Məhkəmə qərarları › İş №2(007)-555/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-555/2024

04.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-555/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi cəlb edilməklə Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “MİTSUBİSHİ PAJERO” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüquqi əsasında ona məxsusdur. 2021-ci ildə həmin avtomobili satmaq qərarına gəlib, avtomobili Cavabdeh atası ilə birlikdə almaq istədiklərini bildiriblər. 2021-ci ildə “MİTSUBİSHİ PAJERO” markalı buraxılış 1993cu ili olan avtomobilin bazar qiyməti 7000 manat olmuşdur, lakin cavabdeh atası ilə birlikdə avtomaşının bəzi hissələrinin təmir olunmasını bildirərək avtomaşının dəyərini aşağı salaraq 4000 manata almaq istədiklərini bildiribər. Həmin avtomaşına görə cavabdeh ona 1500 manat ödəyib və qalan pulun hissə-hissə ödəyəcəyinə söz verib. 03 aprel 2022-ci il tarixdə o, Cavabdeh 1 il müddətinə Bakı şəhəri 15 saylı notariat ofisində etibarnamə verib. O, qadın olduğu üçün cavabdeh onu aldadaraq avtomaşının qalan pul hissəsini ödəməyib. O, cavabdehə təklif edib ki, 1500 manat pulu qaytarsın, cavabdeh isə avtomaşınını geri qaytarsın, lakin cavabdeh onun avtomaşınını qaytarmaq niyətində olmadığını bildirmişdir. Hazırda ona məxsus əmlak Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq saxlanılır, ona verdiyi etibarnamənin müddəti də keçib. Qeyd edilənlərə əsasən iddianı təmin edib, mülkiyyətində olan “MİTSUBİSHİ PAJERO” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobil 1993-cü il buruaxılışlıdır. Hazırda avtomobil ondadır. O, avtomobili iddiaçıdan 1500 manat ödməklə alıb. Avtomobilin işə salınması üçün əsas qurğu olan dinamo-starteri təmir edib. Hazırda avtomobil işlək vəziyyətdədir. Lakin ona verilmiş etibarnamənin müddəti bitdiyi, həmçinin onun sürücülük vəsiqəsi olmadığı üçün ondan istifadə edə bilmir. Avtomobili iddiaçıdan aldıqdan sonra onun təmiri üçün xərc çəkib. Avtomobilə xərclənmiş vəsait ona geri qaytarılarsa, avtomobili qaytara bilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏN-Vİİ № 691138 saylı Nəqliyyat vasitəsinə Sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan 1993-cü il buraxılışlı “MİTSUBİSHİ PAJERO” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bir il müddətinə, xx.xx.2022-ci il tarixinədək Cavabdeh etibarnamə verimişdir. Etibarnamə üzrə veriən səlahiyyətlər: Sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 52/2-04-138800/11/23 saylı məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı “Mitsubishi” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılmasına köməklik göstərilməsi barədə Nizami RPİ-nə daxil olmuş müraciətə baxılmışdır. Bildirlər ki, nəqliyyat vasitəsinin müəyyən edilməsi istiqamətində Nizami Rayon Polis İdarəsinin X4 şöbəsinin şəxsi heyəti təlimatlandırılmış və bununla yanaşı Bakı Şəhər Rayon Polis İdarələrinə istiqamətləndirici məktublar göndərilmişdir. Bu istiqamətdə tərəflərindən axtarış tədbirlərinin həyata keçirilməsi davam etdirilir, gələcəkdə hər hansı bir müsbət nəticə əldə olunarsa sizə əlavə olaraq məlumat veriləcək. Məhkəmə iclasında müəyyən edildi ki, “MİTSUBİSHİ PAJERO” minik markalı ** VE *** qeydiyyat nömrə nişanlı, 1993-cü il buraxılışlı, DONV320RJ00241 ban nömrəli, 4G54E3987 mühərrik nömrəli avtomobil xx.xx.2013-cü il tarixdən İddiaçı mülkiyyətindədir. O, avtomobillə bağlı cavabdeh X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək etibarnamə vermişdir. Avtomobil hazırkı vaxtadək cavabdehin sahibliyindədir. Hazırda etibarnamənin qüvvədə olma müddəti bitdiyindən iddiaçı əmlakın ona geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. İnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləriilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsisinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, “MİTSUBİSHİ PAJERO” minik markalı ** VE *** qeydiyyat nömrə nişanlı, 1993-cü il buraxılışlı, DONV320RJ00241 ban nömrəli, 4G54E3987 mühərrik nömrəli avtomobil xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydə alınmış və bununla bağlı ona AB904681 nömrəli şəhadətnamə verilmişdir. Avtomobil etibarnamə ilə Cavabdeh verilmiş, həmin etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür. Göründüyü kimi, mübahisə predmeti olan avtomobilə dair verilmiş etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvədən düşdüyündən, həmin avtomobil Cavabdeh artıq qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Məhkəmə həmçinin, qeyd edir ki, cavabdeh avtomobilin onda olduğu müddət ərzində avtomobilin təmir edilməsi üçün vəsait sərf edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, həmin məsələ hazırkı iddianın predmeti olmamaqla, cavabdehin bununla bağlı aidiyyəti məhkəmədə müstəqil iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “MİTSUBİSHİ PAJERO” minik markalı ** VE *** qeydiyyat nömrə nişanlı, 1993-cü il buraxılışlı, DONV320RJ00241 ban nömrəli, 4G54E3987 mühərrik nömrəli avtomobil Cavabdeh alınaraq İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “MİTSUBİSHİ PAJERO” minik markalı ** VE *** qeydiyyat nömrə nişanlı, 1993-cü il buraxılışlı, DONV320RJ00241 ban nömrəli, 4G54E3987 mühərrik nömrəli avtomobil Cavabdeh alınaraq İddiaçı geri qaytarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar