Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-682/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı “ASAN Xidmət” X1rşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1959-cu il təvəllüdlü X11 xx.xx.2024-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, onun əri X15 xx.xx.1959-cu ildə Ordubad rayonu Tivi kəndində anandan olub, xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat edib. O, Abşeron rayonu ərazisində yerləşən Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. X2 ölüm faktını şahidlər X5 və X12 və müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlarda təsdiq edə bilər. Ərinin ölümünü qeydə aldırmaq üçün Bakı Baş Səhiyyə X16 Şəxsi 26 nömrəli Poliklinikasına ölüm haqqında tibbi şəhadətnamənin götürülməsi üçün müraciət edərkən ölüm tibbi şəhadətnaməsinin verilə bilmədiyini bildirilmişdir. Səbəb olaraq, 26 nömrəli şəhər Poliklinikasından verilən xx.xx.2024-cü il tarixli 256 nömrəli arayışda Təcili və X7 stansiyası tərəfindən verilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsində ölüm səbəbinin qeyd edilmədiyi və xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyi göstərilmişdir. Bu səbəbdən ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. 4 saylı Bakı “ASAN Xidmət” X8 xx.xx.2024-cü il tarixli 3-16-5.8.15-1122 saylı məktubunda Ədliyyə Nazirliyinin elektron İnformasiya sisteminə daxil edilməsi üçün ölümü təsdiq edən sənəd olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınmasının mümkün olmadığı və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Hazırda ərinə məxsus olan yaşayış sahəsinin vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Ərinin ölüm haqqında şəhadətnaməsinin olmadığından onlar vərəsəliklə bağlı sənədləşmə işlərini həyata keçirə bilmirlər. Eyni zamanda əri İ Qarabağ müharibə veteramı olduğundan onunla bağlı sənədləşmə işlərini həyata keçirə bilmirlər.
İş materialları :
3. İV-JQ seriyalı, 422293 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 ilə Ərizəçi xx.xx.1988-ci il tarixdə Ordubad rayonu, Tivi kəndində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 21 nömrə ilə qeyd edilmişdir.
4. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 26 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 19 oktyabr 2024-cü il tarixli, 256 nömrəli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində 6 saylı TTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1959-cü il təvəllüdlü X15 vəfat etmişdir. Vəfat etmiş şəxsin 26 nömrəli şəhər poliklinikasına xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə görə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.
5. 4 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən verilmiş 3-16-5/8-15-1122/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.
6. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1959-cu il tarixində doğulmuşdur.
7. “Təcili və X7 Stansiyası"nın xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, təcili tibbi yardım briqadasının tərkibi xx.xx.2024-ci il tarixdə, saat 22:45-də çağırış əsasında ünvan 2 ünvanına gəlmiş, X11 həkiməqədər ölüm halı müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 111 nömrəli arayışa əsasən müəyyən edilir ki, X15 xx.xx.2024-cü il tarixdə Mehdiabad qəbirstanlığında dəfn olunmuş və də
9. İş materiallarına 1 ədəd fotoşəkil əlavə edilmişdir.
10. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
11. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, ərinin ciddi bir xətəliyi olmamışdır. Mədəsində ağırlar olduğu üçün poliklinikada qeydiyyatda olmuşdur. Hadisə axşam saatlarında, təximinən 22:10 radələrində olmuşdur. Ölümün səbəbi kimi “tromb” göstərilmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X3 nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğunu nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
13. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahatında bildirmişdir ki, 20 ilə yaxındır ki, ərizəçi ilə qonşudur. Hadisə 13 oktyabr axşam saatlarında baş vermişdir. O üçüncü mərtəbədə, ərizəçi isə birinci mərtəbədə yaşayır. Həmin gün evdə olmamışdır, axşam 11-ə işləmiş evə qalxarkən birinci mərtəbədə qapının açıq olduğunu, səs-küy eşitmişdir. Bundan sonra içəri daxil olduqda Kərimov Davudun rəhmətə getdiyini görmüşdür. İçəri daxil olduqda ailə üzvləri, ərizəçinin baldızı, qaynı və təcili tibbi yardım əməkdaşları orada olmuşdur. Davudun hər hansı ciddi xəstəliyi olmamışdır. Yas mərasimi Babək prospektində yerləşən yas mərasim evində olmuşdur.
14. Məhkəmə iclasında dindirilən şahid X6 izahatında bildirmişdir ki, ərizəçi ilə həm qohum, həm də qonşudur. Keçən ilin oktyabr ayının 13-də axşam saat 11-ə qalmış xəbər tutmuş və oraya getmişdir. O gedərkən, evdə çox sayda adam olmuşdur. Kərimov Davud qəflətən rəhmətə getmişdir. Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimi Babək prospektində yerləşən yas mərasim evində olmuşdur.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşin faktiki halı :
18. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi müxtəlif sənədləşmə işləri apararkən ondan ərinin ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət etmişdir.
19. xx.xx.1959-cü il təvəllüdlü X15 xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında təcili tibbi yardım gələnədək vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn edilmişdir.
20. X11 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün 4 saylı Bakı “ASAN Xidmər” X10 tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X11 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
22. Məhkəmə qeyd edir ki, xx.xx.1959-cü il təvəllüdlü X11 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
23. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
24. Belə ki, xx.xx.1959-cü il təvəllüdlü X11 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
26. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.
27. Belə ki, 4 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən verilmiş 3-16-5/8-15-1122/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X11 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm akt qeydinin aparılmasından imtina edilmiş və ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
28. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun ərinin ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.
Nəticə :
29. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1959-cü il təvəllüdlü X11 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
30. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X11 13 oktyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva Azərbaycan Respublikası adından
QƏTNAMƏDƏN ÇİXARİŞ
Bakı şəhəri İş № 2(007)-3239/2024 xx.xx.2024
Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçinun iştirakı ilə,
Ərizəçinun maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinə qarşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1959-cü il təvəllüdlü X11 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva