Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4142/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notariusu Mustafazadə Telman Muxtar oğluna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4142/2023 (Açar sözlər: etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X13 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notariusu Mustafazadə Telman Muxtar oğluna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10) qarşı “etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-921/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh2 xüsusi notariusu tərəfindən verilmiş AR-İİ № 404252, xx.xx.2021-ci il tarixli etibarnaməyə əsaəsən, X7 ona məxsus ünvan 4-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam ver məyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmiş, onun xahişi ilə xəstə olmağı səbəbindən əvəzinə X9 Əlibala oğlu imzalamış, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cıxarışa əsasən, ünvan 4 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) xüsusi mülkiyyət hüququ ilə tam pay ilə X4 adına ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
3. X7 xx.xx.2021-ci il tarixli **********377 saylı ərizə ilə Notariat ofisinə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Əİ İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********47-05101-093069 Reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 4 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən əmlakı bağışlamaq istədiyini bildirmişdir. Onun əvəzinə Cavabdeh2ndə xx.xx.2021-ci il tarixdə verilmiş 7E-16730 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı imza etmişdir.
4. Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X7 tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 4 (Yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən, ümumi sahəsi 70,6 kv.m. olan mənzili oğlu Cavabdeh1 mülkiyyətinə vermişdir.
5. İddiaçı xx.xx.2021-ci il tarixli **********378 saylı ərizəyə əsasən, nikahda olduğu X5 məxsus olan ünvan 4 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk edərək pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
6. İddiaçı X4 arvadı, Cavabdeh1 X4 birinci evliliyindən olan övladıdır, X7 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiy a məhkəməsində icraat:
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notariusu Mustafazadə Telman Muxtar oğluna qarşı “etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 30 iyul 2021ci il tarixdə 7E-16730 nömrə ilə reyestrdə qeyd olunmaqla Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən X4 adından təsdiq edilmiş etibarnamənin, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə 4Ə-1143 saylı reyestrdə qeyd olunmaqla təsdiq etdiyi Cavabdeh1 və etibarnaməyə əsasən X4 adından hərəkət edən şəxs kimi onun arasında bağlanmış mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı işi n yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə X7 ilə nikaha daxil olaraq ünvan 3 ünvanında yaşamışdır. Qeyd olunan mənzildə onlarla birlikdə ərinin birinci evliliyi zamanı olan oğluCavabdeh1 da ailəsi ilə birlikdə yaşamışdır. Lakin son dörd ildə Cavabdeh1 və arvadı Şəhlanı ölən əri özlərini pis apardığı, birgə yaşayış qaydalarına əməl etmədiyi və onu döyərək xəstə saldığı üçün mənzildən qovmuşdur. Həmin mənzildə o, da qeydiyyatdadır. X16 xx.xx.2021-ci il tarixdə ağır xəstəlikdən ölmüşdür. Ölməzdən 2 ay qabaq X16 Cavabdeh1 və onun ailəsinin yaşadıqları mənzilə qayıdıb yaşamasına icazə vermişdir. Cavabdeh atasının ağır xəstə olduğunu və hər an ölə biləcəyini bildirərək, atasının adına orderlə olan dövlət mənzil fondun a aid mənzili tezliklə özəlləşdirməyin lazım olduğunu, atası öldükdən sonra bu məsələnin çətinləşəcəyini ona demək olar ki, hər gün söyləmişdir. Cavabdehin ona qarşı münasibəti dəyişmiş, ona yaxşı baxacağını vəd edərək şirin münasibət yaratmağa başlamışdır. Ölməzdən təxminən 1 ay əvvəl X16 ağır xəstə vəziyyətində ünvan 4 ünvanında yerləşən və orderi adına mənzili özəlləşdirmək üçün onun adına etibarnamə vermək istəyini bildirmişdir. Ancaq ağır yataq xəstəsi olduğu üçün notariusa gedə bilmədiyindən Cavabdeh1, özünün Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən notariat ofisində işlədiyini bildirən Əmir adlı şəxslə yaşadıqları mənzilə gəlmiş və həmin Əmir adlı şəxs onlara demişdir ki, Gülverən Əkbərovun adından etibarnaməni təsdiq edəcək. Bu zaman mənzildə ancaq Cavabdeh1 və özünü notariat of isinin işçisi kimi təqdim edən Əmir adlı şəxs olmuşdur. Onlar ancaq ikisi gəlmiş, başqa şəxs olmamışdır. Ancaq əri xəstə olduğu və imza edə bilmədiyi üçün heç bir sənədə imza etməmişdir. Lakin bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, qeyd etdiyi etibarnamə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ciddi surətdə pozulması ilə “təsdiq edilmişdir” və aşağıda qeyd olunan səbəblərdən etibarsız hesab edilməlidir. Belə ki, sonradan o, etibarnaməni nəzərdən keçirərkən görmüşdür ki, etibarnamənin təsdiq qrafasında sonradan əlavə olunub ki, - “otuz iyul iki min iyirmi birinci il, mən, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu bu etibarnaməni təsdiq edirəm.” X1 şəxsən özü mənim iştirakımla imza etmişdir. Etibar edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabili yyəti yoxlanılıb.” Daha sonra həmin etibarnamənin üzərində bu məzmunda bir qeyd aparılıb: “Onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X11 imza etdi. düzəlişinə inanılsın. notarius: imza və möhür.” Cavabdeh2 xüsusi notariusu Telman Mustafazadə Gülverən Əkbərovu görmədən necə qeyd edə bilir ki, X1 şəxsən özü onun iştirakı ilə imza edib. Axı həmin vaxt Cavabdeh2 xüsusi notariusu Telman Mustafazadə Cavabdeh2ndə, Gülverən Əkbərov isə öz mənzildə ağır xəstə vəziyyətdə yataqda olmuşdur. X2 imzaladığı qeyd olunur. Axı bu şəxs kimdir, haradan peyda olub? Gülverən Əkbərov belə bir şəxsi görmədən necə ondan xahiş edə bilər ki, xəstədir, onun əvəzinə imza etsin. Belə bir adamı nə o, nə ölən əri görməmişdir, tanımırlar. Əmir adlı şəxs notarius, yaxud notarius köməkçisi və ya notariat hərəkətlərini aparmaq səlahiyyəti olan şəxs olmadan hansı səlahiyyətlə ünvana gəlib “notariat hərəkəti aparır?” Digər tərəfdən, notarius Telman Mustafazadə daha sonra etibarnamədə qeyd aparmışdır ki, “onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X11 imza etdi düzəlişinə inanılsın. notarius: imza və möhür.” Axı etibarnamədə düzəliş olmamışdır ki, belə bir qeyd yazılsın. Məgər notarius Telman Mustafazadə “əlavə edilmə” ilə “düzəlişin” fərqini bilmir? Cavabdeh2 xüsusi notariusu Telman Mustafazadə tərəfindən xx.xx.2021-ci il tarixdə 4Ə-1143 saylı reyestrdə qeyd olunmaqla təsdiq etdiyi mənzilin bağışlama əqdi də Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ciddi pozulması ilə təsdiq edildiyinə görə etibarsız hesab edilməlidir. Bununla yanaşı cavabdeh atasının ağır xəstə olduğunu və hər an ölə biləcəyini bildirərək ona onun adına orderlə olan dövlət mənzil fonduna aid mənzili tezliklə özəlləşdirməyin lazım olduğunu, atası öldükdən sonra bu məsələnin çətinləşəcəyini iddiaçıya demək olar ki, hər gün söyləmişdir. Bu məqsədlə atasının adından qeyd edilən etibarnaməni də Əmir adlı şəxsə “təsdiq etdirmişdir”. Lakin ölən əri ona yalnız mənzilin onun adına özəlləşdirilməsi ilə bağlı etibarnamə vermək istədiyini demişdir və Əmir adlı şəxs cavabdehlə onların mənzilinə gələndə Cavabdeh1 ona bildirmişdir ki, bu etibarnamə yalnız mənzili özəlləşdirmək üçün verilib. Bundan sonra o, cavabdehlə müxtəlif idarələrə gedərək, sənədlərə imza atmış və cavabdeh hər dəfə ona bildirmişdir ki, bütün bu sənədləşmə işləri ancaq mənzilin atasının adına özəlləşdirilib çıxarış alınması üçündür. O, cavabdehə inanaraq sənədlərə imza atmışdır. Lakin hüquqi savadı olmadığından həmin sənədlərin məzmunu barədə heç bir məlumatı və anlayışı olmamış, sənədləri ona imza üçün təqdim edən şəxslər də onların məzmununun nə olduğu barədə ona heç nə bildirməmişdir. X16 öldükdən sonra cavabdehin ona qarşı münasibəti mənfi mənada qəti dəyişmişdir. Cavabdeh1 sanki onu mənzildən uzaqlaşdırmaq istəyərək təhqir edir, mənzildən çıxıb getməyi üçün dözülməz mənəvi və məişət çətinlikləri yaratmışdır. Axırda cavabdeh onu zorla mənzildən qovmuşdur və o, artıq xeyli müddətdir ki, həmin mənzilə qayıda bilmir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 etibarından sui-istifadə edərək, onu aldadaraq, mənzilin özəlləşməsinə dair razılıq ərizəsi əvəzinə ona mənzilin bağışlanmasna dair razılıq ərizəsinə və müqaviləyə imza etdi mişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq məhkəmə tərəfindən ona ünvanlanan suallara cavab verərək bildirmişdir ki, əri X7 2021-ci ilin avqust ayının 29-da ölmüşdür. Məhkəməyə yol verilən qanunsuzluq hallarından 1 ilə yaxın müddət keçdikdən sonra müraciət etməsinin səbəbi cavabdeh Habilin onunla sonradan yola getməməsi olmuşdur. O, vəkilə müraciət edən zaman ona məlum olmuşdur ki, artıq evdən çıxarılmışdır. İmza çəkməyə məcbur edilmişdir, imza çəkməyinin zəruri olduğu bildirildikdə imza çəkmişdir. Mənzilin özəlləşdirilməsi ilə bağlı ərizə yazmaq üçün notariat ofisinə onu Habil aparmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə getməmişdir, çıxarışı Habil almışdır.
10. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, etibarnamə iddiaçıya verilmiş və iddiaçı da həmin etibarnamə əsasında müvafiq hərəkətlər etmişdir. İddiaçının etibarnamənin etibarsızlığını mübahisələndirmək hüququ yoxdur. Etibarnamənin etibarsızlığını və ləğvini tələb etmək etibarnamə verənə məxsusdur, hazırda həmin şəxs ölmüşdür. Habelə ekspert tərəfindən etibarnamədəki və notariat ofisinin reyestr jurnalındakı imzanın X10 tərəfindən icra edilməsinə dair rəy verilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.
11. Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu 10 avqust 2022-ci il tarixli 1741 №-li məlumatla birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən etibarnamə, bağışlanma müqaviləsi və ərizələr “Notariat hərəkətlərinin aparılması haqqında təlimat”a və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa tam uyğun olaraq aparılmışdır. Notariat işini araşdırarkən məlum olmuşdur ki, etibarnamə notariat ofisindən kənarda təsdiq edilmişdir. Notariat hərəkətinin notariat ofisindən kənarda təsdiq edilməsi üçün əvvəlcədən bildiriş verilir, vaxt təyin olunur (bu adətən səhər tezdən və işdən sonra həyata keçirilir) və həmin vaxt notarius nəqliyyat vasitəsi ilə təmin edildikdən sonra vətəndaşın evinə gedir. Evə getməmişdən əvvəl etibarnamə hazır vəziyyətdə yazılaraq aparılır. Bildiriş verilərkən, xəstə vətəndaşın etibarnaməyə özü imza edib-etməyəcəyi barədə soruşulur. Vətəndaş isə xəstənin imza edəcəyini söyləyi r, lakin evə gedərkən bəzi hallarda xəstə halı yaxşı olmadığı üçün imza edə bilməyəcəyini söyləyir. Bu halda Təlimatın 130-cu bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən əqddə cismani qüsurlarına, xəstəliyinə və ya digər üzrlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər. Etibarnamə imzalanmamışdan əvvəl etibarnamənin məzmunu notarius tərəfindən vətəndaşa oxunur və izah edilir. Etibarnamə səlahiyyət verən vətəndaşın dediklərinə əsasən tərtib edilir. Bütün bunlardan sonra etibarnamə imzalanır. Etibarnamə verilən şəxs notariat hərəkətinin iştirakçısı olmadığı üçün onun orada iştirakı vacib deyil. Etibarnamənin dövlət reyestrində qeydiyyatı vətəndaşın yanında aparılır. Etibarnaməyə im za edən şəxs eyni zamanda dövlət reyestrinin qeydiyyat kitabında imza edir. Notariusun təsdiq qeydində imza edə bilməməsinin səbəbi göstərilməklə, onun xahişi ilə imza edən şəxsin şəxsiyyəti müəyyən edilərək, soyadı, adı, atasının adı yazılır. İddia ərizəsində adı çəkilən Əmir adlı şəxs notariat ofisinin işçisidir və bütün notariat hərəkətlərinin qeydiyyatının aparılması notarius tərəfindən ona həvalə edilmişdir. Həmin şəxs notariusla bərabər notariat hərəkətinin həyata keçirilməsində iştirak edir. Göstərilən etibarnamə hazır vəziyyətdə yazılıb aparıldığı üçün (çünki bildiriş verən şəxsin xəstənin etibarnaməyə özü imza edəcəyini söyləmişdir) onun əvəzinə imza edən şəxsin adı, soyadı sonradan notarius tərəfindən əlavə edilmişdir. Təlimatın 34-cü bəndinə əsasən, notarius təsdiq olunmuş, ya xud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər. Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın” sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir. Bu halda düzəliş etibarnamənin məzmununa toxunmadan təsdiq qeydində aparılmışdır. Notariat işindən göründüyü kimi İddiaçı notariat ofisinə şəxsən özü müraciət etmiş, mənzilin Cavabdeh1 bağışlanmasını istəmiş, bağışlanma müqaviləsi ilə əlaqədar bütün proseslər onun təşəbbüsü və fəal iştirakı ilə baş vermişdir. Hətta İddiaçı notariat ofisinə ərizə ilə müraciət edərək mənzilin bağışlanmasına dair öz razılıq ərizəsini də yazmışdır. Bundan başqa etibarnamə İddiaçı ver ilmiş, mənzilin özəlləşdirilməsini və bağışlanmasını şəxsən həyata keçirmişdir. Notarius hər hansı bir sənədi təsdiq edərkən, notariat hərəkətinin iştirakçısına hüquq və vəzifələrini başa salır. Notariat hərəkəti notariat ofisinə müraciət edən şəxsin sənədləri, onun iradə ifadəsinə uyğun, onun istəyi əsasında tərtib edilir. Bütün bu proseslər hamısı qanunvericiliyə uyğun həyata keçirilmişdir.
12. Birinci instansiya məhkəməsinin 16 avqust 2022-ci il tarixli iclasında X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmiş və iş üzrə izahat verərək bildirmişdir ki, etibarnamənin verilməsində iştirak etmiş, imza çəkmişdir. X7 xəstə olduğundan imza çəkə bilməmiş, buna görə onun əvəzindən imza çəkmişdir. Həmin gün evdə iddiaçı, iddiaçının ölən əri X7, onun birinci nikahda olduğu dövrdə doğulmuş övladı Cavabdeh1, notarius Telman müəllim, Əmir müəllim və özü olmuşdur. Cavabdeh Habil onun dostudur, Əmir adlı şəxs Telman müəllimin köməkçisi olmuşdur, həmin vaxt Telman müəllim özü də şəxsən orada olmuşdur. Saat təxmini səhər saat 9-a işləmiş, Habil ilə birlikdə əvvəl notariusa getmişdir. Notariusdan həm etibarnamə, həm də kitabı götürüb evlərinə getmiş, hər ikisinə də evdə imza çəkmişdir. Etibarnaməni oxumamışdır, sadəcə adlarını qeyd etdiyi şəxslərin iştirakı ilə həm etibarnamə, həm də kitaba özü imza çəkmişdir.
13. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 dekabr 2022-ci il tari xli, 4-1495 №-li ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 2(060)-5301/2022 saylı mülki işin 137-ci vərəqində X7 ilə İddiaçı adlarından olan 30 iyul 2021-ci il tarixli, AR-İİ № seriyalı 404252 saylı etibarnamənin “İmza:” qrafasında “Nəzərov” yazısı və həmin yazının qarşısındakı imza; Cavabdeh2 7E saylı (xx.xx.20219xx.xx.2021-ci il tarixli) reyestr jurnalında 16730 nömrə ilə qeyd edilən sırada “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Nəzərov” yazısı və həmin yazının üst hissəsindəki imza-X11 tərəfindən icra olunmuşdur.
14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-81/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X3 ilə əlaqədar arvadı İ ddiaçı verdiyi etibarnaməyə imza edə bilməmiş, lakin iradə ifadəsini bildirərək ona məxsus ünvan 4-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmiş, onun xahişi ilə xəstə olmağı səbəbindən əvəzinə X11 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı həmin etibarnamədən şəxsən özü istifadə edərək mübahisəli mənzilin özəlləşdirilməsinə razılıq vermiş, həmin mənzili Cavabdeh1 bağışlamışdır. Hazırda etibarsızlığı mübahisələndirilən etibarnamə İddiaçı özünə verilmişdir. Həmin etibarnamə ilə İddiaçı ünvan 4-i özəlləşdirmiş, özəlləşdirməyə razılıq vermiş, həmin mənzili mülkiyyətçinin adından bağışlamışdır.
16. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, sadalananlara əsasən X7 iradə ifadəsini könüllü təzahür edərək İddiaçı etibarnamə vermiş, sonuncu da həmin etibarnamə əsasında mənzili Cavabdeh1 bağışlamışdır. Buna görə də etibarnamə və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 337, 362.1, 362.2, 666.1, 666.2-ci, “Notariat haqqında ” Azərbaycan Respublikası Qanununun 17, 35-ci, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 15 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər yoxdur.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 2(105)-921/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, mübahisə edilən əqd üzrə bağışlanmış mənzil iddiaçının ölmüş ərinə məxsus olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixdə X7 ilə nikaha girmiş, ərinə məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 63 saylı evin, 35 saylı mənzilində yaşamış, əri X7 xx.xx.2021-ci il tarixində ölmüşdür. Ölümündən öncə X7 özünə məxsus ünvan 4-i özəlləşdirmə yi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi iddiaçıya etibar etmiş, onun xahişi ilə xəstə olması səbəbindən etibarnaməyə əvəzinə X11 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. Bundan sonra X7 Notariat ofisinə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Əİ İdarəsi tərəfindən xx.xx.2021- ci il tarixdə verilmiş **********47-05101-093069 Reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 4 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən əmlakı bağışlamaq istədiyini bildirmiş, tam mülkiyyət üzrə ona məxsus ünvan 4 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən, ümumi sahəsi 70.6 kv/m olan mənzili oğlu Cavabdeh1 bağışlamışdır. Onun əvəzinə Cavabdeh2ndə xx.xx.2021-ci il tarixdə verilmiş 7E-16730 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı imza etmişdir. İddiaçı nikahda olduğu X5 məxsus olan ünvan 4 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən mənzilin bağışlan masına etiraz etməmişdir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk edərək pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
22. Həmçinin iş materiallarından müəyyən edilir ki, X3 ilə əlaqədar arvadı İddiaçı verdiyi etibarnaməyə imza edə bilməmiş, lakin iradə ifadəsini bildirərək ona məxsus ünvan 4-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə ver məyi və digər hərəkətlər etməyi iddiaçıya etibar etmişdir. Onun xahişi ilə xəstə olmağı səbəbindən əvəzinə X11 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı adına verilmiş etibarnamədən şəxsən özü istifadə edərək mübahisəli mənzilin özəlləşdirilməsinə razılıq vermiş, həmin mənzili Cavabdeh1 bağışlamışdır. Etibarsızlığı mübahisələndirilən etibarnamə iddiaçının özünə verilmiş, həmin etibarnamə ilə ünvan 4 özəlləşdirilmiş, özəlləşdirməyə razılıq vermiş, həmin mənzili mülkiyyətçinin adından bağışlamışdır.
23. Bununla da müəyyən edilir ki, X7 öz adından hərəkət etməsi üçün arvadı iddiaçıya etibarnamə vermiş, iddiaçı da həmin etibarnamə əsasında ərinə məxsus mənzili Cavabdeh1 bağışlamışdır.
24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən he sab etmişdir ki, iddiaçı ərinin adından onun adına verilmiş etibarnamənin ərinin əvəzinə X11 tərəfindən imzalanmasını, bu səbəbdən etibarnamənin etibarsız olmasını bildirsə də, iddiaçı öz adına verilmiş etibarnamənin ərinin əvəzinə digər şəxs tərəfindən imzalanmasından etibarnamə verilərkən məlumatı olmuş, həmin etibarnamə əsasında hərəkət edərək əriznə məxsus mənzili cavabdehə bağışlamışdır. Beləliklə hazırkı halda iddiaçı ərinin adından özünə verilmiş etibarnamənin digər şəxs tərəfindən imzalanmasını bildiyi halda həmin etibarnamə əsasında ərinə məxsus mənzili cavabdehə bağışlayarkən notariat hərəkətlərinin aparılmasına razılıq verməklə həmin etibarnamənin etibarlı olmasını dolayısı ilə təsdiq etmişdir.
25. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iddiaçının adına verilmiş etib arnamə qanunvericiliyin tələblərinə uyğun verildiyindən və etibarlı olduğundan həmin etibarnamə əsasında ərinin adından ərinə məxsus mənzili onun oğluna bağışlaması barədə bağlanmış müqavilə də etibarlı hesab edilməlidir.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İş materiallarından müəyyən edilmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsi hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərtləndirilməmişdir. Yəni, həmin müqaviləyə əsasən cavabdeh öz üzərinə hər hansı öhdəlikləri yerinə yetirmək vəzifəsi götürməmişdir.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, bağışlama müqaviləsinin ləğvi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslardan da hər hansı biri mövcud deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” 7-ci qrafasında Nəzərov A.Ə. adından icra edilmiş mübahisəli imzanın Nəzərov A.Ə. tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş şəkildə icra edilməsi, bu səbəbdən ekspertiza keçirilməsi ilə bağlı qeyd et mişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 dekabr 2022-ci il tarixli, 4-1495 №-li ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 2(060)-5301/2022 saylı mülki işin 137-ci vərəqində X7 ilə İddiaçı adlarından olan 30 iyul 2021-ci il tarixli, AR-İİ № seriyalı 404252 saylı etibarnamənin “İmza:” qrafasında “Nəzərov” yazısı və həmin yazının qarşısındakı imza; Cavabdeh2 7E saylı (xx.xx.20219xx.xx.2021-ci il tarixli) reyestr jurnalında 16730 nömrə ilə qeyd edilən sırada “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Nəzərov” yazısı və həmin yazının üst hissəsindəki imza-X11 tərəfindən icra olunmuşdur. Bununla da iddiaçının qeyd edilən dəlili ekspert rəyi ilə təkzib edilmişdir.
29. Məhk əmə kollegiyası eyni zamanda hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.
30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 337, 362.1, 362.2, 666.1, 666.2-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17, 35-ci, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 15 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
31. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsi həm maddi, həm də prosessual hüquq normalarının kobud şəkildə pozulmasını ehtiva etdiyindən, işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən, o cümlədən mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin bu sahədə qəbul etdiyi Qərarlarında öz əksini tapan hüquqi mövqelərə zidd olduğundan tamamilə qanunsuz və əsassızdır. Qeyd edir ki, mərhum həyat yoldaşı tərəfindən xeyrinə verilmiş əqd mülki qanunvericliyin tələbləri baxımından düzgün olmayan şəkildə qeydiyyata alındığına görə özü özlüyündə etibarsız hesab edilməlid ir. Kollegiya yalnız saxta sənədlərə hüquqi qiymət verməklə kifayətlənmiş, hər iki instansiya məhkəməsinə vəsatətlər verərək ekspertizaya təqdim ediləcək etibarnamənin notariat kontorunda qalan nüsxəsi deyil, etibar ediləndə, yəni məndə qalmalı olan nüsxəsinin göndərilməsini və imzaların iki etibarnamə üzrə tamam fərqli olduğunu qeyd etməsi, dəfələrlə keçirilən məhkəmə iclaslarında 3 saylı notariat kontorunun notariusu Telman Mustafazadənin məhkəmə iclaslarına çağırılaraq izahatının alınması barədə verdiyi vəsatətlər də nəticəsiz qalmışdır. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanuvericiliklə ona verilən heç bir hüquq və vəzifələrindən istifadə etməmiş, bu da sonda kobud prosessual səhvlərlə dolu olan qanunsuz bir qətnamənin qəbul edilməsinə zəmin olmuşdur. Tətbiq ed ilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
37. Maddə 337.4. Etibarsı z əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
39. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüq uq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
40. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
41. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
42. Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.
43. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
44. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
45. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
46. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirililən hissədə bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Belə ki, məhkəmə kollegiyası nın qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
60. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
61. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.
62. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür k i, mübahisə edilən əqd üzrə bağışlanmış mənzil iddiaçının ölmüş ərinə məxsus olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixdə X7 ilə nikaha girmiş, ərinə məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 63 saylı evin, 35 saylı mənzilində yaşamış, X16 xx.xx.2021-ci il tarixində ölmüşdür. Ölümündən öncə Gülverən Əkbərov özünə məxsus ünvan 4-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əl aqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmiş, onun xahişi ilə xəstə olması səbəbindən etibarnaməyə əvəzinə X11 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. Bundan sonra Gülverən Əkbərov Notariat ofisinə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Əİ İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********4705101-093069 Reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 4 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən əmlakı bağışlamaq istədiyini bildirmiş, tam mülkiyyət üzrə ona məxsus ünvan 4 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən, ümumi sahəsi 70.6 kv/m olan mənzili oğlu Cavabdeh1 bağışlamışdır. Onun əvəzinə Cavabdeh2ndə xx.xx.2021- ci il tarixdə verilmiş 7E-16730 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı imza etmişdir. İddiaçı nikahda olduğu Gülverən Əkbərova məxsus olan ünvan 4 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk edərək pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarından müəyyən edilir ki, Gülverən Əkbərov səhhəti ilə əlaqədar arvadı İddiaçı verdiyi etibarnaməyə imza edə bilməmiş, lakin iradə ifadəsini bildirərək ona məxsus ünvan 4-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmişdir. Onun xahişi ilə xəstə olmağı səbəbindən əvəzinə X11 imza etmiş, notarius Telman Mustafazadə tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı adına verilmiş etibarnamədən şəxsən özü istifadə edərək mübahisəli mənzilin özəlləşdirilməsinə razılıq vermiş, həmin mənzili Cavabdeh1 bağışlamışdır. Həmin əqdlər qanuni əsaslarla bağlandığından onların etibarsız hesab edilməsi istisna olunur. İş üzrə bağışlama müqavilələrinin düzgün olmaması barədə iddiaçının gətirdiyi dəlillər əsassızdır.
63. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, X7 vəfat etdiyi xx.xx.2021-ci il tarixə kimi onun adından icra olunmuş xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrini mübahisələndirməmiş, müqaviləni bağlamış tərəflər də bununla bağlı hər hansı mübahisə açmamışlar. Həmçinin iddiaçı Mülki Məcəllənin 365.2-ci maddəsinə uyğun olaraq etibarnamə vermiş şəxs kimi istənilən vaxt ona verilmiş etibarnamədən imtina etmək hüququna malik olsa da, bu hüququndan istifadə etməmişdir.
64. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində sözügedən bağışlama müqavilələrinin bağlanması zamanı qanun pozuntusuna yol verilməsi və həmin müqavilələrin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmasına dair dəlilləri əsassızdır.
65. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə l azımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
66. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
67. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
68. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 69. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
70. Beləliklə, məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
71. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-921/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbu