Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-768/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi tələbini onunla əsaslandırdı ki, 0, mərhum X6 bacısıdır. Mərhum bacısı X10 xx.xx.2021-ci il tarixdə,şəkərli diabet və xroniki böyrək çatışmazlığından yaranan hiperqlikemiya xəstəliyindən vəfat edib və qohumları ilə birgə onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn etmişlər. Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, mərhum bacısı X11 rəhmətə gedənə qədər onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatsız olaraq yaşayıb, xx.xx.2021-ci il tarixdə rəhmətə gedib və rəhmətə gedəndən sonra Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn edilib. Hal hazırda mərhum bacısı X7 qəbri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda yerləşir. Mərhum bacısı X6 ölüm faktını şahidlər, Təcili və X13 Stansiyasının xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi və Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsindən alınan xx.xx.2022-ci il tarixli arayış təsdiq edə bilər. Mərhum bacısı X6 ölüm faktının müəyyən edilməsi, ona, ölümün qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınması, ölüm haqqında şəhadətnamənin verilməsi, vərəsəlik və pensiya təminatı məsələlərinin həlli üçün lazımdır, lakin 2 saylı Bakı “ASAN xidmət" X14 mərhum bacısı X6 ölümünün qeydiyyata alınmasından imtina edib. Belə ki, 2 saylı Bakı “ASAN xidmət" X15, xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirib ki, 2 saylı Bakı “ASAN xidmət" Mərkəzində Qeydiyyat X2 ölümünün qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf'nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alma bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür.Qeyd olunanlara əsasən xx.xx.1963-cü il tarixdə anadan olmuş X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, (Gülməmmədova) X10 xx.xx.1963-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur. X3,anası Güləbatın İskəndər qızıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, GülƏrizəçi xx.xx.1973-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur.X3,anası Güləbatın İskəndər qızıdır. 2 saylı Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinin GülƏrizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.4-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin olunması mümkün deyil.X1 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, X5 Qiyafət Binəli qızına verilmiş arayışda qeyd olunur ki, X10 rəhmətə gedənə qədər bacısı X10 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatsız olaraq yaşayıb, xx.xx.2021-ci il tarixdə rəhmətə gedib və rəhmətə gedəndən sonra Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilən İbragimov Seiphalı (X17) ifadə verərək göstərdi ki, mərhum X10 onun həyat yoldaşıdır. O, xx.xx.2021 -ci il tarixdə, şəkərli diabet və xroniki böyrək çatışmazlığından yaranan hiperqlikemiya səbəbi ilə vəfat edib və qohumları ilə birgə onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn etmişdir. Mərhum həyat yoldaşı X11 rəhmətə gedənə qədər xəstəxanada olub və müalicə alırdı. Sonradan onu evə gətirdilər evə gələndən sonra vəfat etdi. Məhkəmə iclasında şahid qismində dindirilən İbragimov Bakhruz (X12) ifadə verərək göstərdi ki,mərhum X10 onun anasıdır. O, xx.xx.2021 -ci il tarixdə, şəkərli diabet və xroniki böyrək çatışmazlığından yaranan hiperqlikemiya səbəbi ilə vəfat edib və qohumları ilə birgə onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn etmişlər. X4 rəhmətə gedənə qədər xəstəxanada olub və müalicə alırdı. Sonradan onu evə gətirdilər.Evə gələndən sonra vəfat etdi. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, xx.xx.1963-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə bacısının ölümü haqqında şədadətnamə almaq üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1963-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-768/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-768/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver