Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-493/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 9668,96 (doqquz min altı yüz altmış səkkiz ABŞ dolları, 96 sent) ABŞ dolları, faiz borcu üzrə 1831,45 (bir min səkkiz yüz otuz bir ABŞ dolları, 45 sent) ABŞ dolları olmaqla, cəmi 11500,41 (on bir min beş yüz ABŞ dolları, 41 seni) ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 148,65 (bir yüz qırx səkkiz manat, 65 qəpik) manat dövlət rüsumu və iddianın təmin tədbiri ərizəsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə, tutmanın Cavabdeh mülkiyyətində olan **-SE-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ACCENT” minik markalı (buraxılış ili 2013, ban- Z94CT41DBDR219466, rəngi - qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “Aqrarkredif' QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub “Aqrarkredit QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 ivul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-AVK-1948 saylı, 22.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcdan”) arasında 06.08.2013-cü il tarixdə, № 01189 saylı kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən avtomobil alınması məqsədi ilə cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 16275 (on altı min iki yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq **-SL- *** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ACCENT” minik markalı (buraxılış ili 2013, ban- Z94CT41DBDR219466, rəngi qara) avtomobil 06.08.2013-cü il tarixdə, № 1189 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 6 avqust 2013-cü il tarixli, AA seriyalı, 096191 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 9668,96 (doqquz min altı yüz altmış səkkiz ABŞ dolları, 96 sent) ABŞ dolları, faiz borcu üzrə 1831,45 (bir min səkkiz yüz otuz bir ABŞ dolları, 45 sent) ABŞ dolları olmaqla, cəmi 11500,41 (on bir min beş yüz ABŞ dolları, 41 sent) ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilinəsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Hesab edirlər ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 148,65 (bir yüz qırx səkkiz manat, 65 qəpik) manat dövlət rüsumu və iddianın təmin tədbiri ərizəsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, kredit ödənişlərini edə bilmirdi. Buna görə də, o, maşını bankın əməkdaşına vermişdir. Hazırda maşının harada olduğunu bilmir. Belə ki, artıq maşını qaytarmağından 7 il ötür, hazırda gəlib ondan maşını tələb edirlər. Maşının cərimələri haqqında onda məlumat var. Ən son Sumqayıt yolunda maşın cərimələnmişdir. O, gedib Sumqayıt şəhərində də maşını axtarmış, lakin tapmamışdır. Sonuncu ödənişi 2015-ci il tarixində etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin Sənayə filialı ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2013-cü il tarixli, № 01189 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 16275 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Boralan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə faziləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - İpoteka saxlayan "xxxx" ASC-nin Sənayə filialı ilə ipoteka verən Cavabdeh arasında bağlanmış 06 avqust 2013-cü il tarixli 1189 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan ilə borcalan arasında bağlanmış 06 avqust 2013-cü il tarixli 01189 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana 60 ay müddətinə illik 18% olmaqla 16275 ABŞ dolları kredit vermiş, Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan “Hyundai Accent” markalı, Ban: Z94CT41DBDR219466, buraxılış ili 2013-cü il olan avtomobili İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka ilə yüklü edilmiş əmlak 19146 ABŞ dolları məbləğində qiymətləndirilir. - Məxaric orderindən görünür ki, Cavabdeh 06 avqust 2013-cü il tarixli, № 01189 saylı kredit müqaviləsi üzrə 16275 ABŞ dolları məbləğində pul vəsaitini həmin tarixdə "xxxx" ASC-dən almışdır; - AC 060487 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2013-cü il buraxılışlı, **-SE-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi Z94CT41DBDR219466 olan “Hyundai Accent” minik markalı avtomobil Cavabdeh mülkiyyətindədir. - "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanının 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından (çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. - S-AVK-1948 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSC-yə verilmişdir. - İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının 03.12.2021-ci il tarixli, № 5017 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 04.06.2013-cü il tarixli, № 01189 saylı kredit müqaviləsi üzrə 27.05.2021-ci il tarixə İddiaçı QSC-yə 9668,96 ABŞ dolları əsas borc, 1831,45 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11500,41 ABŞ dolları borcu vardır. Sonuncu ödəniş 31.08.2020-ci il tarixdə 200 ABŞ dolları məbləğində olmuşdur. - “X4 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh ünvanlanmış 08.09.2021-ci il tarixli 3242 saylı bildirişdən görünür ki, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmi. 12.10.2015-ci il tarixli ********** saylı dəyişilikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaraılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsi ilə həyata keçirilir. Cavabdeh 10 gün müddətində Banka olan 11500,41 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi tələb olunmuşdur, əks halda Bank tərəfindən borcun qaytarılması üçün məhkəmə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Bundan başqa məhkəməyə müraciət edildiyi günə qədər müqavilə üzrə hesablanmış faizlər də ondan tələb ediləcəkdir. - 02.12.2021-ci il tarixli Ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 148,65 manat dövlət rüsumu ödənilmişdir. - 02.12.2021-ci il tarixli Ödəniş tapşırığından görünür ki, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcdan”) arasında 06.08.2013-cü il tarixdə, № 01189 saylı kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən avtomobil alınması məqsədi ilə cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 16275 (on altı min iki yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq **-SL- *** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ACCENT” minik markalı (buraxılış ili 2013, ban- Z94CT41DBDR219466, rəngi qara) avtomobil 06.08.2013-cü il tarixdə, № 1189 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 6 avqust 2013-cü il tarixli, AA seriyalı, 096191 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 9668,96 (doqquz min altı yüz altmış səkkiz ABŞ dolları, 96 sent) ABŞ dolları, faiz borcu üzrə 1831,45 (bir min səkkiz yüz otuz bir ABŞ dolları, 45 sent) ABŞ dolları olmaqla, cəmi 11500,41 (on bir min beş yüz ABŞ dolları, 41 sent) ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilinəsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 06.08.2013-cü il tarixli 01189 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 16275 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 60 ay müddətinə, illik 18 faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə borcu yaranmışdır. Qeyd etmək lazımdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S- AVK-1948 saylı, 22.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. MM-in: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 06 avqust 2013-cü il tarixli 01189 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. İş materiallarında olan 03.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti 06 avqust 2013-cü il tarixli 01189 saylı kredit müqaviləsi üzrə iddiaçıya Cavabdeh borcu üzrə 12041,41 ABŞ dolları məbləğində kredit borcunu 22.01.2018-ci ildə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ötürmüş, bundan sonra sonuncu dəfə 31.08.2020-ci il tarixdə 200 ABŞ dolları ödəniş edilmiş, Cavabdeh 27.05.2021-ci il tarixinə banka 11500,41 ABŞ dolları məbləğində əsas kredit borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi borcun ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh iddiaçının xeyrinə 11500,41 ABŞ dolları məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, 04.06.2013-cü il tarixli 01189 nömrəli kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan Hyundai Accent” markalı, Ban: Z94CT41DBDR219466, buraxılış ili 2013-cü il olan avtomobil bankın xeyrinə girov (ipoteka) qoyulmuş və ipoteka predmeti isə 19146 ABŞ dolları kimi qiymətləndirilmişdir. MM-in: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü mаddəsinə əsаsən ipоtеkа dаşınmаz əşyаlаrа, hаbеlə rəsmi rеyеstrdə qеydə аlınmаlı оlаn dаşınаr əşyаlаrа əşyа hüquqlаrının məhdudlаşdırılmаsıdır. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 34.1.3-cü mаddəsinə əsаsən ipоtеkа müqаviləsində nəzərdə tutulmuş və ipоtеkа sахlаyаnа ipоtеkаyа tutmа yönəltmək hüququ vеrən şərtinin yеrinə yеtirilməməsi ipоtеkа sахlаyаnın ipоtеkа prеdmеtinə tutmаnın yönəldilməsi hüququnun yаrаnmаsı аnıdır. 39.1-ci mаddəsində göstərilir ki, ipоtеkа sахlаyаn ipоtеkа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət еdə bilər. 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh məxsus olan “Hyundai Accent” markalı, Ban: Z94CT41DBDR219466, buraxılış ili 2013-cü il olan avtomobilə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. Məhkəmə hesab edir ki, 04.06.2013-cü il tarixli 01189 nömrəli kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan Cavabdeh məxsus olan “Hyundai Accent” markalı, Ban: Z94CT41DBDR219466, buraxılış ili 2013-cü il olan avtomobilə tutma yönəldilməli, ipoteka predmeti hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan cəmi 11500,41 ABŞ dolları məbləğində borc ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 148,65 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən borcun tutulması hissədində təmin edildiyi üçün, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 9668,96 (doqquz min altı yüz altmış səkkiz ABŞ dolları, 96 sent) ABŞ dolları, faiz borcu üzrə 1831,45 (bir min səkkiz yüz otuz bir ABŞ dolları, 45 sent) ABŞ dolları, cəmi 11500,41 (on bir min beş yüz ABŞ dolları, 41 seni) ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 148,65 (bir yüz qırx səkkiz manat, 65 qəpik) manat və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, "Hyundai Accent" minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı, Z94CT41DBDR219466 ban nömrəli avtomobilə yönəldilməli, ipoteka predmeti olan 2013cü il buraxılışlı, "Hyundai Accent" minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı, Z94CT41DBDR219466 ban nömrəli avtomobil açıq hərracda satılsın, satışdan əldə olunan vəsait hesabına 04.06.2013-cü il tarixli 01189 saylı kredit müqaviləsi üzrə yaranmış 11500,41 (on bir min beş yüz ABŞ dolları, 41 seni) ABŞ dolları məbləğində kredit borcu ödənilməli, kredit borcu ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 9668,96 (doqquz min altı yüz altmış səkkiz ABŞ dolları, 96 sent) ABŞ dolları, faiz borcu üzrə 1831,45 (bir min səkkiz yüz otuz bir ABŞ dolları, 45 sent) ABŞ dolları, cəmi 11500,41 (on bir min beş yüz ABŞ dolları, 41 seni) ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 148,65 (bir yüz qırx səkkiz manat, 65 qəpik) manat və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, "Hyundai Accent" minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı, Z94CT41DBDR219466 ban nömrəli avtomobilə yönəldilsin. İpoteka predmeti olan 2013-cü il buraxılışlı, "Hyundai Accent" minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı, Z94CT41DBDR219466 ban nömrəli avtomobil açıq hərracda satılsın, satışdan əldə olunan vəsait hesabına 04.06.2013-cü il tarixli 01189 saylı kredit müqaviləsi üzrə yaranmış 11500,41 (on bir min beş yüz ABŞ dolları, 41 seni) ABŞ dolları məbləğində kredit borcu ödənilsin. Kredit borcu ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-493/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-493/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver