Məhkəmə qərarları › İş №2(007)-4437/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4437/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4437/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi və Maraqlı şəxs2 qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun əmisi X7 onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Əmisinin ailəsi olmadığı üçün ona özü baxmışdır. Əmisi 09.10.2021-ci ildə evdə olan vaxt səhhəti pisləşmiş, o, dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi əmisi vəfat etmişdir. Təcili Yardımdan gələn həkimlər demişlər ki, əmisi “COVİD-19” xəstəliyindən ölüb. X2 Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən qəbirstanlığında dəfn etmişlər. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə əmisinin ölüm şəhadətnaməsinin alınması ilə bağlı müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciətini təmin etməmişdir. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət edir. Buna görə də, ərizəni təmin edib, 25.09.1952-ci il təvəllüdlü X3 09.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs2 izahatında bildirdi ki, o, mərhum X3 qardaşıdır. Qardaşı 09.12.2021-ci il tarixdə evdə vəfat etmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. Ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və Maraqlı şəxs2 izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZE seriyalı, 03306523 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 25 sentyabr 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; -AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1975-ci ildə Quba rayonu, Kuçeyn Palasa kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; -İE seriyalı 951008 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24 yanvar 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur; -İİİ-JQ seriyalı 346421 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1975-ci ildə Quba rayonu, Kuçeyn Palasa kəndində anadan olmuşdur, atası X5r; -Bakı şəhəri Təcili və X6 Stansiyasının 6 saylı Bölməsinin 09 oktyabr 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 12:51-də ünvan 1 ünvanında X3 yanına gəldikdə, kişi cinsli meyid, həkimə qədər ölüm müəyyən edilmişdir; -Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 16 oktyabr 2021-ci il tarixli, 05/Q-2678/15 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 8.5-ci bəndinə uyğun olaraq ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; - Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin 21 oktyabr 2021-ci il tarixli, 3087 saylı arayışından görünür ki, mərhum X7 09 oktyabr 2021-ci il tarixdə Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn olunmuşdur; -Məhkəməyə mərhum X3 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 25 sentyabr 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş əmisi X7 09 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi əmisinin ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 25 sentyabr 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 09 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 sentyabr 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 09 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar