Məhkəmə qərarları › İş №2(007)-454/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-454/2021

05.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-454/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, Ərizəçi Ərizəçi oğlunun nümayəndəsi Nümayəndə vəkili Vəkil iştirakı ilə, Ərizəçi oğlunun şəxsin ölmüş elan olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi oğlu X3 ölmüş elan olunması barədə ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə tələbi onunla əsaslandırdı ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi X5 məxsusdur.13 may 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən X8 həmin yaşayış sahəsini qardaşı Ərizəçi oğluna vəsiyyət etmişdir.Həmin vaxtdan o,Bakı şəhərindən köçüb getmişdir.Onun haraya köçməsi məlum deyil.Bu faktı X1 və X7 da təsdiq edə bilərlər. X3 arvadı X12 02 noyabr 1982-ci il tarixdə vəfat etmişdir.X3 yaşayıb-yaşamaması barədə məlumat olmadığından vəsiyyətnamənin icra olunması mümkün deyil. X3 21 noyabr 1921-ci il tarixdə doğulması və uzun müddət qeydiyyatda olduğu yerdə görünməməsi onun ölmüş elan olunması barədə qərar qəbul edilməsinə əsas verir.Bakı şəhəri Sabunçu Rayonu İcra hakimiyyəti başçısının Sabunçu qəsəbə nümayəndəliyindən verilmiş 17 avqust 2020-ci il tarixli məktubdan görünür ki qeyd olunan mənzildə yalnız X8 qeydiyyatdadır.Qeyd olunanlara əsasən ərizənin təmin olunması və 21 noyabr 1921-ci ildə Penza vilayəti,Penza rayonu Bolşaya Valyayevka kəndində anadan olmuş X3 ölmüş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi Ərizəçi oğlunun vəkili Vəkil eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Bakı Şəhəri XDSİK-nin Texniki İnvertarlaşdırma bürosundan verilmiş qeydiyyat şəhadətnaməsindən görünür ki, Bakı şəhəri,Sabunçu qəsəbəsi Yefim Saratov küçəsindəki 60 saylı özbaşına tikiliyə 24 oktyabr 1990-cı il tarixdən X3 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Notarial qaydada təsdiq olunmuş vəsiyyətnamənin məzmunundan görünür ki, X8 oğlu ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilini Ərizəçi oğluna vəsiyyət etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayonu İcra hakimiyyəti Başçısının Sabunçu Qəsəbə Nümayəndəliyindən verilmiş 17.08.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, ünvan 1 ünvanda X8 qeydiyyatda təkdir.Mənzildə qeydiyyatsız olaraq X9,X10,X6 və X11 qeydiyyatsız yaşayırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN-nin Sabunçu Rayon Polis İdarəsindən verilmiş 19.11.2020-ci il tarixli məktubda qeyd olunur ki, ünvan 1 ünvanda yaşamış 21.11.20121-ci il təvəllüdlü ki, X3 barəsində Sabunçu Rayon Polis İdarəsində heç bir axtarış işi açılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsindən verilmiş 07.12.2020-ci il tarixli məktubda qeyd olunur ki, X3 barəsində akt qeydi aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən göndərilmiş 23 noyabr 2020-ci il tarixli məktubda qeyd olunur ki, X3 dövlət sərhəddindən hərəkəti barədə məlumat qeydə alınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayonu İcra hakimiyyəti Başçısının Sabunçu Qəsəbə Nümayəndəliyindən verilmiş 05.02.2021-ci il tarixli məktubda qeyd olunur ki,nümayəndəlikdə mövcud ev kitablarına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi Ə.Əzimzadə (keçmiş Yefim Saratov) küçəsindəki 60 saylı ünvanda yaşamış X8 doğum tarixi və yeri aşağıdakı kimi qeyd olunmuşdur;X8 21 noyabr 2021-ci il tarixdə Penza vilayətininPenza rayonunun Bolşaya Valyayevka kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305-ci maddəsinə əsasən aşağıdakı işlərə xüsusi icraat qaydasında baxılır. ...305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi X5 məxsusdur.13 may 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən X8 həmin yaşayış sahəsini Ərizəçi oğluna vəsiyyət etmişdir.Həmin vaxtdan sonra onun harada olması,hal-hazırda yaşayıb yaşamaması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmənin müxtəlif dövlət orqanlarına yönləndirdiyi sorğularla əsasən X3 halhazırda sağ olması barədə hər hansı məlumat aşkar etmək mümkün olmamışdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, X3 ölmüş hesab olunması üçün kifayət qədər əsaslar vardır. Bu barədə ərizə onun vəsiyyətnamə üzrə vərəsəsi tərəfindən verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21 noyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Penza vilayəti Penza rayonunun Bolşaya Valyayevka kəndində anadan olmuş X8 ölmüş hesab olunmalı,onun ölüm tarixi qətnamə qanuni qüvvəyə mindiyi gün müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin olunsun. 21 noyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Penza vilayəti Penza rayonunun Bolşaya Valyayevka kəndində anadan olmuş X8 ölmüş hesab olunsun. Onun ölüm tarixi qətnamə qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar