Məhkəmə qərarları › İş №2(007)-633/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-633/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-633/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Həsənəli qızının, Cavabdeh iştirakı ilə İddiaçı "Rabitəbank” ASC-nin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin boşaldılması, mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "Rabitəbank” ASC-nin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin boşaldılması, mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə baxılarkən İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanan 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı Kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə 15000 manat məbləğində kredit verilib. 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanan dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməyib. Bu barədə cavabdehlə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınıb. Maliyyə arayışına əsasən Cavabdeh Yasif oğlunun 23.07.2018 il tarixli, nzaz 11927 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 3715,76 manat əsas,577,62 manat məbləğində faiz borcu, cəmi 4293.38 manat təşkil edir. 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənzil 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilib. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanan 23.07.2018-ci il tarixli nzaz 11927 saylı Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan girova ödəniş yönəldə bilər". Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Qeyd olunanlara əsasən Cavabdeh 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı kredit müqaviləsi üzrə 3715,76 manat əsas, borcun,1310,22 manat faiz borcunun, cəmi 5025,98 manat borcun, DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun,30 manat dövlət rüsumunun tutulması,tələbin ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənzilnə yönəldilməsi,ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdehin "Rabitəbank” ASC-yə olan 5028,98 manat borcunun ödənilməsi, ipoteka ilə yüklü edilmiş, ə tutma yönəldildikdən və mənzil satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənzildən çıxarılması,mənzilin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün yetərli olmazsa qalıq borcun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, uzun illərdir ki, "Rabitəbank”-ın daimi müştərisidir. Dəfələrlə kreditlər götürüb vaxtında qaytarmışdır.Lakin pandemiya dövründə götürdüyü krediti vaxtında qaytara bilimədiyi üçün banka müraciət edib ona köməklik etmələrini xahiş etsə də, bunun müsbət nəticəsi olmadı. O, xahiş edir ki, faiz borcu silinsin qalan borca görə ona şərait yaradılsın ki, borcu tam ödəyə bilsin. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı Kredit müqaviləsindən görünür ki,bank tərəfindən cavabdehə illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə 15000 manat məbləğində kredit veril məsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı İpoteka müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənzili kreditin ödənilməsinin təminatı məqsədi ilə bankın xeyrinə yüklü edilmişdir. As237 saylı kassa məxaric orderindən gğrünür ki,23 iyul 2018-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 15000 manat kredit ödənilmişdir. 07 sentyabr 2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı kredit müqaviləsindən irəli gələn pul tələbinin təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 25.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı kredit müqaviləsi üzrə həmin tarixə "Rabitəbank” ASC-yə 3715.76 manat əsas,577,62 faiz,cəmi 4293.38 manat məbləğində borcu vardır. İş materiallarında olan 09.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün 30. manat dövlət rüsumu ödənilmişdir. "xxxx"Konsiltinq MMC-nin 06 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənzilin real bazar dəyəri 60000,likvid qiyməti 55000 manat təşkil edir. DƏDRX-dən verilmiş RX seriyalı,0086384 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənzilə Cavabdeh tam mülkiyyət hüququ ilə 30.11.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. DƏDRX-dən verilmiş RX seriyalı,1363439 nömrəli çıxarışdan görünür ki, Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənziliİddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit və ipoteka müqavilələri bağlanmışdır. İddiaçı kredit məbləğinin şərtlərinə əməl edərək müqavilə ilə razılaşdırılmış 15000 manat məbləğində krediti cavabdehə versə də,cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam və layiqincə əməl etməmişdir. Nəticədə cavabdehin bank qarşısında qeyd edilən kredit müqaviləsi üzrə borcu yaranmışdır. İddiaçı bildirir ki, borcun əsas məbləği 3715,76 manat,faiz hissəsi isə 1310,22 manat,cəmi borc, 5025,98 manat təşkil edir. Məhkəmə hesab edir ki, mübahisələndirilən kredit müqaviləsi 24 ay müddətinə bağlandığından və onun müddəti 23.07.2020-ci il tarixdə başa çatdığından kreditor yalnız müqavilənin bitdiyi tarixinədək olan faizləri tələb edə bilər.Bundan sonra faizlərin tələb olunması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi qaydada yəni vaxtı keçmiş kreditə görə illik 5% həsmində hesablanmaqla tələb oluna bilər.Lakin iddiaçı bu cür tələb irəli sürməmişdir. İddiaçının təqdim etdiyi 25.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki,müqavilə müddəti bitən tarixdə,yəni 23.07.2020-ci il tarixdə Cavabdeh 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı kredit müqaviləsi üzrə həmin tarixə "Rabitəbank” ASC-yə 3715.76 manat əsas,577,62 faiz,cəmi 4293.38 manat məbləğində borcu olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki,faiz hissəsində iddia qismən, 577,62 manat məbləğində əsaslıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı kredit müqaviləsi üzrə 3715,76 manat əsas, borc, 577,62 manat faiz borcu, cəmi 4293.38 manat manat borc, DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum,30 manat dövlət rüsumu tutulmalı,tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənzilnə yönəldilməli,ipoteka predmetinin bazar dəyəri 60000 manat,likvid qiyməti 55000 manat müəyyən edilməklə əmlak açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına cavabdehin "Rabitəbank” ASC-yə olan 4293.38 manat borcunun ödənilməli, ipoteka ilə yüklü edilmiş, əmlaka tutma yönəldikdən və mənzil satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənzildən çıxarılmalı, mənzilin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün yetərli olmazsa qalıq borc Cavabdeh tutulmalıdır.Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 23.07.2018-ci il tarixli, nzaz 11927 saylı kredit müqaviləsi üzrə 3715,76 manat əsas, borc, 577,62 manat faiz borcu, cəmi 4293.38 manat manat borc, DƏDRXnin Bakı Şəhəri Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum,30 manat dövlət rüsumu tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənzilnə yönəldilsin, ipoteka predmetinin bazar dəyəri 60000 manat, likvid qiyməti 55000 manat müəyyən edilməklə əmlak açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdeh "Rabitəbank” ASC-yə olan 4293.38 manat borcu ödənilsin. İpoteka ilə yüklü edilmiş, əmlaka tutma yönəldikdən və mənzil satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 51 saylı evin 5 saylı mənzildən çıxarılsın. Mənzilin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün yetərli olmazsa qalıq borc Cavabdeh tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar