Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-698/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı Hacı-X2 vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Hacı-X2 cavabdeh X5 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı X8 qızı cavabdeh X5 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 aprel 2018-ci il təvəllüdlü X7 və 22 iyun 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X1 hər ay, hər uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya xərci kimi çəkilmiş 61 manat xərcin cavabdehden tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası təyin edilmişdir.
İşdə iştirak edən tərəflər:
3. İddiaçı Hacı-X2 vəkili və nümayəndəsi X10 məhkəmə iclasında ərizə verərək, iddia ərizəsini baxılmadan sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir.
4. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə, cavabdeh X4 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
7. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı:
“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi X3 ərizəsi təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baılmadan geri qaytarılmalıdır.
9. Beləliklə, məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır.
Nəticə:
10. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Hacı-X2 cavabdeh X5 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.
11. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
İddiaçı Hacı-X2 cavabdeh X5 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova