Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4264/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qardaşı 25 sentyabr 1964-cü il təvəllüdlü X5 24 iyul 2008-ci il tarixində vəfat etmişdir. Vəfat etdiyi vaxt Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ evlərində olmuşdur. Onun ölümünü təcili tibbi yardım xidmətinin həkimləri qeydə alsalar da, o, üzrlü səbəblərə görə müvafiq qeydiyyat şöbəsinə müraciət etməmişdir. Elə bilmişdir ki, təcili tibbi yardımın işçiləri ölümü qeydə almaqla yanaşı müvafiq aktı dövlət orqanlara özləri göndərirlər. Lakin indilərdə ona məlum olub ki, təcili tibbi yardım stansiyasının əməkdaşları bu haqda lazımi orqanlara məlumat verməmişdir. Ona görə də, qardaşının ölümünün qeydiyyata almaq üçün məhkəməyə müraciət edir. Həmçinin, mərhum qardaşının şəxsiyyət vəsiqəsinin əsli də bu günə qədər ondadır. Dəfn mərasimi onun tərəfindən təşkil olunmuş və bunun üçün bütün zəruri müvafiq işlər yerinə yetirilmişdir. X10 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Qəbir daşı da mövcuddur və müvafiq məlumatlar, eləcə də mərhum qardaşının fotoşəkili də orada öz əksini tapır. Bu günlərdə o, qardaşının ölüm faktının qeydə alınması məqsədilə və müvafiq ölüm haqqında şəhadətnamə verilməsi xahişi ilə ərizə ilə Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin maraqlı şəxs Nizami Rayon Qeydiyyat Şöbəsi ölüm faktının qeydiyyat alınmasının mümkünsüz olduğunu bildirərək, qardaşının ölüm faktının müəyyənləşdirilməsi üçün müvafiq məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Qeyd etmək istəyir ki, X10 24 iyul 2008-ci il tarixində vəfat etməsinə baxmayaraq bu günə qədər onun ölüm faktı qeydə alınmamış və bu səbəbdən də ölüm faktı dövlət qeydiyyatına alınmamışdır. Bu da yol verilməzdir, çünki bir şəxs sağ deyilsə, o zaman onun ölümü müvafiq qaydada qeydiyyata alınmalıdır. X1 24 iyul 2008-ci il tarixində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, 25 sentyabr 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 24 iyul 2008-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, qardaşı ərizədə qeyd olunan tarixdə vəfat etməsinə baxmayaraq, hal-hazırda yaşadığı ünvanda qeydiyyatda qalmışdır, bu səbəbdən sonuncunun ölüm faktının təsdiq edilməsi zərurəti yaranmışdır, məlumdur ki, vəfat etmiş şəxsin ölümü bu barədə müvafiq orqan tərəfindən verilmiş şəhadətnamə ilə müəyyən edilməlidir. Qardaşının bütün yas və dəfn xərcləri şəxsən onun tərəfindən qarşılanmışdır və mərhumun sənədləri, həmçinin şəxsiyyət vəsiqəsinin əsli də hal-hazırda onun özündədir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, mərhum X5 onun qaynıdır. Mərhum “şizofreniya” xəstəliyindən əziyyət çəkmiş, həmçinin psixi problemləri olmuşdur. Mərhum vəfat edərkən o da Pirşağı qəsəbəsində olmuş, mərhum Mərdəkan qəsəbəsində dəfn edilmişdir. Ölüm vaxtı təcili tibbi yardım da çağırılmış, hətta qonşular da orada olmuşdur. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatlarını, şahid ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZE seriyalı, 01068531 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 25 sentyabr 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; -AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; -AЗ seriyalı, ******* və 035071 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 25 sentyabr 1964-cü ildə, Ərizəçi xx xxx 1959-cu ildə doğulmuşlar. X2, anaları X4r; -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 noyabr 2021-ci il tarixli 955 saylı arayışından görünür ki, X5 24 iyul 2008-ci il tarixdə vəfat etmiş və Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur; -Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 30 sentyabr 2021-ci il tarixli, 05/Q-2522/15 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 8.5-ci bəndinə uyğun olaraq ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; Məhkəməyə mərhum X3 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 25 sentyabr 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş qardaşı X5 24 iyul 2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi qardaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 25 sentyabr 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 24 iyul 2008-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 sentyabr 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 24 iyul 2008-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 101,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-4264/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4264/2021
15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver