Məhkəmə qərarları › İş №2(007)-767/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-767/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-767/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 10 fevral 1957-ci il təvəllüdlü X2 18 aprel 2020-ci il tarixində ürəktutmadan Bakı şəhərində vəfat etməsi faktının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ev 2/8-də yaşayır. X6 onun mərhum həyat yoldaşıdır. Mərhum 2020-ci ilin 18 aprel tarixində yaşadığı həmin mənzildə, gündüz saat 16:00 tarixində vəfat etmişdir. Həmin ilin mart ayında özünü qəfil piss hiss etməyə başlamış, təzyiqi qalxmışdı. X12 Xəstəxanaya aparmışlar. Orada əməliyyat olunmuş və 5 gün reanimasiya şöbəsində qalmışdır. Mart ayının 5-də xəstəxanadan çıxardıb evə gətirmişlər və evdə də həkim nəzarətində qalmaqla 2 həftəlik müalicə kursu qəbul etmişdir. Aprel ayının 20-də onun ürəyində açıq əməliyyat aparmalı idi. Əslində yoldaşının əməliyyatı daha tez olmalı idi. Sadəcə həmin vaxtlarda karantin rejimi olduğu üçün onu əməliyyat edəcək həkimlər də tərslikdən özünü təcrid yəni, karantində oldular və əməliyyat tarixi bir az təxirə düşmüşdü. Yoldaşı əməliyyata heç çatmadı. 18 aprel tarixində dedi ki, özünü piss hiss edir. Təzyiqi kəskin şəkildə qalxdı. Həmən dəqiqə xırıldamağa başlamış, rəngi qaralmışdır. Dərhal dil altına qoyulacaq dərmanını gətirib təcili yardıma zəng vurmuşlar. Təxminən 15-20 dəqiqədən sonra təcili yardım gəlmiş, onların yanında da hələ mərhumun xırıltısı eşidilirdi. Buna baxmayaraq həkimlər demişlər ki, artıq ölüb. Ölümün qeydə alınması üçün tərəflərindən Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət olunmuşdur. Nizami Rayon Qeydiyyat Şöbəsinin 23 oktyabr 2020-ci il tarixli N 05Q-1311/15 saylı məktubu ilə ölümün qeydə alınmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Mərhum əri X6 ölən zaman yanında o, qızı, gəlinləri və qonşular olmuşdur. Hamısı mərhumun necə və hansı şəraitdə vəfat etməsinin şahidi olmuşlar. Mərhum - 10.02.1957ci il təvəllüdlü X6 18 aprel 2020-ci il tarixində ürəktutmadan Bakı şəhərində vəfat etmişdir. Mərhumu Zabrat qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək göstərmişdir ki, 18.04.2020-ci il tarixdə atasının vəziyyəti yaxşı olmamış təcili tibbi yardım çağırmışlar. Həkimlər gələndə atası hələ sağ olmuş, lakin ona köməklik göstərməmişlər. Buna baxmayaraq ölümünün də onların yanında baş verməsini təsdiq edən sənəd verməmişlər. 6 saylı Təcili Tibbi yardım stansiyasına dəfələrlə bununla bağlı müraciət etsələr də onlara atasının ölümü ilə bağlı şəhadətnamə almaları üçün təsdiq edici sənədləri təqdim etməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizmai rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi göndərilmiş 23 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası” 8.5-ci bəndinə əsasən öiüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənləri nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. - X3 tərəfindən yazılmış ərizədən görünür ki, mərhum X2 19 aprel 2020-ci il tarixdə Məhəmmədi kənd qəbristanlığında onun tərəfindən dəfn olunduğunu bildirmişdir. - X5 tərəfindən yazılmış ərizədən görünür ki, mərhum X2 19 aprel 2020-ci il tarixdə Məhəmədi kənd qəbristanlığında dəfn mərasimində qohumu olaraq iştirak etdiyini bildirmişdir. - X8 tərəfindən yazılmış ərizədən görünür ki, mərhum X2 19 aprel 2020-ci il tarixdə Məhəmmədi kənd qəbristanlığında dəfn olunduğunu və torpağı onun verdiyini bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi əri X6 10 fevral 1957-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi ərinin ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 10 fevral 1957-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş əri X2 18 aprel 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 fevral 1957-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X2 18 aprel 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar