Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-612/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, xx.xx.1987-ci il tarixində Quba şəhərində anadan olmuşdur və hal-hazırda da qeydiyyatda olduğu Bakı şəh., Nizami ray., E.Süleymanov küç., ev 122-116-da ailəmlə birlikdə yaşayır. Mərhum mənim atasıdır. Mərhum atası X5 15.11.1956-cı il tarixdə Quba rayonunda anadan olub. Mərhum atası 14 noyabr 2020-ci il tarixində yaşadığı ünvan 1 ünvanında xəstəliyi səbəbindən vəfat edib. Hətta həkim çağırsalar da onlar gələnə kimi vəfat etdi. Onuda qeyd edir ki, mərhum atası X4 15 noyabr 2020-ci il tarixində qohum qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Quba rayon qəbirstanlığında dəfn etmişlər. O, vərəsəlik işi ilə əlaqədar mərhum atası X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün yaşadığı ərazi üzrə 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir və ona imtina məktubu verərək məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. O, isə bu səbəbdən mərhum atası X3 ölümü şəhadətnamə alınması üçün faktiki yaşadığım ərazi üzrə Nizami rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edirəm 15.11.1956-cı il təvəllüdlü mərhum atası X3 15 noyabr 2020-ci il tarixində yaşadığı ünvan 2 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarasınız. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs Ərizəçi ünvanladığı 03.11.2021-ci il məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.200-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq sizin ərizənin təmin olunması mümkün deyil.X6 Vasif oğlunun ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Quba Bələdiyyəsindən verilmiş 31 mart tarixli arayışdan görünür ki, X5 14.11.2020-ci il tarixdə Quba şəhərindəki Əliqulu Nərimanov qəqəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də 15.11.1956-cı il tarixdə Quba şəhərində anadan olmuş X5 15.11.2020-ci -ci il tarixdə Bakı şəhərində ölmüşdr. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə mərhumun ölüm haqqında şədadətnmaəsini almaq üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 15.11.1956-cı il tarixdə Quba şəhərində anadan olmuş X3 15.11.2020ci-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 15.11.1956-cı il tarixdə Quba şəhərində anadan olmuş X3 15.11.2020-ci-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-612/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-612/2022
20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver