Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4467/2025 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilib xx.xx.1968-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 onun atasıdır. xx.xx.2025-ci il tarixdə evdə olduqları vaxt atası gecə yatan yerdə infakt keçirərək rəhmətə getmişdir. Səhər yuxudan qalxan vaxt atasının qalxmadığını görüb dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardımın həkimi də təsdiq etmişdir ki, atası infakt keçirərək rəhmətə getmişdir. X2 Digah qəsəbə qəbirsanlığında dəfn etmişlər. Maraqlı şəxsnə atasının ölüm şəhadətnaməsinin alınması ilə bağlı müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək göstərdi ki, mərhum onun həyat yoldaşııdır. Mərhum axşam yatan zamanı ona səhər işə çağırmasını bildirmiş, səhər işə çağırmağa duranda ondan səs çıxmamış, onu çevirəndə vəfat etdiyini görmüşdür. Hadisə 13 sentyabr 2025-ci ildə saat 07:30-da olmuş, bu zaman özünü itirmiş, tez qızını çağırmışdır. Həkim xəstəliyinin adını soruşmuş, lakin o, mərhumun nə xəstəliyinin olmasını deyə bilməmişdir. Mərhum həkimə getmirdi, xəstəliyi olmamışdır. Ola bilsin ki, ürək tutmasından ölmüşdür. Mərhumu Digah qəbiristanlığında dəfn etmişlər. Mərasimi Dərnəgül ərazisində olan mərasim evində vermişlər və qonşular, qohumlar gəlmişdir. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək göstərdi ki, ərizəçigilin qonşularıdır, ünvan 1 ünvanında yaşayır. xx.xx.2025-ci ildə, şənbə günü səhər saat 08:00- 09:00 vaxtlarında yuxudan duranda ağlaşma olmasını eşitmiş və mərhumun rəhmətə getdiyini bilmişdir. Təcili tibbi yardım gəlmişdir. O, dəfndə iştirak etməmiş, ərizəçigilin evinə getmişdir. Mərasimə işdə olduğu üçün gedə bilməmiş, mərhumu həyətdən qəbiristanlığa yola salmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 15963867 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1968-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. - Təcili və X3 xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X4 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "Bakı Baş Səhiyyə Mərkəzi" X13 26 Nömrəli şəhər Poliklinikası tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə Nizami TTTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.1968-ci il təvəllüdlü X8 vəfat etmişdir. Vəfat etmiş şəxsin 26 Nömrəli şəhər Poliklinikasına xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə AR Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. - Abşeron rayonu Digah Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 64/3 saylı arayışdan görünür ki, X8 xx.xx.2025-ci il tarixində ölmüş və həmin tarixdə Digah qəsəbə qəbristanlığnda dəfn olunmuşdur. - Qəbir daşının fotoşəkilindən görünür ki, X8 xx.xx.1968-ci il tarixdə anadan olmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi atası X8 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi atası X8 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 xx.xx.2025-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X4 13 sentyabr 2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4467/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4467/2025
13.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver