Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-712/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Qeyd edilənlərə əsasən xx.xx.1958-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan mərhum X1nun 21 dekabr 2022-ci il tarixdə faktiki yaşadığı ünvan 2 ünvanında ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X1 xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında yaşamışdır. X1 1-ci Qarabağ Müharibəsinin iştirakçısı və müharibə veteranı olmuşdur. X1 30 ildən artıq Daxili İşlər Nazirliyində xidmət etmiş, sağlığında ürək xəstəliyindən və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. X1 21 dekabr 2022-ci il tarixdə faktiki olaraq yaşadığı Bakı şəhəri, Nizami rayuııu, Qara Qaıayev prospekti ev 40, 34 saylı mənzildə vəfat etmişdir. Təcili tibbi yardıma mərhum atasının adına çağırış edilmiş, lakin həkim gələnə qədər X1 vəfat etmişdir. Atası Sabirabad rayonunda yerləşən Kürkəndi qəbiristanlığında dəfn olunmuşdur. Atasının ölümü onları mənəvi və psixoloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadları olmadığından, poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmişlər. Poliklinikadan onlara heç bir sənəd verə bilməyəcəklərini bildirmişdirlər. Daha sonra mərhum atasının adına ölüm haqqında şəhadətnamə almaq üçün Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Nizami Rayon qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədikləri üçün ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, xx.xx.1958-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan mərhum X1nun 21 dekabr 2022-ci il tarixdə faktiki yaşadığı ünvan 2 ünvanında ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, işin çoxluğunu nəzərə alıb məhkəmə prosesinin nümayəndənin iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X7 ifadə verərək göstərmişdir ki, ərizəçi onun oğludur, vəfat edən şəxs isə onun əridir. Mərhum 21 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt o, işdə idi. O, dəfn və yas mərasində iştirak etmişdir. Mərhum Sabirabad rayonu, Kürkəndi kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X3 ifadə verərək göstərmişdir ki, ərizəçi onun qardaşı, vəfat edən şəxs isə atasıdır. Atası 21 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt evdə heç kim yox idi, o özü də təhsil aldığı üçün dərsdə idi. Mərhum Sabirabad rayonu, Kürkəndi kəndində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 09322123 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 29 avqust 1958-ci ildə ünvan 3 ünvanında qeydiyyata alınmışdır; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 19 avqust 1994-cü ildə Sabirabad rayonu, Kürkəndi kəndində anadan olmuşdur, ünvan 4 ünvanında qeydiyyata alınmışdır; - AZ-İ seriyalı 082236 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 19 avqust 1994-cü il tarixdə doğulmuşdur. X1, anası X4r. - Bakı şəhəri Təcili və X5 Stansiyasının 6 saylı Bölməsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 16:10-da Qara Qarayev 40, mənzil 34 ünvanında X2 yanına gəldikdə, kişi cinsli meyit, aşkar olunmuşdur; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05Q-3137/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirirlər ki, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölün haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, X1nun ölüm faktını təsdiq edən sənəd təqdim edə bilmədiklərindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti uzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Sabirabad Rayon İcra Hakimiyyəti Kürkəndi Kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 567 saylı arayışından görünür ki, X6 xx.xx.1958-ci ildə anadan olmuşdur. Lakin son illər təqaüdə çıxdıqdan sonra Bakı şəhərinə yaşamağa getmişdir. 21 dekabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, onun dəfn məzarı isə Sabirabad rayon Kürkəndi qəbiristanlığında olmuşdur; - Məhkəməyə mərhum X2 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 29 avqust 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 21 dekabr 2022-ci il tarixdə ünvan 6 ünvanında vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 29 avqust 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X1nun 21 dekabr 2022-ci il tarixdə ünvan 6 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 avqust 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 21 dekabr 2022-ci il tarixdə ünvan 6 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-712/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-712/2023
02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver