Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-607/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs nümayəndəsi Rzayeva Sevilin iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 08 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, X8 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 08 oktyabr 2022-ci il tarixdə X3 halı pisləşdiyinə görə Bakı şəhəri Təcili və X7 Stansiyasına zəng edilmiş və təcili yardım briqadasının həkimi gələndə artıq rəhmətə getmişdir. Bu fakt Bakı şəhəri Təcili və X7 Stansiyasının həkimi tərəfindən verilmiş 08 oktyabr 2022-ci il tarixli xəbərdarlıq vərəqəsində də öz əksini tapmışdır. Ölümün səbəbi kimi kəskin ağciyər ürək çatışmamazlığı diaqnozu qoyulmuşdur. X2 rayon Saray qəsəbə qəbiristanlıqda dəfn olunmuşdur. Abşeron rayon Saray Bələdiyyəsi tərəfindən xx.xx.2022ci il tarixli, 396 nömrəli arayış verilərək göstərilmişdir ki, X8 xx.xx.2022- ci il tarixdə vəfat etmiş və Abşeron rayon Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. X3 adına ölüm haqqında tibbi şəhadətnamə alınması ilə əlaqədar Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 44 nömrəli Şəhər Poliklinikasına müraciət edilmiş, lakin 44 nömrəli Şəhər poliklinikası xx.xx.2023-cü il tarixli, 497 nömrəli məktubla ərizəyə cavab olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 44 nömrəli şəhər poliklinikasına müraciət etmədiyi üçün “ölüm haqqında tibbi şəhadətnamə” verilə bilməz. Bundan sonra X3 adına ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət edilmişdir. Maraqlı şəxs 23 noyabr 2023-cü il tarixli, 3-16-5/7-2543/2023 nömrəli imtina məktubu verərək bildirmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə X4 aid ölüm haqqında akt qeydi aparıla bilməz, ona görə də məhkəməyə müraciət edilməlidir. Ölüm haqqında şəhadətnamə ona görə lazımdır ki, ölüm haqqında şəhadətnamə olmadığına görə X8 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 15 saylı evin. 9-10 saylı mənzilindən passport qeydiyyatından çıxarılması mümkün deyildir. Eyni zamanda X3 ölüm haqqında şəhadətnaməsi olmadığına görə oğlu xx.xx.2008-ci il təvəllüdlü X9 ailə başçısını itirməyə görə müavinət ala bilmir. Ona görə də X3 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırılır ki, X3 ölməsini şahidlər məhkəmə iclasında təsdiq edəcəklər.
İş materialları :
3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 44 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 497 nömrəli 20 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 44 nömrəli şəhər poliklinikasına müraciət etmədiyi üçün “ölüm haqqında şəhadətnamə” verilməsindən imtina edilmişdir.
4. Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/7-2543-15/23 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.
5. AZ-İ saylı 431641 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə doğulmuşdur və atası X5r.
6. Təcili və X7 Stansiyası Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadasının tərkibi xx.xx.2022-ci il saat 23:20-də, çağırış əsasında ünvan 4nə gəlmiş, X3 həkiməqədər ölüm halı müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Abşeron rayonu, Saray Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 396 nömrəli arayışa əsasən müəyyən edilir ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu, Saray qəsəbə qəristanlığında dəfn olunmuşdur.
8. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
12. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Rzayeva Sevil ərizənin təmin olunub-olmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
Şahid ifadələri :
14. Məhkəmə iclasında dindirilən Şahid1 izahatında bildirdi ki, X8 onun oğludur. Oğlunun ürəyi ilə bağlı problemi var idi, tez-tez ürəyinin ağrıdığını bildirirdi. Oğlu onunla və atası ilə birlikdə Xırdalan şəhərində yaşayırdı. xx.xx.2022-ci il tarixdə axşam saat 9 radələrində oğlu ondam yemək istəmiş və ona yemək vermişdir. Bir az keçdikdən sonra oğluna baxmaq üçün getdiyi zaman onun mətbəxtdə yerdə oturaqlı vəziyyət olduğunu, vəziyyətinin yaxşı olmadığını görmüş və tez yoldaşını çağırmış və qızlarına xəbər vermişdir. Daha sonra X12 çağırmışdır və polisə məlumat vermişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, o ərizəçinin yoldaşıdır. X8 onun yoldaşının atasıdır. xx.xx.2022-ci il tarixdə onlara məlumat verdilər ki, Şahid1 atası vəfat etmişdir. O, Xədicə ilə birlikdə Abbasov Farizin evinə, Xırdalan şəhərinə getmişdir. Həmin gecə evdə yoldaşının bibisigil, baba, nənə və nəvələri orada olmuşlar. Dəfn mərasimində özü şəxsən iştirak etmişdir. X14 qəsəbəsində dəfn edilmişdir.
Tətbiq edilən hüquq :
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
İşin faktiki halı :
19. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi atası X8 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 evin, 9-10 saylı ünvanında qeydiyyatdadır və iddiaçı atasının həmin ünvandan qeydiyyatdan çıxarılmasını istəyir. X1 ölümü barədə müvafiq icra hakimiyyəti orqanında akt qeydi aparılmadığı üçün ölüm haqqında şəhadətnamə alınması və nəticədə X3 qeydiyyatdan çıxarılması mümkün olmamışdır.
20. Belə ki, Ərizəçi atası - xx.xx.1977-ci il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında təcili tibbi yardım gələnədək vəfat etmiş və Abşeron rayonu, Saray qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
21. X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
22. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X3 ölməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
23. Məhkəmə qeyd edir ki, xx.xx.1977-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
24. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
25. Belə ki, xx.xx.1977-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
26. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır.
Nəticə :
27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1977-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir.
28. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva