Məhkəmə qərarları › İş №2(007)-553/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-553/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-553/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulub. Uzun illərdir idi ki, X7 ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkirdi. Mütəmadi olaraq xəstəliyə qarşı müalicələr alırdı. xx.xx.2023-ci il tarixdə X1 qəfil pisləşib, həmin vaxt o, qardaşı X8 və dostu X5 mərhumun yanında idilər. Onlar təcili tibbi yardıma zəng vurublar. Təcili tibbi yardım maşını gecikdiyi üçün mərhum atasını xəstəxanaya o və qardaşı aparıb. Atası xəstəxanaya çatdırılana kimi yolda dünyasını dəyişib. X7 “Digah” qəbiristanlığında dəfn olunub. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, müəyyən sənədləşmə işləri görmək üçün mərhum atasının ölümü haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, mərhum X2nun ölüm haqqında şəhadətnaməsini almaq üçün 21 saylı Birləşmiş Şəhər Xəstəxanasına və Qeydiyyat şöbəsinə müraciət edib. 21 saylı Birləşmiş Şəhər Xəstəxanası “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, Qeydiyyat şöbəsi isə “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina edib. Həmçinin, Qeydiyyat şöbəsinin cavab məktubunda ona mərhum X2nun ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunub. Mərhum atasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə mərhum anasının ölüm faktı müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2023-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin ərizəsinə əsasən maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi məhkəməyə müraciət edərək, mülki işə qeydyyat şöbəsinin nümayənəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən Ərizəçi ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşı, mərhum isə atasıdır. Mərhum xx.xx.2023cü il tarixdə ürək xəstəliyindən vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Mərhum atası “Digah” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Mərhum 2023-cü ildə vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Mərhum “Digah” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1971ci ildə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydiyyata alınmışdır; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - AZ-İ seriyalı, 605330 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X4r; - TƏBİB “X15” X11 həkimə qədər ölüm halını təsdiq edən aktından görünür ki, X6ün ölümü xx.xx.2023-cü il tarixdə saat 20:00-da qeydə alınmışdır; - 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-2478/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsı əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirirlər ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiklərinə görə ölümün qeydiyytadının tərəflərindən aparılması mümükün olmamışdır; - 21 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli 774 saylı məlumatından görünür ki, Maştağa qəsəbəsi, Xanlar masivi ünvanında yaşamış, xx.xx.1971-ci il təvəllüdlü X3 poliklinikaya müraciəti olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətləri xaricindədir; - Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 85 saylı arayışından görünür ki, X7 xx.xx.2023-cü ildə rəhmətə gedib və Abşeron rayonu Digah qəsəbəsinin qəbiristanlığında dəfn olunub; - Məhkəməyə mərhum X3 qəbrinin yerləşdiyi yerin fotoşəkili təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş X2nun xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar