Məhkəmə qərarları › İş №2(007)-571/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-571/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-571/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “olüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, X4 10 fevral 1960-cı il tarixda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Paraqaçay kandinda doğulub. 09 oktyabr 2021-ci il tarixda anası N.Həsənovanın halı pisləşdiyinə görə Bakı şəhəri Təcili va X12 Stansiyasına zəng etdilər və 6 saylı bölməsinin həkimi gələrək tibbi yardım göstərilməsinə baxmayaraq anası rəhmətə getdi. Bu fakt Bakı şəhəri Təcili va X12 Stansiyasının 6 saylı bölməsi tərəfindən verilən 09 oktyabr 2021-ci il tarixli arayışda da öz əksini tapıb. X4 09 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəbiristanlığında dəfn olunub. Bu barədə Abşeron rayon Mehdiabad Bələdiyyəsi tərəfindən 20 sentyabr 2022-ci il tarixli, 85 nömrali arayış verilib. X2 adına ölüm haqqında şahadətnamənin alınması ilə alaqədar Maraqlı şəxsnə müraciət etdilər. Maraqlı şəxs 04 noyabr 2022-ci il tarixli, 05Q-2195/15 nömrali imtina məktubu verərək bildirdi ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığına göra X8 aid ölüm haqqında akt qeydi aparıla bilməz, ona görə də məhkəməyə müraciət etməlisiniz. Bundan sonra anası X6 adına ölüm haqqında tibbi şəhadətnamə alınması ilə əlaqədar Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmalərini X20" Publik Hüquqi şəxsi "Bakı Baş Səhiyya Mərkəzi Publik hüquqi şaxsi 26 nömrali Şəhər Poliklinikasına müraciət etdilər. 26 nömrəli Şəhər Poliklinikasının 09 dekabr 2022-ci il tarixli, 361 nömrəli arayışı ilə ona Nəzakət Həsənovanın ölüm haqqında tibbi şəhadətnaməsi verilməsindən imtina edildi. Ölüm haqqında şəhadətnamə ona görə lazımdır ki, ölüm haqqında şəhadətnamə olmadığına görə X4nı Bakı şahari, Nizami rayonu, B.Nuriyev küyəsi, 65 saylı evin, 11 saylı mənzilindən passport qeydiyyatından çıxara bilmirlər. Ona görə də X5 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən 10 fevral 1960-cı il təvəllüdlü X13 09 oktyabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 496108 nömrəli, 30 mart 1979-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1953-cü il təvəllüdlü Ərizəçi 10 fevral 1960-cı təvəllüdlü X7 ilə 30 mart 1979-cu ildə rəsmi nigaha daxil olmuşlar. Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.4-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin olunması mümkün deyil.X1 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. İş materiallarında olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsindən verilmiş xx.xx.2022-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə rəhmətə gedən X3 rayonu, Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, 10 fevral 1960-cı il təvəllüdlü X10 09 oktyabr 2021-ci tarixində Bakı şəhərində vəfat etmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə arvadının ölüm haqqında şədadətnaməsini almaq üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 10 fevral 1960-cı il təvəllüdlü X10 09 oktyabr 2021-ci tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 10 fevral 1960-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Paraqaçay kəndində doğulmuş X5 09 oktyabr 2021-ci tarixində Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar