Məhkəmə qərarları › İş №2(007)-859/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-859/2021

08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-859/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 11.11.1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 02 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunmasını, ölümün qeydə alınması Nizami rayon qeydiyyat şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 11.11.1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 02 noyabr 2020-ci il tarixdə sol ağciyər xəstəliyindən vəfat elmişdir. Bu fakt sənədlərdə də öz əksini tapmışdır. X6 03 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Dağüstü-1 qəbiristanlığında dəfn olunmuşdur. X4 adına ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi 04 noyabr 2020-cı il tarixdə imtina məktubu verərək bildirdi ki, 106 saylı ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə X9 aid ölüm haqqında akt qeydi aparıla bilməz, ona görə də məhkəməyə müraciət edilməlidir. Ölüm haqqında şəhadətnamə ona ona görə lazımdır ki, ölüm haqqında şəhadətnamə olmadığına görə X6nu Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 47 saylı evin, 38 saylı mənzilindən qeydiyyatdan çıxara bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə əlavə olunmuş arayışdın görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 47 saylı evin, 38 saylı mənzilində pasport qeydiyyatındadır və yaşayır. Hesab edir ki, ərizəsi təmin olunmalı, 11.11.1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 02 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli və ölümün qeydə alınması Nizami rayon qeydiyyat şöbəsinə həvalə olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ölümün qeyd edilməsi ona müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, ərizəçi onun dostudur. Ərizəçinin atası 02 noyabr 2020-ci il tarixdə rəhmətə getmişdir və ayın üçündə Yasamal qəbirstanlığında dəfn olunmuşdur. Yas mərasimi ailə içində olmuş və o həm yas mərasimində, həm də dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı-Nizami RPİ tərəfindən 13.07.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 03150483 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 11.11.1952-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. - 10 fevral 1989-cu il tаriхdə vеrilmiş XİV-ЖГ № 374684 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1988-ci il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 fevral 1989cu il tarixdə 366 № ilə qeyd edilmişdir. X5r. - Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Bələdiyyəsinin 05 noyabr 2020-ci il tarixli, 1042 saylı arayışından görünür ki, 11.11.1952-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiriştanlığında 03.11.2020-ci il tarixində Ərizəçi tərəfindən dəfn edilmişdir. - Təcili və X13 Stansiyasının 02.11.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, kişi cinsinə mənsub X9 qoyulan diaqnoz həkimə qədər ölümdür. - Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 04.11.2020-ci il tarixli 05Q-1399/15 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - 26 nömrəli Şəhər Poliklinikasının 04.11.2020-ci il tarixli 352 saylı arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 47, mənzil 38-də yaşayan Ərizəçi atası həmin ünvanda yaşamış, 1952-ci il təvəllüdlü mərhum X14 11.07.2012-ci il tarixdən sonra poliklinikaya müraciət etmədiyi və ölüm hadisəsi yaşadığı ünvanda baş vermədiyi üçün (mərhum qeyri-yaşayır yerində rəhmətə gedib) mərhumun adına onlar tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. -“X17” Tibb Mərkəzinin 03.11.2020-ci il tarixli komputer tomoqrafiya məlumatından görünür ki, Döş qəfəsinin nativ KT müayinəsi: Sağ ağciyərdə yuxan və orta payı diffuz tutan və bronx mənfəzini obliterasiya edən həcmli törəmə kütləsi izlənilir. Aşağı pay peribrpnxial sahədə, yamalı və nodulyar görünümdə tumoral infiltrasiyalar təyin olunur. Sol ağciyər parenximasında da yuxarı pay dominant olmaqla hər iki payda multifokal neoplazik infiltrasiya sahələri izlənilir. Plevra boşluqlarında sərbəst maye təyin olunmur. Dıvararalığı və hər iki ağciyər kökündə patoloji özəllikdə limfa düyünləri izlənilmir. Hər iki aksillar(qoltuqaltı) sahə təbiidir. Traxeya və hər iki ana bronxun mənfəzi açıqdır. Qida borusunda patalogiya izlənmədi. Ürək və ürəkdən çıxan ana damarların genşliyi normaldır. Döş qəfəsi sümüklərində destruksiya mövcud deyil. Torakal vertebralarda osteodegenerativ dəyişikliklər təyin olunur Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi atası 11 noyabr 1952-ci il tarixdə ildə Bakı şəhərində anadan olmuş X14 02 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11 noyabr 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 02 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 noyabr 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 02 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar