Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-793/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Ərizəçi MMC-nin maraqlı şəxs "xxxx"MMC-yə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq olunmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi MMC-nin maraqlı şəxs "xxxx"MMC-yə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq olunmasına dair Ərizəçi X5 maraqlı şəxs X6 cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbini onunla əsaslandırdı ki, sifarişçi Maraqlı şəxs ilə podratçı Ərizəçi arasında bağlanan 08 oktyabr 2020-ci il tarixli, N RPV-2020-015 nömrəli “Podrat Müqaviləsi”nə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində “Podratçı” X9 42 Villa layihəsi üçün torpağın qazıntısı və daşınması və əks dolğu-kipləşmə işlərini görməyi öhdəsinə götürüb.Həmin müqavilə əsasında Ərizəçi tərəfindən X9 42 Villa layihəsi çərçivəsində ümumu dəyəri 296 686,83 manat həcmdə işlərin görülməsi təmin edilib.Buna baxmayaraq Maraqlı şəxs görülən işlərin dəyərini təşkil edən 296 686,83 manat pul vəsaitinin yalnız 208 171,87 manat hissəsinin Ərizəçinə ödənilməsini təmin edib və 88 514,96 manat məbləğində ödənilməyən borcu qalıb.Bakı 13 saylı mediasiya təşkilatında bağlanan xx.xx.2022-ci il tarixli, MŞB/13-00149 nömrəli barışıq sazişinin şərtlərinə əsasən 08 oktyabr 2020-ci il tarixli, N RPV-2020-015 nömrəli “Podrat Müqaviləsi”nə üzrə yaranan 88 514,96 manat məbləğində borcu Maraqlı şəxs noyabr ayının 5-dən başlayaraq 5 ay ərzində hər ay üçün 17 702,99 manat ödəməyi öhdəsinə götürüb. Buna baxmayaraq "Royal Development” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsini bu günədək təmin etməyib. Belə olan halda xx.xx.2023-cü tarixli Xəbərdarlıq məktubu ilə Maraqlı şəxsnə müraciət olunaraq Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanan xx.xx.2022-ci il tarixli, MŞB/13-00149 nömrəli barışıq sazişi üzrə öhdəliyin 5 gün müddətində yerinə yetirilməsi xahiş edilsə də, Maraqlı şəxs öhdəliyin icrasını təmin etməyib.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki,barışıq sazişinin təsdiq olunması barədə ərizə təmin olunsun. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişinin təsdiqinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: Ərizəçi MMC ilə "xxxx"MMC arasında Bakı 13 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/13-00149 nömrəli barışıq sazişindən şərtlərindən görünür ki, 08 oktyabr 2020-ci il tarixli, N RPV-2020-015 nömrəli “Podrat Müqaviləsi”nə üzrə yaranan 88 514,96 manat məbləğində borcu Maraqlı şəxs noyabr ayının 5-dən başlayaraq 5 ay ərzində hər ay üçün 17 702,99 manat ödəməyi öhdəsinə götürmüşdür. X5 ilə X6 arasında Bakı 16 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişində qeyd olunmuşdur ki:tərəflərin “birgə nikah dövründə əldə edilən, Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət X1 adına qeydiyyatdan keçmiş 0,1106 ha torpaq sahəsi üzərindəki ½ hissədə olan payından, ünvan 1 ünvanında yerləşən,Daşınmaz Əmlakın Dövlət reyestrində X3 adına qeydiyyatdan keçən, mənzilin üzərindəki ½ hissədə olan payından X2 xeyrinə imtina edir” Həmin sazişin mətnindən görünür ki,sazişin icra olunma müddəti 10 gün müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24 Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İşin hallarından görünür ki, Ərizəçi MMC ilə "xxxx"MMC arasında Bakı 13 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/13-00149 nömrəli barışıq sazişindən şərtlərindən görünür ki, 08 oktyabr 2020-ci il tarixli, N RPV-2020-015 nömrəli “Podrat Müqaviləsi”nə üzrə yaranan 88 514,96 manat məbləğində borcu Maraqlı şəxs noyabr ayının 5-dən başlayaraq 5 ay ərzində hər ay üçün 17 702,99 manat ödəməyi öhdəsinə götürmüşdür.Lakin barışıq sazişinin şərtləri "xxxx"MMC tərəfindən icra olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə ərizəni əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə "xxxx"MMC arasında Bakı 13 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/13-00149 nömrəli barışıq sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-793/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-793/2023
30.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver