Məhkəmə qərarları › İş №2(007)-46/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-46/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-46/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı ASC-nin nümayəndələri Nümayəndə2 və X1, Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 Xəqani qızının iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC-yə qarşı “borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC-yə qarşı “borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbini dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada “Yelo Bank" ASC-in xeyrinə 2019-cu il 18 iyul tarixli kredit müqaviləsi üzrə 1679673,4 ABŞ dolları əsas, 240290,16 ABŞ dolları faiz, 124152,89 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2044116,45 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına “Yelo Bank“ ASC-yə ödənilməsi, "xxxx" MMC-dən, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2016-ci il 27 may tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 07.02.2022-ci il tarixədək hesablanmış 0 manat gecikmiş əsas, 109390,46 manat faiz, 78249,79 manat cərimə borcu və 1760,2 manat illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, ümumlikdə 189400,45 manat məbləğində borcun tutulması, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 2016-cı il 09 sentyabr tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 07.02.2022-ci il tarixədək hesablanmış 142208,88 manat əsas, 229100,07 manat faiz, 33760,71 manat cərimə borcu olmaqla, ümumlikdə 405069,66 manat məbləğində borcun tutulması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsi və qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 MMC-nin ("xxxx" İstehsalat Məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK ) və Yardımçı ləvazimatlarının İddiaçı ASC-yə qaytarılması, Cavabdeh1 MMC-yə ("xxxx" istehsalat məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 "xxxx" ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksinin boşaldılaraq İddiaçı ASC-yə qaytarılması, "xxxx" İKB ASC ilə “Dadaş-N" MMC arasında bağlanmış 17.07.2019-ci il tarixli baş kredit müqaviləsinin, 09.09.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17.07.2019-ci il tarixli, 6-BİZ-5-0-80- 19 №li baş kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə "xxxx" İKB ASC-nin “MXD” filialından illik 24%-lə 120 ay müddətinə ******* manat məbləğində kredit limiti ayrılmışdır. 18.07.2019-ci il tarixli, 6-B Z-5-0-80-19/1 №li kredit müqaviləsinə əsasən “Dadaş-N “MMC "xxxx" İKB ASC-nin “MXD" filialından illik 7 %-lə 12 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası 18.07.2019cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir və Cavabdeh3 ilə 18.07.2019-ci il tarixli, “Emperor Horizon “ MMC ilə 26.08.2019-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 18.07.2019-cu il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il iyunun 02-dək Cavabdeh1 MMC-nin 18.07.2019-ci il tarixli kredit müqaviləsi üzrə banka 1679673,4 ABŞ dolları əsas, 42746,39 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə cəmi 1722419.79 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. "xxxx" İKB ASC ilə "xxxx" İstehsalat Məmulatları MMC arasında bağlanmış 27.05.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 14 %-lə 60 ay müddətinə ******* manat məbləğində Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK) və Yardımçı ləvazimatları lizinqə verilmişdir və 31.03.2017-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda "xxxx" İKB ASC ilə "xxxx" istehsalat Məmulatları MMC arasında bağlanmış 09.09.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 12 %- lə 144 ay müddətinə ******* manat məbləğində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 "xxxx" ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksi lizinqə verilmişdir. 15.08.2017-ci il tarixli “Öhdəliklərin ötürülməsi və qəbulu” haqqında №01/2017 DML saylı müqaviləyə əsasən Cavabdeh1 MMC "xxxx" İstehsalat Məhsulları MMC-nin Bank qarşısında götürdüyü bütün öhdəliklərini heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və Bank qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. Lizinq müqaviləsinin 1.4-cli bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 3.5-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə illik 0.1 %-lə cərimə ödəyir. Lizinq müqaviləsinin 6.3-cü bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 6.3-cü bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Cavabdeh tərəfindən yuxarıda göstərilən kredit və lizinq müqavilələrinin şərtləri vaxtında yerinə yetirilmədiyindən 18.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 1679673,4 ABŞ dolları əsas, 240290,16 ABŞ dolları faiz, 124152,89 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2044116,45 ABŞ dolları, 27 may 2016-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə cavabdehdən 07.02.2022-ci il tarixədək hesablanmış 0 manat gecikmiş əsas, 109390,46 manat faiz, 78249,79 manat cərimə borcu və 1760,20 manat illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, ümumlikdə 189400,45 manat, 09 sentyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə cavabdehdən 07.02.2022-ci il tarixədək hesablanmış 142208,88 manat əsas, 229100,07 manat faiz, 33760,71 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 405069.66 manat tutulmalıdır. Lizinq müqavilənin 6.4-ci bəndinin tələblərinə müvafiq olaraq “Yelo Bank" ASC lizinq alana lizinq obyektinin qaytarılması barədə tələb irəli sürmüşdür. Lakin, tələb yerinə yetirilməmiş, lizinq obyekti “Yelo Bank" ASC-yə qaytarılmamışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, bir kredit üzrə borc tam bağlanmış, buna görə də bir əmlak girovdan götürülmüş, indi isə bir kredit və iki lizinq üzrə girov əmlakları qalmış, onların dəfələrlə cavabdeh Nəsimi müəllimlə söhbətləri olmuş, hər dəfə Nəsimi müəllim müəyyən məbləği ödəyəcəyini bildirmiş, hətta 2021-ci ilin sentyabr ayında kredit müqaviləsinin tam bağlanması ilə bağlı razılıq olmuş, lakin qarşı tərəf həmin razılığa əməl etməmişdir. Cavabdehin nümayədəsi və vəkilinin məhkəmə iclasının təxirə salınmasına və barışıq sazişi ilə bağlı bildirdi ki, o iclasın təxirə salınmasına qəti şəkildə etiraz edir. Belə ki, artıq 2 ildir bu iş cavabdehin günahı ucbatından məhkəmənin icraatındadır. Heç bir əsas olmadan ekspertizalar keçirilmiş və məhkəmə iclasları təxirə salınmışdır. Barışığa ortaq razılaşmayla razı olduqlarını və yekun məhkəmə aktının çıxarılmasının barışıq müqaviləsinin bağlanmasına heç bir maneəçilik törətmədiyini, istənilən vaxt, qətnamə çıxarıldıqdan sonra da, icraya yönəldiləndən sonra da öz razılıqları əsasında barışıq edə biləcəklərini, tərəf ödənişləri etmək istədiyini desə də nəticə olmadığını, sonuncu dəfə edilən 70,000 manat ödənişin iddia ərizəsinə əlavədə nəzərə alındığını, Banklar haqqında qanuna əsasən digər fəaliyyətlə məşğul ola bilmədiklərini, vətəndaşdan depozit cəlb edib həmin depoziti digər müştərilərə satmaqla məşğul olduqlarını, onların pulunun illərdi Cavabdeh1 MMC-də qaldığını, bu məhkəmənin uzanıb təxirə salınması onlara heç nə vermədiyini bildirdi. O, həmçinin Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkilinin işlə tanış olma ilə bağlı məhkəmə iclasının təxirə salınması xahişi ilə bağlı qeyd etdi ki, vəkil məhkəmənin ən son iclas təxirə salındıqdan sonra işlə tanış olmaq üçün məhkəməyə müraciət etməmiş, işlə həmin müddət ərzində tanış ola biləcəyi halda bunu etməmişdir. Onun vəsatəti məhkəmə iclasının uzadılması üçün verilmişdir. Ona görə də təmin olunmamalıdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 Xəqani qızı bildirdi ki, iş məhkəməyə veriləndən sonra borcdan 800 min manat ödəniş edilmiş, ən son ödəniş təxmini 70,000 manat olmuş, yekun məhkəmə aktı çıxarılmadan qabaq tərəflər arasında barışıq sazişi olması üçün o, “Yelo Bank" ASC-də olmuş, onlar arasında dünən Nəsimi müəllim tərəfindən 300-350 min manat civarında ödəniş olunması ilə bağlı danışıqlar aparılmış, lakin Ağdamdan gələndən sonra Nəsimi müəllimin səhhəti ilə bağlı problemlər yarandığından ödənişləri edə bilməmişdir. O, borc məbləğərini qısa müddət ərzində ödəmək istədiklərini, müxtəlif instaniya məhkəmələrini bir-bir gəzməklə işi uzatmaq istəmədiklərini, buna görə də barışıq sazişinin bağlanması üçün Bankla danışıq aparacaqlarını, növbəti iclasda barışıq sazişi ilə bağlı müraciət edəcəklərini, həmçinin ekspert rəyi ilə tanış olmadığını bildirdi və məhkəmədən iclası təxirə salmağı xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iddianı qəbul etmədiklərini, iddia ərizəsində 2019-cu ilin müqaviləsi qoyulduğunu, sonradan iddia tələbinin artırıldığını, 2019-cu il tarixli müqavilənin müddətinin 5 il olduğunu, ilk 12 ay möhlət hüququnun verildiyini, iddiaçı bank müqaviləsinin ləğv edilməsini xahiş etsə də, müqavilənin ləğvinin şərtlərinin olduğunu, 2019-cu ildə bağlanmış müqavilənin qüvvədə olan müqavilə olduğunu bildirmiş və həmin hissədə iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" İKB ASC-nin “MXD” filialı ilə "xxxx" MMC arasında bağlanmış 17.07.2019-ci il tarixli, 6-BİZ-5-0-80-19 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən "xxxx" MMC-yə illik 24 faiz dərəcəsi ilə, 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - "xxxx" İKB ASC-nin “MXD” filialı ilə "xxxx" MMC arasında bağlanmış 18.07.2019-ci il tarixli, 6-B Z-5-0-80-19/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, müqavilə 17.07.2019-ci il tarixli, 6-BİZ-5-0-80-19 saylı müqaviləyə əsasən bağlanmış və bank tərəfindən "xxxx" MMC-yə illik 7 faiz dərəcəsi ilə, 60 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmiş, "xxxx" MMC öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 18.07.2019-ci il tarixli, 6-BZ-5- 0-80-19 (Z) saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün "xxxx" MMC ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - "xxxx" İKB ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış 26.08.2019-ci il tarixli, 6- BİZ-5-0-80-19 (Z) saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 MMC zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün "xxxx" MMC ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh2, borcalan "xxxx" MMC arasında bağlanmış 18.07.2019-ci il tarixli, 6-BİZ-5-0-80-19 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan özünə məxsus olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının (ipoteka predmeti 5500000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi ipoteka qoymuşdur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilərək 23.07.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına 17.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, bank tərəfindən bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. - İddiaçı ASC-nin 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMCnin 1679673,4 ABŞ dolları əsas borc, 240290,16 ABŞ dolları faiz, 124152,89 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2044116,45 ABŞ dolları məbləğində borcu vardır. - 22.05.2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. - "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC ("xxxx" İstehsalat Məmulatları MMC) arasında bağlanmış 27.05.2016-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi və ona əlavədən görünür ki, iddiaçı 1 052,322 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK ) və Yardımçı ləvazimatlar Cavabdeh1 MMC-nin ("xxxx" İstehsalat Məmulatları MMC) sahiblik və istifadəsinə vermiş, Cavabdeh1 MMC ("xxxx" İstehsalat Məmulatları MMC) isə təhvil-təslim aktına imza edərək lizinq obyekti sayılan əşyaları təhvil almışdır. Cavabdeh1 MMC ("xxxx" İstehsalat Məmulatları MMC) həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. - "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 31 mart 2017-ci il tarixli, 27/05/2016/DML/Z/2 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 zamin qismində sözü gedən lizinq müqaviləsinin tərəfi olmuşdur və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün "xxxx" MMC ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 15.08.2017-ci il tarixli, 01\2017 DML saylı “Öhdəliklərin ötürülməsi və qəbulu haqqında müqaviləsindən görünür ki, "xxxx" MMC "xxxx" İstehsalat Məmulatları MMC-nin "xxxx" İKB ASC qarşısında 27.05.2016-ci il tarixli 27\05\2016DML saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə götürdüyü bütün öhdəlikləri heç bir tələb irəli sürmədən qəbul edir və bu öhdəlikləri bank qarşısında tam həcmdə və lazımınca yerinə yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. - "xxxx" İKB ASC-nin 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin ("xxxx" İstehsalat - "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 15.08.2017-ci il tarixli, 27/05/2016/DML/Z/2 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 zamin qismində sözü gedən lizinq müqaviləsinin tərəfi olmuşdur və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün "xxxx" MMC ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. -"xxxx" İKB ASC-nin 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin ("xxxx" İstehsalat Məmulatları MMC) 27.05.2016-cı il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə 07.02.2022-ci il tarixinə 0 manat gecikmiş əsas, 109390,46 manat faiz, 78249,79 manat cərimə borcu və 1760,2 manat illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, ümumlikdə cəmi 189400,45 manat borcu vardır. - "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC ("xxxx" İstehsalat Məmulatları MMC) arasında bağlanmış 09.09.2016-cı il tarixli daxili maliyyə lizinq müqaviləsi və ona əlavədən görünür ki, iddiaçı 1 130,779 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 "xxxx" ünvanında yerləşən ümumi sahəsi 1267.1 kv.m əmlak kompleksi Cavabdeh1 MMCnin ("xxxx" İstehsalat Məmulatları MMC) sahiblik və istifadəsinə vermiş, Cavabdeh1 MMC ("xxxx" İstehsalat Məmulatları MMC) isə təhvil-təslim aktına imza edərək lizinq obyekti sayılan əşyaları təhvil almışdır. Cavabdeh1 MMC ("xxxx" İstehsalat Məmulatları MMC) həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. - "xxxx" İKB ASC-nin 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin 09.09.2016-cı il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə 07.02.2022-ci il tarixinə 142208,88 manat əsas, 229100,07 manat faiz, 33760,71 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 405069,66 manat borcu vardır. - "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 15.08.2017-ci il tarixli, 02\2017 DML saylı “Öhdəliklərin ötürülməsi və qəbulu haqqında müqaviləsindən görünür ki, "xxxx" MMC "xxxx" İstehsalat Məmulatları MMC-nin "xxxx" İKB ASC qarşısında 09.09.2016-ci il tarixli 02\2016DML saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə götürdüyü bütün öhdəlikləri heç bir tələb irəli sürmədən qəbul edir və bu öhdəlikləri bank qarşısında tam həcmdə və lazımınca yerinə yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 "xxxx" ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" İKB ASC-nin adına 15.02.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 "xxxx" ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksi "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilərək 01.10.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - “LegalPrime” Hüquq və Konsaltinq şirkətinin 01.04.2021-ci il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, ünvan 1 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırkı bazar qiyməti təqribən ******* manat, likvid dəyəri ******* manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin 22.04.2021-ci il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, ünvan 1 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırkı bazar qiyməti təqribən ******* manat, likvid dəyəri ******* manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış 10.09.2021-ci il tarixli məktubundan görünür ki, əmlak sahibləri qiymətləndirmə aparılması üçün şərait yaratmaqdan imtina etmişlər. Buna səbəb kimi isə qarşı tərəflə barışmaqları və məhkəmə icraatına ehtiyac qalmadığını bildirmişlər. - "xxxx" MMC-nin 10.11.2021-ci il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, ünvan 1 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırkı bazar qiyməti təqribən 5500000,00 manat, likvid dəyəri 5000000,00 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli rəyindən görünür ki, 18.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 03.06.2020-ci il tarixə əsas borc üzrə 1.679.673,40 ABŞ dolları, faiz borc üzrə 92.430,87 ABŞ dolları məbləğində, 27.09.2021-ci il tarixə əsas borc üzrə 1.679.673,40 ABŞ dolları, faiz borc üzrə 247.240,77 ABŞ dolları məbləğində borc müəyyən olunmuşdur. - 06.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 18.07.2019-ci il tarixli, 6-BİZ-5-0-80-19/1 saylı kredit müqaviləsi üzrə borcalan müqavilənin şərtlərini pozaraq İddiaçı ASC-yə olan kredit müqaviləsi üzrə borcunun ödənilməsinin təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin borclu və zamindən müştərək qaydada məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. - 16.04.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, 27.05.2016-cı il tarixli və 09.09.2016-cı il tarixli daxili maliyyə lizinq müqavilələri üzrə borcalan müqavilənin şərtlərini pozaraq İddiaçı ASC-yə olan əsas və faiz borcunun ödənilməsinin təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin borclu və zamindən müştərək qaydada məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18.07.2019-ci il tarixli, 6-B Z-5-0-80-19/1 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana 60 ay müddətinə, illik 7 faiz olmaqla, ******* ABŞ dolları məbləğində pul ayrılmışdır. Cavabdeh1 MMC həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 18.07.2019-ci il tarixli, 6-BZ-5-0-80-19 (Z) saylı və Cavabdeh4 MMC isə 18.07.2019-ci il tarixli, 6-BZ-5-0-80-19 (Z) saylı zaminlik müqaviləsinə əsasən, zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşlar. Razılaşmalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh1 MMC ilə birgə zaminlər məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 18.07.2019-ci il tarixli, 6-BİZ-5-0-80-19 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını (ipoteka predmeti 5.500.000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Lakin Cavabdeh1 MMC müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC ("xxxx" İstehsalat Məmulatları MMC) arasında bağlanmış 27.05.2016-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi və ona əlavəyə əsasən iddiaçı 1 052,322 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK ) və Yardımçı ləvazimatları, 09.09.2016-cı il tarixli daxili maliyyə lizinq müqaviləsi və ona əlavəyə əsasən iddiaçı 1 130,779 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 "xxxx" ünvanında yerləşən ümumi sahəsi 1267.1 kv.m əmlak kompleksi Cavabdeh1 MMC-nin ("xxxx" İstehsalat Məmulatları MMC) sahiblik və istifadəsinə vermiş, Cavabdeh1 MMC ("xxxx" İstehsalat Məmulatları MMC) isə təhvil-təslim aktına imza edərək lizinq obyektləri sayılan əşyaları təhvil almışdır. Cavabdeh1 MMC ("xxxx" İstehsalat Məmulatları MMC) həmin müqavilələrə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. 27.05.2016-cı il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 15.08.2017-ci il tarixli, 27/05/2016/DML/Z/2 saylı zaminlik müqaviləsinə əsasən, zamin qismində sözü gedən müqavilənin tərəfi olmuşdur. Cavabdeh1 MMC isə həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. “LegalPrime” Hüquq və Konsaltinq şirkətinin 01.04.2021-ci il tarixli rəyi ilə ipoteka predmeti olan obyektin qiymətləndirilməsi aparılmış, ünvan 1 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırkı bazar qiyməti təqribən ******* manat, likvid dəyəri ******* manat, "xxxx" MMC-nin 10.11.2021-ci il tarixli rəyi ilə isə ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, ünvan 1 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırkı bazar qiyməti təqribən 5500000,00 manat, likvid dəyəri 5000000,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli rəyinə əsasən 18.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 03.06.2020-ci il tarixə əsas borc üzrə 1.679.673,40 ABŞ dolları, faiz borc üzrə 92.430,87 ABŞ dolları məbləğində, 27.09.2021-ci il tarixə əsas borc üzrə 1.679.673,40 ABŞ dolları, faiz borc üzrə 247.240,77 ABŞ dolları məbləğində borc müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 MMC-yə 17.07.2019-ci il tarixli, 6-BİZ-5-0-80-19 saylı Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə "xxxx" İKB ASC-nin “MXD” filialından illik 24%-lə 120 ay müddətinə ******* manat məbləğində kredit limiti ayrılmışdır. 18.07.2019-ci il tarixli, 6-B Z-5-0-80-19/1 №li kredit müqaviləsinə əsasən “Dadaş -N “MMC "xxxx" İKB ASC-nin “MXD" filialından illik 7 %-lə 60 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit götürmüşdür. Borclu Cavabdeh1 MMC İddiaçı ASC ilə bağladığı 18.07.2019-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh1 MMC öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 MMC Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 MMC-nin İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 MMC zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, əsas borcun, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli rəyi ilə əsas borc üzrə 1.1679.673,40 ABŞ dolları, faiz borc üzrə 247.240,77 ABŞ dolları məbləğində borc müəyyən olunmuşdur. Ona görə də cavabdehlərdən iddiaçının xeyrinə 18.07.2019-ci il tarixli, 6-B Z-5-0-80-19/1 saylı kredit müqaviləsi üzrə əsas borc qismində ekspert rəyi ilə də təsdiq olunmuş 1679673,4 ABŞ dolları, faiz borcu qismində isə iddiaçının 14.02.2022-ci il tarixli maliyyə arayışında müəyyən olunmuş 240.290,16 ABŞ dolları borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, “LegalPrime” Hüquq və Konsaltinq şirkətinin 01.04.2021-ci il tarixli rəyi ilə ipoteka predmeti olan obyektin qiymətləndirilməsi aparılmış, ünvan 1 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırkı likvid dəyəri ******* manat, "xxxx" MMC-nin 22.04.2021-ci il tarixli rəyi ilə hazırkı likvid dəyəri ******* manat müəyyən edilsə də, ipoteka predmetinin hazırki likvid dəyəri "xxxx" MMC-nin 10.11.2021-ci il tarixli rəyi ilə 5000000,00 manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə ipoteka predmetinin sonuncu qiymətləndirilməsi aparılmış və ipoteka predmetinin hazırkı likvid dəyərinin 5000000,00 manat olması müəyyən edilmişdir. Belə olan halda, qiymətləndiricinin gəldiyi nəticə obyektiv, qərəzsiz və hərtərəfli hesab edilərək ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndiricinin hesabat aktında göstərilənlər əsas götürülməlidir. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh2 ona məxsus obyekti ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyi əsas borclu tərəfindən yerinə yetirilmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hərracda ilkin satış qiyməti 5000000,00 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan obyektin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməli, hərrac yolu ilə satıldıqdan sonra Cavabdeh2 və digər şəxslərin ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına olan istifadə hüquqları itirilmiş hesab edilməklə, qeyri-yaşayış sahəsi ən geci 1 ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 MMC İddiaçı ASC ilə bağladığı 27.05.2016-cı il və 09.09.2016-cı il tarixli daxili maliyyə lizinq müqavilələr üzrə götürdüyü öhdəliklərə əməl edib, lizinq ödənişlərini ödəməmişdir. Cavabdeh3 Mülki Məcəllənin 470.1ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 MMC-nin İddiaçı ASC qarşısında 27.05.2016-cı il tarixli lizinq müqaviləsi üzrə öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 MMC zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC İddiaçı ASC ilə bağladığı 09.09.2016-cı il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə lizinq obyekti sayılan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 "xxxx" ünvanında yerləşən ümumi sahəsi 1267.1 kv.m əmlak kompleksi Dadaş-N MMC-nin ("xxxx" istehsalat məmulatları MMC) qanunsuz sahibliyindədir. Cavabdeh Dadaş-N MMC-yə ("xxxx" istehsalat məmulatları MMC) tərəfində yol verilən hüquqa zidd əməl nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, daxili maliyyə lizinq müqavilələr üzrə götürdüyü öhdəliklərə əməl etmədiyi üçün Cavabdeh1 MMC-nin ("xxxx" İstehsalat Məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK ) və Yardımçı ləvazimatları və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 "xxxx" ünvanında yerləşən 1267,1 kv.m əmlak kompleksi boşaldılaraq İddiaçı ASC-yə qaytarılmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, kredit razılaşması üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 2019-cu il tarixli müqavilənin müddətinin 5 il olması, ilk 12 ay möhlət hüququnun verilməsi, iddiaçı bankın kredit müqaviləsinin ləğv edilməsini xahiş etsə də, müqavilənin ləğvinin şərtlərinin pozulması, 2019-cu ildə bağlanmış müqavilənin qüvvədə olan müqavilə olması və iddia tələbinin həmin hissədə baxılmamış saxlanılması dəlili ilə bağlı bildirir ki, 18.07.2019-ci il tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən əsas borc məbləğinin ödənilməsi üçün borc alana 12 ay güzəşt müddəti müəyyən olunmuşdur. Həmin müqaviləyə əsasən təsdiq olunmuş ödəniş qrafikində də bu güzəşt əks olunmuşdur. Lakin buna baxmayaraq iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 02.06.2019-cu il tarixə borcalanın kredit müqaviləsinin faizləri üzrə 42746,39 ABŞ dolları borcu olmuşdur. Kredit müqaviləsinin 6.4.4-cü bəndində borcalanın ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tarifləri uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəmək vəzifəsi qeyd olunmuşdur. Həmçinin, 8.1.2-ci bəndində borcalan tərəfindən ödəniş cədvəli üzrə ödənişlər 12 ay ərzində 3 dəfədən çox və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə bank verdiyi krediti hesablanmış faiz, komissiya və müvafiq halda cərimə və dəymiş zərərlə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada “Yelo Bank" ASC-in xeyrinə 18.07.2019-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 1679673,4 ABŞ dolları məbləğində əsas borc, 240290,16 ABŞ dolları məbləğində faiz borcu, 50.000,00 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1969963,56 ABŞ dolları məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməli, qeyri-yaşayış binasının ilkin satış qiyməti 5.000.000,00 manat müəyyən edilməli, həmin qeyri-yaşayış sahəsi açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu Yelo Bank" ASC-yə ödənilməli, Cavabdeh1 MMC-dən, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 27.05.2016-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 07.02.2022-ci il tarixədək hesablanmış 109390,46 manat faiz, 5000 manat cərimə borcu və 1760,2 manat illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, ümumlikdə 116.150,66 manat məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilməli, Cavabdeh1 MMC-dən İddiaçı ASC-in xeyrinə 09.09.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 07.02.2022-ci il tarixədək hesablanmış 142208,88 manat əsas borc, 229100,07 manat faiz borc, 8000 manat cərimə borcu olmaqla, ümumlikdə 379308,95 manat məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilməli, ipotekanın satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına olan istifadə hüquqları itirilmiş hesab edilməklə, həmin torpaq sahəsi və qeyriyaşayış binası boşaldılaraq banka təhvil verilməli, Cavabdeh1 MMC-nin ("xxxx" İstehsalat Məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK ) və Yardımçı ləvazimatları İddiaçı ASC-yə qaytarılmalı, Cavabdeh1 MMC-nin ("xxxx" istehsalat məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 "xxxx" ünvanında yerləşən 1267,1 kv.m əmlak kompleksi boşaldılaraq İddiaçı ASC-yə qaytarmalı, "xxxx" İKB ASC ilə “Dadaş-N" MMC arasında bağlanmış 17.07.2019-ci il tarixli baş kredit müqaviləsi və 09.09.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh1 MMC-dən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50,00 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, əmlakı qiymətləndirilməsi ilə bağlı 500 manat xərc məbləği isə tutularaq "Legal Prime” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada “Yelo Bank" ASC-in xeyrinə 18.07.2019-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 1679673,4 ABŞ dolları məbləğində əsas borc, 240290,16 ABŞ dolları məbləğində faiz borcu, 50000,00 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1969963,56 ABŞ dolları məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin. Qeyriyaşayış binasının ilkin satış qiyməti 5000000,00 manat müəyyən edilsin və həmin qeyriyaşayış binası açıq hərracdan satılsın. Əldə olunacaq vəsait hesabına kredit borcu Yelo Bank" ASC-yə ödənilsin. Satışdan əldə edilən məbləğ qətnamənin icrasəna kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına olan istifadə hüquqları itirilmiş hesab edilməklə, həmin torpaq sahəsi və qeyri-yaşayış binası boşaldılaraq banka təhvil verilsin. Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 27.05.2016-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 07.02.2022-ci il tarixədək hesablanmış 109390,46 manat faiz borcu, 5000 manat cərimə borcu və 1760,2 manat illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, ümumlikdə 116150,66 manat məbləğində borc məbləği tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 MMC-dən İddiaçı ASC-in xeyrinə 09.09.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 07.02.2022-ci il tarixədək hesablanmış 142208,88 manat əsas borc, 229100,07 manat faiz borc, 8000 manat cərimə borcu olmaqla, ümumlikdə 379308,95 manat məbləğində borc məbləği tutularaq İddiaçı ASC-yə ödənilsin. Dadaş-N MMC-nin ("xxxx" İstehsalat Məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK ) və Yardımçı ləvazimatları İddiaçı ASC-yə qaytarılsın. Dadaş-N MMC-yə (“Sarar’istehsalat məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 "xxxx" ünvanında yerləşən 1267,1 kv.m əmlak kompleksi boşaldılaraq İddiaçı ASC-yə qaytarılsın. "xxxx" İKB ASC ilə “Dadaş-N" MMC arasında bağlanmış 17.07.2019-ci il tarixli baş kredit müqaviləsi və 09.09.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50,00 manat pul Cavabdeh1 MMC-dən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Əmlakı qiymətləndirilməsi ilə bağlı 500 manat xərc məbləği Cavabdeh1 MMC-dən tutularaq "Legal Prime” MMC-yə (Hesablaşma hesabı: “Azər-Türk Bank" ASC, filial kodu: 512565, VÖEN:**********, H\HAZe30AZRT******************** SWİFT: AZRTAZ22, müxbir hesab AZE02NABZ********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bak Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar