Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-772/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, əri X3 22 iyul 2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi ilə əlaqədar ölümün qeyd edilmə faktının müəyyən edilməsi və onun adına Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini onunla əsaslandırdı ki, mərhum X6 onun əri olmuşdur. Nofəl 23 fevral 1961-ci il tarixdə Ucar rayonunda anadan olmuşdur. O, ölüdüyü anadək onunla birlikdə ünvan 2 ünvanında yaşamışdır. 22 iyul 2020-ci il tarixdə ünvan 3 ünvanında vəfat etmişdir. O, həmin tarixdə təcili yardım xidmətinə zəng vurmuşdur. Həkimlər gəldikdə artıq Nofəl ölmüşdü. Təcili yardım xidmətinin həkimləri ərini müayinə edəndən sonra onun öldüyü bildirmişlər. Nofəlin həmin mənzildə vəfat etməsi barədə Bakı şəhəri Təcili və X2 Stansiyasının Sahə həkimi üçün xəbərdarlıq vərəqəsi vermişlər və ona bu sənədlə yaşadığı yer üzrə poliklinikaya müraciət edib ərinin ölümü barədə tibbi şəhadətnamə almalı olduğunu, daha sonra həmin tibbi şəhadətnaməni Nizami rayon Qeydiyyat Şöbəsinə təqdim edib ölüm şəhadətnaməsi almalı olduğunu bildirmişlər. O, yaşadığı ərazidə yerləşən poliklinikaya getmiş, lakin Nofəl poliklinikada qeydiyyatda olmadığına görə ona oradan ərinin ölümünü təsdiq edən tibbi şəhadətnamə verməmişlər. O, ölüm şəhadətnaməsi almaq üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi onun müraciətinə cavab olaraq bildirmişdir ki, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim etmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkündür və ona bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 16.11.2014-cü ildə Ucar RPŞ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1977-ci ildə Ucar rayonunun Qazyan kəndində anadan olmuş Ərizəçi Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. 147 MTK tərəfindən 01 oktyabr 2020-ci il tarixdə verilmiş 31273 nömrəli arayışa əsasən Ərizəçi Bakı şəhəri, Babək prospekti, 95 saylı evin 197 saylı mənzilində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05Q-1137/15 nömrəli 22.09.2020-ci il tarixli məktubda göstərilir ki, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun ərizəsinin təmin olunması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət eməsi tövsiyə olunmuşdur. 21 oktyabr 1998-ci il tarixdə Bakı şəhəri Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ 497628 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən həmin tarixdə X7 ilə Ərizəçi nikahlarını rəsmiləşdirmiş, bu barədə akt qyedləri kitabında 806 №-li qeyd aparılmışdır. Ucar rayon VVAQ bürosu tərəfindən 20 mart 1961-ci ildə verilmiş İİ-ИЕ 067923 №-li do]um haqqında şəhadətnamənin surətinə əsasən 23 fevral 1961-ci ildə Ucar rayonunda anadan olmuş X4 atası X8, anası X1r. Təcili və X2 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Xətai rayonu, F.Bayramov küçəsi 11/56, ev 3, mənzil 29 ünvanınada X6 22 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, X3 22 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin olunsun. 23 fevral 1961-ci il təvəllüdlü X3 22 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin və onun adına Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-772/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-772/2021
12.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver