Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-868/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X10 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, Ərizəçi Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü ildə Ermənistan respublikası, Hrazdan, Avan, Eçmiadzin vilayətində anadan olmuş Maraqlı şəxs2, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında faktiki olaraq yaşayır. Mərhum atası Maraqlı şəxs2 ilə anası X1 birgə nikahından o, Ərizəçi, bacısı Abbasova (Quliyeva) Fizzə İlham qızı, bacısı Əliyeva (Quliyeva) Fatma ilham qızı və bacısı Pirhan (Quliyeva) Nuranə İlham qızı doğulmuşdur. Hazırda o, mərhum atası Maraqlı şəxs2 ölüm haqqında şəhadətnaməsinin alınmasında müəyyən çətinlik çəkdiyinə görə məhkəməyə müraciət edir. Belə ki, mərhum atası Maraqlı şəxs2 xx.xx.1963-cü ildə Ermənistan respublikası, Hrazdan, Avan, Eçmiadzin vilayətində doğulmuş və xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə vəfat etmişdir. Mərhum atası həmin tarixdə evlərində həkimsiz-filansız vəfat etdi. Onlar mərhum atalarını Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığda dəfn etmişlər. Dəfn edilməsi barədə və dəfn xərclərinin ödənilməsi barədə arayış tərtib edilmişdir. Belə ki, bu barədə 18 №-li Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına olan müraciətimlə əlaqədar ona bildirmişlər ki, xəstəxana tərəfindən atası Maraqlı şəxs2 ölümü barədə heç bir tibbi sənəd və tibbi şəhadətnamə verilməmişdir. Daha sonra ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etdiyi Maraqlı şəxs1ndən də ona bildirmişlər ki, atasının ölümü rəsmən qeydə alınmadığından, bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. (İmtina cavabı-məktubu əlavə olunur). Atası Maraqlı şəxs2 ölməsi faktını dəfnində iştirak edən qohum-qonşular da təsdiq edə bilərlər. Aşağıda onun dəfinində iştirak etmiş həmin şəxslərdən iki nəfərinin ad-soyadını və ünvanlarını göstərməklə çox hörmətli məhkəmədən xahiş edir ki, atasının həqiqətən də ölməsi və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığda dəfn edilməsi faktını təsdiqləmələri üçün onları iş üzrə şahid qismində məhkəməyə dəvət edilməlidir: X2 - AA2549031 X5 - AZE********. Atası Maraqlı şəxs2 ölüm faktının təsdiqlənməsi, ailəsinin, onun da adı daxil edilməklə ümumi siyahıya salındığından yeni sənədləşmələrin aparılması, yaşadığı evin Qeydiyyat Şəhadətnaməsinin (kupça) alınması, onların bir sıra hüquqları və digər işləri (vərəsəliklə əlaqədar və s.) həyata keçirməyi üçün zəruridir. Məhkəmənin əvvəlki iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ərizəni müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X3 ifadəsində bildirdi ki, vəfat edən şəxs onun həm qaynı, həm də onun əmisi oğlu olmuşdur. O, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində Qara Qarayev ərazisində vəfat etmişdir. O, dəfndə iştirak etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X6 ifadəsində bildirdi ki, vəfat edən şəxs onun qardaşı olmuşdur. Qardaşı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1963-cü il tarixdə Zəngibasar rayonunda doğulmuşdur. - Ərizəçinin Nizami Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/7-30xxxx/2024 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəçinin ərizəsinin təmin edilməsi mümkün deyil. Maraqlı şəxs2 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunur. -Azərbaycan Respublikası Abşeron Rayonu Mehdiabad Bələdiyyəsinin 162 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs2 dəfni Mehdiabad qəbristanlığında icra olunmuşdur. - xx.xx.2024-cü il tarixli təcili və təxirəsalınmaz tibbi yardım stansiyası xəbərdarlıq vərəqəsindən görünür ki, Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 15:50-də həkimə qədər ölməsi müəyyən edilmişdir. Ölümün ilkin səbəbi qəfləti ölüm kimi qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6.-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, bu faktın təsdiq edilməsi Maraqlı şəxs2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.1963-cü il tarixdə Zəngibasar rayonunda anadan olmuş Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-868/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-868/2025
12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver