Məhkəmə qərarları › İş №2(007)-789/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-789/2021

19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-789/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 26 mart 1968-ci il ci il təvəllüdlü həyat yoldaşı X2 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində 52 yaşında olarkən vəfat etməsi faktının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd olunan ünvanda ünvan 1ış evinin özlərinə məxsus olan 54 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum həyat yoldaşı 26.03.1968-ci il təvəllüdlü X5 da vəfat edənə kimi onlarla birlikdə həmin mənzildə yaşamışdır. 26.03.1968-ci il təvəllüdlü əri X5 03 sentyabr 2020-ci il tarixdə yaşadıqları ünvanda - ünvan 1ış evinin 54 saylı mənzilində 52 yaşında vəfat etmişdir. Son vaxtlar həyat yoldaşı Mahir Babayev ürəyindən şikayətlənirdi, lakin maddi imkansızlığından həkimə getmirdi, müalicəsini ev şəraitində özü aparırdı. 03.09.2020-ci il tarixdə səhərə yaxın vaxtlarda, təxminən 06 radələrində onun vəziyyəti qəflətən kəskin şəkildə pisləşdi və onlar dərhal X9a zəng edib həkim çağırdılar. Həkimlər onların ünvana gələndə artıq əri dünyasını dəyişmişdi. Bu barədə bizə BŞT və TTYS-nin 6 saylı Bölməsi tərəfindən 03.09.2020-ci il tarixli Xəbərdarlıq vərəqəsi də verilmişdir. Həmin sənəddə yaşadıqları mənzildə həyat yoldaşı Mahir Babayevin meyidinin aşkar olunması qeyd olunmuşdur. Poliklinikaya gcc müraciət etdiklərinə görə onlara “ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən şifahi qaydada imtina etmişlər. Həyat yoldayı X2 adına “ölüm haqqında şəhadətnamə” almaq üşün Maraqlı şəxsə- Bakı şəhəri Nkami rayonu Qeydiyyat Şöbəsinə müraciət etsə də, poliklinikadan “ölüm haqqında tibbi şəhadətnamə” verilmədiyi üçün ona ərinin adına olan “ölüm haqqında şəhadətnamə” verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən mərhumun oğlu X6 bildirdi ki, atası X5 03 sentyabr 2020-ci il tarixdə X9 gələnədək evlərində keçinmişdir. Ailəsi atasına yas vermiş, qohumlar yasda iştirak etmişdir. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 26 mart 1968-ci il ci il təvəllüdlü həyat yoldaşı X2 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində 52 yaşında olarkən vəfat etməsi faktının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. hkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizmai rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi göndərilmiş 28 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası” 8.5-ci bəndinə əsasən öiüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənləri nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. - Təcili və X3 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X9 briqadası 03 sentyabr 2020-ci il tarixli çağırış zamanı X2 həkimə qədər ölümünü müəyyən etmişlər. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli arayışdan görünür ki, X1 rayonu, Zabrat 3 qəbristanlığında 03 sentyabr 2020-ci il traixdə dəfn olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi əri X5 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi ərinin ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 26 mart 1968-ci il ci il tarixdə doğulmuş əri X2 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 mart 1968-ci il ci il təvəllüldlü X2 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar