Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-646/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər 5 saylı Bakı “ASAN” xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə və Maraqlı şəxs1nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər 5 saylı Bakı “ASAN” xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə və Maraqlı şəxs1nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu il tarixdə anadan olmuş, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini və "ölüm haqqında şəhadətnamə" verilməsini 5 Saylı Bakı "Asan Xidmət" X8 tapşırılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1939-cu ildə anadan olmuş mərhum X13 onun anasıdır. Anası 1939-cu ildə anadan olmuşdur. Onlar birlikdə pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanda yaşamışlar. Anası 09 dekabr 2022-ci il tarixdə səhər satlarında ürəyində ağrılar olduğunu bildirmiş və onlar tez "Bakı Şəhəri Təcili və X14 Satansiyası”na zəng vurmuşlar. Saat 12:10-da Təcili Yardım həkimləri mənzilə gəlmiş və həmin gün 3 dəfə təcili yadım həkimləri mənzilərinə gələrək mərhum anasına tibbi yardım göstərmişlər. X2 xx.xx.2022-ci il tarixdə səhər 05 radələrində özünü pis hiss etmiş və onlar "Təcili və X10 Stansiyasına" zəng vuraraq çağırmış, X18 10 dekabr 2022-ci il tarixdə saat 06:40 dəqiqədə mənzilə gəlmiş, lakin həkimlər gələnə kimi anası rəhmətə getmişdir. Bu barədə "Təcili və X10 Stansiyası tərəfindən xx.xx.2022-ci il tarixli müvafiq arayış verilmişdir. Mərhum X2nı 10 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Keşlə Qəbrstanlığında dəfn etmişlər. Dəfn mərasimi ilə məşğul olduqlarından, bu barədə həkimə vaxtında müraciət edə bilməmişlər. Mərhum anasının dəfn mərasimləri başa çatandan sonra, "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi şəxsi 32 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmişlər. Müraciətlərinə 13 dekabr 2022-ci il tarixli məktubla cavab verilmişdir ki, Zakir küçəsi ev 11 ünvanında yaşamış xx.xx.1939-cu il təvəllüdlü xx.xx.2022-ci il tarixdə vəfat edən X13 32 Saylı BŞX-da heç bir xəstəliklə qeydiyyatda olmadığına görə tibbi kartası yoxdur. Bu səbəbdən diaqnoz qoyula bilmədiyi üçün heç bir əsasla ölüm haqqında tibbi şəhadətnamə yaza bilmirlər. 5 Saylı Bakı "Asan Xidmət" X3 ölüm haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə 20 dekabr 2022-ci il tarixli məktubla cavab vermişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülür". Mərhum X2 barədə "ölüm haqqında şəhadətnamə" alınması mirasla bağlı məsələnin həlli üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, məhrum X2 barədə ölüm haqqında şəhadətnamə alınması mirasla bağlı məsələnin həlli üçün lazımdır. Onun bacısı ilə aralarında əmlakla bağlı heç bir problem yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər 5 saylı Bakı “ASAN” xidmət X11 və Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, 5 saylı Bakı “ASAN” xidmət X11 ərizə verərək şöbədaxili işlərin çox olması səbəbindən nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş X4 şahid qismində ifadə verərək göstərmişdir ki, o, ərizəçinin oğlunun yoldaşıdır. Yoldaşının adı X5r. Nazdı xanım normalda səhərlər saat 11:00-a kimi yatırdı, xx.xx.2022-ci il səhər vaxtı Nazdı xanım durmuş, onu soyuq tər basdığını görmüşdür. Evdə də həmin vaxt onun oğlu olmuşdur. Onlar təcili tibbi yardım çağırmış, həkimlər infakt keçirdiyini bildirmişlər. Həkimlər bildirmişlər ki, xəstəni tərpətmək olmaz. Nazdı xanım rəhmətə gedənə kimi 4 dəfə təcili tibbi yardım çağırmışlar. Mərhumu Keşlə qəbirsanlığında dəfn etmişilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş X7 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçi Nadir onun atası, rəhmətə gedən də nənəsidir. xx.xx.2022ci ildə nənəsinin başı fırlanmış, tərin içində olmuş , halı pis olduğu üçün təcili tibi yardım çağırmışlar. Bundan sonra nənənin saat 3-4-də yenə halı pisləşmiş, ağır infakt keçirmiş, sonra gecə yenə vəziyyəti pisləşdiyindən təcili tibbi yardım çağırmış, baş həkim ağır infakt olduğunu, tərpətməmələrini demiş, gecə saat 5 radələrində vəziyyəti ağırlaşmış və rəhmətə getmişdir. Təcili tibi yardımı çağırdılar, saat 6-da tibbi yardım gəlmişdir ki, nənəsi rəhmətə getmişdir. O, poliklinikaya getmiş, nənəsi uçota düşmədiyinə görə şəhadətnamə verməmişdirlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 03084592 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1939-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. - Təcili və X1 xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X6 həkimə qədər ölüm, qadın cinsli meyit olması müəyyən edilmişdir. "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi şəxsi 32 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 13 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Zakir küçəsi ev 11 ünvanında yaşamış xx.xx.1939-cu il təvəllüdlü xx.xx.2022-ci il tarixdə vəfat edən X13 32 Saylı BŞX-da heç bir xəstəliklə qeydiyyatda olmadığına görə tibbi kartası yoxdur. Bu səbəbdən diaqnoz qoyula bilmədiyi üçün heç bir əsasla ölüm haqqında tibbi şəhadətnamə yaza bilmirlər. - Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi anası xx.xx.1939-cu il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ərizə "ölüm haqqında şəhadətnamə" verilməsini 5 Saylı Bakı "Asan Xidmət" X8 tapşırılması hissədə təmin edilməməlidir. Belə ki, qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-646/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-646/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver