Məhkəmə qərarları › İş №2(007)-4548/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4548/2025

30.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4548/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X2rşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X2rşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1209 saylı bağ evi (Təzə qaydalarla: AZ 1129, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 112-ci Mərdəkan küçəsi, giriş 1) (Kadastrı və X3 Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış Reyester nömrəsi: **********98-11301; Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2025) (bundan sonra “bağ evi” adlandırılacaq) üzərində mülkiyyət hüququnun Rusiya Federasiyanın vətəndaşı RUS768648262 saylı pasportun sahibi Ərizəçi adına qeydiyyata alınması, həmin bağ evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyəti hüququnun isə Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, AA3169850 saylı şəxsiyyət vəsiqəsinin sahibi X1 adına qeydiyyata alınması vəzifəsinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.4-cü maddəsinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə qeyd edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X2rşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və mülki iş e-2(007)-4519/2025 nömrə ilə qeydiyyata alınaraq məhkəmənin icraatına daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-4519/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında xx.xx.2025ci il tarixdə bağlanılmış Barışıq Sazişi təsdiq edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almamışdır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında e-2(007)-4519/2025 saylı mülki iş vardır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X2rşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X2rşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar