Məhkəmə qərarları › İş №2(102)-4414/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4414/2022

14.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4414/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 X1 Cəmiyyətinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4414/22 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, sübutetmə yükü) Bakı şəhəri 14 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)-3098/2022 nömrəli, 21 aprel 2022- ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı (Sereteli) küçəsində yerləşən 46 saylı evin 12 saylı mənzili Cavabdeh2 mülkiyyətində olmuş, iddiaçılar həmin mənzildə qeydiyyatda olmuşlar.

2. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli 45/3 saylı müqaviləyə əsasən Cavabdeh2 öz mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı (Sereteli) küçəsində yerləşən 46 saylı evin 12 saylı mənzilini sökülməsi üçün MMC-yə təhvil verməyi, MMC isə həmin mənzili sökərək əvəzində inşa ediləcək hündürmərtəbəli y aşayış binasından mülkiyyətçiyə mənzil verməyi, tikinti işləri yekunlaşanadək ona kirayə haqqı verməyi və onun köçürülməsi üçün maddi yardım etməyi öhdələrinə götürmüşlər.

3. İddiaçı3 Cavabdeh2 qızıdır.

4. Bu Müqavilənin 2.1-ci bəndinə əsasən, mülkiyyəçi mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim etməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı (Sereteli) küçəsində yerləşən 46 saylı evin 12 saylı mənzilinin sökülməsinə dair mülk iyyətçi Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onların həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onlar uzun müddətdir ki, Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı (Sereteli) küçəsində yerləşən 46 saylı evin 12 saylı mənzilində yaşayırlar. Sözügedən mənzilin mülkiyyətçisi Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli müqavilə əsasında yaşadıqları mənzil onların razılıqları olmadan sökülməsi üçün Cavabdeh1 MMCyə verilməsi barədə razılığa gəlinmişdir. Onların razılıqları olmadan onlara aid şəxsi əşyalar yaşadıqları mənzildən çıxarılmış, mənzilin qapıs ı cavabdeh şirkət tərəfindən bağlanılmışdır. Onlar hal-hazırda həmin mənzilə buraxılmırlar. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 30 dekabr 2020-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən hesab edirlər ki, müqavilə etibarsız hesab edilməli, onlar istifadə hüquqları olan həmin mənzilə məhkəmənin qətnaməsi əsasında köçürülməlidirlər. Onların üçü mənzilə 1992-ci ildə köçmüşlər, İddiaçı4 isə 1995-ci ildən həmin ünvanda yaşayır. Onların həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən mənzildən istifadə hüquqları yaranmışdır. Müqavilə bağlanarkən onların razılığı alınmamış, onlar həmin mənzildən zorla çıxarılmışlar. Bununla da, müqavilə bağlanan zaman mülki qanunvericiliyin normalarının tələbləri kobud şəkildə pozulmuşdur.

7. Birinci instansiya məhkəmə sində Cavabdeh1 MMC-nin nümayəndəsi iddianı qəbul etməmiş və bildirmişdir ki, iddia ərizəsi Cavabdeh1 MMC-yə münasibətdə, o cümlədən ümumiyyətlə əsassızdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 59 saylı sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazinin Cavabdeh1 MMC-yə ayrılması və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətsənayelayihə» DLİ tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan s akinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur. İlk olaraq qeyd etmək istəyir ki, Cavabdeh2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsində istifadədə olan, 0,055 ha torpaq sahəsində yerləşən 46 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1 və 2-ci mərtəbədə yerləşən, 190,4 m2 ümumi, 127,6 m2 yaşayış sahəsindən ibarət 5 otaqlı, 12 nömrəli mənzilin 23,5 m2 sahəsi olan 2 otağının tam hüquqlu mülkiyyətçisidir. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanarkən bütün sənədlər qanunauyğun şəkildə toplanmış və əvəzləşdirmə müqaviləsi bağl anmışdır. İddiaçıların qeyd etdiyi kimi sökmək üçün deyil, əvəzində Cavabdeh2 yeni mənzil verilməsi ilə bağlı müqavilə bağlanmışdır. İddia ərizəsində iddiaçılara aid əşyaların onların xəbəri olmadan çıxarıldığı və onların həmin mənzilə buraxılmadıqları bildirilsə də, bu tamamilə yanlışdır. Belə ki, müqavilə bağlandıqdan sonra mənzildəki əşyalar Cavabdeh2 tərəfindən daşınmış və mənzilin qapı və pəncərələri Cavabdeh2 tərəfindən sökülərək aparılmışdır, bu barədə müvafiq akt da tərtib edilmişdir. Daha sonra iddiaçıların mübahisəli mənzildə 1992-ci il tarixdən yaşadıqları və onların istifadə hüquqlarının pozulması qeyd edilsə də, orada yaşamalarını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Belə olduğu halda, iddiaçıların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına istinad etmələri əsaslı olmamışdır. Çünki onların həmin mənzildə yaşamaları sübut olunmur. Daha sonra, iddiaçıların iddia ərizələrində müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddiaları da əsassızdır. Belə ki, Cavabdeh1 MMC mübahisə edilən mənzilin tam mülkiyyətçisi olan Cavabdeh2 ilə bağlı müqavilə bağlamış və onun şəxsiyyətini təsdiq edən sənəddən də Cavabdeh2 subay olduğu müəyyən edilir. Həmçinin sözügedən mənzilə dair bağlanmış müqavilədə mənzilin özgəninkiləşdirilməsi və ya hər hansı bir formada mülkiyyətçidən alınması nəzərdə tutulmamışdır, əksinə mənzilin əvəzində ona daha geniş və müasir tələblərə cavab verən mənzil verilməsi nəzərdə tutulmuşdur. Mənzil Cavabdeh2 verildikdən sonra iddiaçıların həmin mənzilə istifadə hüququ özlüyündən yaranacaq ki, bunun da əl avə məhkəmə predmeti olaraq mübahisə müstəvisinə çıxarılması mənasızdır. Bundan əlavə, iddiaçıların sözügedən mənzildə həqiqətən də yaşamaları barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC-nin hazırkı mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır.

8. Cavabdeh2 xx.xx.2021-ci il tarixli notarial ərizə ilə iddanı qəbul etdiyini və iddianın təmin edilməsi barədə ətnamə qəbul eilməsinə etiraz etmədiyini bildirmişdi.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-5593/2021 nömrəli iş üzrə 3 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən müqavilə bağlanarkən qanunve riciliyin tələbləri pozulmamış, hüquq sahiblərinin hüquqlarını pozacaq hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, müqavilə bəndləri ilə müqavilə tərəflərinin, təhvil alınan, həmçinin təhvil veriləcək mənzillərə hər hansı hüququ ola biləcək, yaxud maraqlarına toxuna biləcək şəxslərin mənafeləri nəzərə alınmışdır. Bundan başqa, iddiaçıların qeyd olunan mənzildə yaşamalarına, mənzildə onların hər hansı əmlaklarının olmasına, həmin əmlakların və onların özlərinin mənzildən məcburi şəkildə çıxarılmalarına dair sübutlar təqdim olunmamışdır. Əksinə, işin faktiki hallarından görünür ki, mənzil mülkiyyətçisi Cavabdeh1 MMC ilə müqavilə bağladıqdan sonra özü, müstəqil şəkildə mənzildə özünə məxsus olan əşyaları yığaraq aparmış, hətta mənzilin pəncərələrini və qapılarını sökdürərək (demont aj etdirərək) özü ilə aparmışdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin evdə iddiaçılardan üç nəfər 1992-ci ildən, bir nəfər isə 1995-ci ildən yaşayır. Məhkəmə öz qətnaməsində bildirir ki, iddiaçıların qeyd olunan mənzildə yaşamalarına və s. dair sübutlar təqdim olunmamışdır. Əvvəla, iddiaçıların həmin mənzildə yaşamamalarını məhkəmə iclaslarında heç kim mübahisələndirməmişdir. Cavab deh1 MMC-nin nümayəndəsi nə məhkəmə iclaslarında, nə də tərəflər çıxış edən zaman bunu mübahisləndirməmişdir, hətta bu barədə tərəflərə sual belə verməmişdir. Yalnız yazılı qaydada dəftərxanaya təqdim edilmiş və çıxışlar zamanı heç hakimə dəftərxanadan belə təqdim edilməmiş yazılı çıxışında yaşamaları barədə sübut təqdim edilməməsini vurğulamışdır. Bu çıxış yazılı qaydada dəftərxanaya gec verildiyindən, məhkəmə iclasında səsləndirilməmişdir və nümayəndə yalnız onların görə bilmədiyi çıxışında əks etdirdiklərini təsdiq etdiyini səsləndirməklə kifayətlənmişdir. Ona görə də onlar öz növbələrində qonşular tərəfindən aktı məhkəməyə təqdim edirlər. Həmin akta əsasən qonşular təsdiq edirlər ki, iddiaçılar qeyd olunan mənzildə 1992-ci ildən sökülənə qədər yaşamışlar. Cavabdeh1 MMC həmin mənzildə i ddiaçıların qeydiyyatda olmaları və həmin şəxslərin istifadə hüquqlarının mövcudluğu barədə məlumatlı idi və həmin şəxslərin razılıqlarını müqavilə bağlananədək mülkiyyətçidən və ya iddiaçılardan əldə etməli idi. Cavabdehlər arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən mülkiyyətçi Cavabdeh1 MMCyə yalnız bir neçə sənədlər təqdim etməklə, o cümlədən iddiaçıların razılığını təqdim etməklə mənzili təhvil verir, həmin müqavilənin 2.2-ci bəndinə görə isə Şirkət, yəni Cavabdeh1 MMC mülkiyyətçidən mənzili təhvil alır, yəni 2.1.-ci bəndinə uyğun, o cümlədən iddiaçıların razılıqları ilə birlikdə mənzili təhvil alır. Tərəflər arasında mənzilin başqa təhvil etmə qaydası mövcud deyil. Təəsüflər olsun ki, bunu etməyərək mülkiyyətçi ilə müqavilə bağlayır və mülkiyyətç inin üzərinə həmin öhdəliyi qoyur. Sonradan mənzil sökülməmişdən öncə həmin ərizələri mülkiyyətçidən tələb etmir, halbuki iddiaçılar həmin müqavilədən xəbərsiz olublar və onlar mənzildə olmadığı zaman əşyaları çıxarılmış, mənzilə daxil olmasına qadağa olunmuşdur və nəticədə mənzil artıq sökülmüşdür. Bundan başqa, məhkəmə müqavilənin 3.3.4-cü bəndə istinad edir. Lakin məhkəmə onu nəzərə almamışdır və ya nəzərə almaq istəməmişdir ki, 3.3.4-cü maddəni mənzilin təhvil verilməsi ilə əlaqələndirmək olmaz. Çünki, 2.1-ci maddəsinə əsasən qeydiyyatda olan şəxslər mənzilin Şirkətə təhvil verilməsinə razılıq ərizələri verməli idilər. Həmçinin, iş üzrə digər cavabdeh olan mənzilin mülkiyyətşisi notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirsə də, məhkəmə həmin ərizəyə münasibət bildirməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2357/22 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) İddiaçı3 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və iddiaçının Cavabdeh2 məxsus mübahisəli mənzildə qeydiyyatda olması və 1992-ci ildən orada yaşamaqla, həmin mənzildən istifadə hüququnun olması, bu səbəbdən həmin mənzilin üzərində sərəncam verilərkə n onun razılığı alınmalı dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin ünvanda daimi olaraq yaşamasını və həmin mənzildə istifadə hüququnun olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bu səbəbdən göstərilən hallar sübuta yetirilməmişdir.

16. Kollegiya iddiaçının mübahisəli ünvanda yaşaması və orada istifadə hüququnun olması ilə bağlı dəlilini həm də ona görə əsaslı hesab etmir ki, iddiaçı qeyd edilən yaşayış sahəsinin hissə-hissə sökülməsini (evin qapı-pəncərələrinin çıxarılaraq aparılmasını), ona məxsus əşyaların mənzildən çıxarılaraq aparılmasını, hazırda isə mənzilin tamamilə söküldüyünü bildirir, amma işlər görülərkən cavabdehlərin bu hərəkətlərinə hər hansı şəkildə etiraz etdiyi iş materialları ilə müəyyən edilmir.

17. Məhkəmə iddiaçının müb ahisəli ünvanda qeydiyyatda olması ilə bağlı qeyd etmişdir ki, şəxsin müəyyən ünvanda qeydiyyatda olması özü-özlüyündə, onun həmin ünvanda istifadə hüququnun olması anlamına gəlmir.

18. Kollegiya iş üzrə Cavabdeh2 iddianın təmin edilməsinə etiraz etməməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişdir ki, onunla digər cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud olmadığından, habelə onun iddianı etiraf etməsi digər cavabdeh olan Cavabdeh1 MMC-nin qanunla qorunan mənafeyini pozduğundan qəbul edilə bilməz.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 144, 152.1, 152.5, MPM-in 14.2, 52.5, 77.1, 191.4 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı3 kas sasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübuta heç bir hüquqi qiymət verməmiş, halbuki məhkəmə həmin sübutu qəbul etmiş və işə əlavə etmişdir. Məhkəmə öz qətnaməsində əsaslandırma hissəsində formal bir cümlə ilə kifayətlənmiş, işdə olan sübutlara heç bir qiymət verməmişdir. b)

22. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşya ya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsa slandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Apellyasiya instansiya məhkəməsi qətnaməni yalnız apellyatora münasibətdə yoxladığından, kassasiya şikayəti əsasında qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəliləri ilə bağlı qeyd edir ki, hazırki kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlillərilə eynilik təşkil edir və həmin dəlillərə verilmiş hüquqi qiymətlə kassasiya kollegiyası razılaşır.

39. Həmçinin məhkəmə kollegi yası qeyd edir ki, mənzildə yaşayan şəxslərin razılığının olmaması mənzilə dair sərəncam verilməsi barədə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ərarvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.

40. Bununla əlaqədar həmçinin nəzərə almaq lazımdır ki, mənzildə yaşayan şəxslərin mülkiyyət hüququ daha çox yaşayış sahəsindən istifadə etmək hüququ (Mənzil Məcəlləsinin 123-cü maddəsi) və ya yaşayış binasının tərkib hissəsindən istifadə hüququ (Mənzil Məcəlləsinin 228.2-ci maddəsi) ilə bağlıdır. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınm ası, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir.

41. Hazırki iş üzrə işin faktiki hallarını müəyyən edən məhkəmələr isə kassatorun həmin mənzildən istifadə hüququnun olmasını müəyyən etməmişdirlər.

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini və nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3098/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar