öz adından hərəkət etməsi üçün arvadı- İddiaçı etibarnamə vermiş, iddiaçı da həmin etibarnamə əsasında ərinə məxsus mənzili Cavabdeh1 bağışlamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərinin adından onun adına verilmiş etibarnamənin ərinin əvəzinə X15 tərəfindən imzalanmasını, bu səbəbdən etibarnamənin etibarsız olmasını bildirsə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz adına verilmiş etibarnamənin ərinin əvəzinə digər şəxs tərəfindən imzalanmasından etibarnamə verilərkən məlumatı olmuş, həmin etibarnamə əsasında hərəkət edərək əriznə məxsus mənzili cavabdehə bağışlamışdır. Beləliklə hazırki halda iddiaçı ərinin adından özünə verilmiş etibarnamənin digər şəxs tərəfindən imzalanmasını bildiyi halda həmin etibarnamə əsasında ərinə məxsus mənzili cavabdehə bağışlayarkən notariat hərəkətlərinin aparılmasına razılıq verməklə həmin etibarnamənin etibarlı olmasını dolayısı ilə təsdiq etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına verilmiş etibarnamə qanunvericiliyin tələblərinə uyğun verildiyindən və etibarlı olduğundan həmin etibarnamə əsasında ərinin adından ərinə məxsus mənzili onun oğluna bağışlaması barədə bağlanmış müqavilə də etibarlı hesab edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Əgər şərt kimi qaçılmaz (labüd) olaraq yaranacaq hal göstərilmişsə, belə müqavilə şərtli bağışlama müqaviləsi hesab edilə bilməz. Bu əvvəlcədən bəlli olan, müəyyən vaxtdan hədiyyəni bağışlamaq vədini özündə əks etdirən sadə şərtsiz bağışlama müqaviləsidir. MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. İş materiallarından müəyyən edilir ki, mübahisələndirilən bağışlama müqaviləsi hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərtləndirilməmişdir. Yəni, həmin müqaviləyə əsasən cavabdeh öz üzərinə hər hansı öhdəlikləri yerinə yetirmək vəzifəsi götürməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin ləğvi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslardan da hər hansı biri mövcud deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” 7-ci qrafasında Nəzərov A.Ə. adından icra edilmiş mübahisəli imzanın Nəzərov A.Ə. tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş şəkildə icra edilməsi, bu səbəbdən ekspertiza keçirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 dekabr 2022-ci il tarixli, 4-1495 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(060)-5301/2022 saylı mülki işin 137-ci vərəqində X9 ilə İddiaçı adlarından olan 30 iyul 2021-ci il tarixli, AR-İİ № seriyalı 404252 saylı etibarnamənin “İmza:” qrafasında “Nəzərov” yazısı və həmin yazının qarşısındakı imza; Cavabdeh2 7E saylı (xx.xx.20219xx.xx.2021-ci il tarixli) reyestr jurnalında 16730 nömrə ilə qeyd edilən sırada “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Nəzərov” yazısı və həmin yazının üst hissəsindəki imza-X15 tərəfindən icra olunmuşdur. Bununla da iddiaçının qeyd edilən dəlili ekspert rəyi ilə təkzib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(060)-81/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(060)-81/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar