Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4237/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Karımov Tofigin maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi Karımov Tofig maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1964-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə evdə olduqları vaxt X1 vəziyyəti pisləşmişdir. O, dərhal təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi qardaşı rəhmətə getmişdir. X2 Bakı şəhəri Xavər Vəliyev küçəsində yerləşən 3 saylı qəbirstanlıqda dəfn etmişlər. Maraqlı şəxsnə qardaşının ölüm şəhadətnaməsinin alınması üçün müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət edir.
İş materialları :
3. Təcili və X11 Stansiyasının 12 saylı bölməsinin xx.xx.2024-cü il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, həmin tarixdə saat 02:24 radələrində Bakı şəhəri, Balaxanı qəsəbəsi, H.Əsgərov ünvanına X5 adına X21 stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə həkimə qədər ölüm, kişi meyid aşkar olunmuşdur.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiklərindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
5. Bakı şəhəri Sabunçu Rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 160 saylı arayışdan görünür ki, X12 16 dekabr 2024-cü il tarixdə vəfat etmişdir.O, Xavər Vəliyev küçəsində yerləşən 3 saylı qəbiristanlıqda dəfn edilmişdir.
6. “Tibbi Ərazi Bölmələrini İdarə etmə Birliyi” X22 “Bakı Baş Səhiyyə Mərkəzi” X22 26 nömrəli Şəhər Polillinkası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində 12 saylı TTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 3 ünvanında yaşamış, xx.xx.1964-cü il təvəllüdlü X12 vəfat etmişdir. Vəfat etmiş şəxs 26 nömrəli Şəhər Poliklinkasına xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinka tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.
7. İ-ЗЖ seriyalı, 033775 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.1970-ci il tarixində doğulmuşdur. X4, atası X8r.
8. İş materiallarına iki ədəd şəkil əlavə edilmişdir.
9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə tələbi müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhər Nizami rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
12. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X18 xx.xx.2024-cü il tarixdə ona məxsus olan mənzildə rəhmətə getmişdir. Gecə idi, hamı yatmış idi, lakin qardaşı Tahir yatmamışdı. Ondan soruşanda niyə yatmırsan, bildirdi ki, qolları aşağı düşür. Onun yanına gələndə yırğalanırdı. Tez X21a zəng etmişlər. Lakin onlar gec gəldilər, gələndə artıq vəfat etmiş idi. Həkim bildirmişdir ki, yəqin tromp damara düşmüşdür. X19 qəbirstanlıqda dəfn etmişlər. Yas mərasimini Bakıxanov qəsəbəsində yerləşən mərasim evində olmuşdur.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahatında bildirmişdir ki, ərizəçi onun əmisi nəvəsidir. Kərimov Tahir 16 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. Onu Zabrat qəbirstanlığında dəfn etmişlər. Yas mərasimi bacısıgilin həyətində olmuşdur. Kərimov Tahirin xəstəliyi ilə bağlı hər hansı bir məlumatı yoxdur.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
218.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
İşin faktiki halı :
17. Ərizəçi Karımov Tofig mənzilə dair sənədləşmə işləri ilə əlaqədar qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət etmişdir.
18. xx.xx.1964-cü il tarixdə Ermənistan, Krasnoselo rayonu, Toxluca kəndində anadan olmuş X12 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Zabrat qəsəbəsi Xavər Vəliyev küçəsində yerləşən 3 saylı qəbirstanlığında dəfn edilmişdir.
19. X5 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Bakı şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsi tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
20. X5 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
21. Məhkəmə qeyd edir ki, xx.xx.1964-cü il tarixdə Ermənistan,Krasnoselo rayonu, Toxluca kəndində anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
22. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
23. Belə ki, xx.xx.1964-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı, iş materialları, ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
25. Mülki işin materiallarından da görünür ki, ərizəçi Karımov Tofig qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.
26. Belə ki, Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X5 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm akt qeydinin aparılmasından imtina edilmiş və ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
27. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun qardaşının ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.
Nəticə :
28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1964-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
29. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1964-cü təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva