Məhkəmə qərarları › İş №2(007)-895/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-895/2024

13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-895/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə və ərizəyə düzəliş ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilib, xx.xx.1955-ci il təvəllüdlü X4 02 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə evdə olduqları vaxt X1 vəziyyəti pisləşmişdir. O, dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi atası rəhmətə getmişdir. X2 Mingəçevir şəhər “Sağ sahil” qəbirsanlığında dəfn etmişlər. Maraqlı şəxsnə atasının ölüm şəhadətnaməsinin alınması ilə bağlı müraciət etmiş, lakin müvafiq orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciətini təmin etməmişdir. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o bildirmişdir ki, X14 xəstə olmuş, bir çox həkimlərə müraciət etmələrinə, atası çoxlu müayinələrdən keçməsinə baxmayaraq onun xəstəliyinin tam səbəbini öyrənə bilməmişlər. Onun atası yemək yemirdi. Atası xx.xx.2024-cü il tarixində axşam vaxtı rəhmətə getmiş, atası dünyasını dəyişdikdən sonra təcili yardım gəlmiş, ona ölüm haqqında şəhadətnamənin təcili alınmasının lazım olduğunu, lakin atasının konkret ölüm səbəbi olmadığına görə ölüm haqqında şəhadətnaməni almaqda çətinlik çəkəcəyini demişlər. Onlar atası hər hansı bir xəstəxanada xəstəliyi ilə bağlı yatmadığına və 26 saylı poliklinikada rəsmi qeydiyyatı olmadığına görə ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Atası dövlət sistemlərində ölüm haqqında şəhadətnaməni ala bilmədikləri üçün vəfat etməmiş kimi görünür. Ölüm haqqında şəhadətnamənin alınması onun üçün çox zəruridir. Həmçinin, anası da xəstədir, insult keçirmişdir. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X12 ərizə təmin olunarsa mərhumun ölüm haqqında şəhadətnaməsində ölümün səbəbinin qeyd edilməyəcəyini və ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bldirdi. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək göstərdi ki, ərizəçinin dayısı oğludur. X13 xəstə olmuşdur, xəstəliyinin səbəbini isə bilmir. xx.xx.2024-cü il tarixində gecə mərhumun dünyasını dəyişdiyini məlumat almışdır. Mərhumun vəfat etməsi xəbərini bibisi oğlu Sabir məlumat vermiş, o da yaxınlıqda qaldığı üçün təcili oraya getmişdir. O Fəridgilin evinə gedəndə təcli tibbi yardım olmuşdur. Bununla əlaqədar polisə də məlumat vermişdilər. Mərhum Bakıxanov qəsəbəsindəki məsciddə yuyulmuş, oradan Mingəçevir şəhərinə aparılıb dəfn edilmişdir. Yas mərasimləri olan üç, yeddi və qırx mərasimləri də Mingəçevirdə baş tutmuşdur. Məhkəmə iclasında X9 şahid qismində ifadə verərək göstərdi ki, Fərid onun qonşusu, dostu və iş yoldaşıdır. “İnci” Şirkətlər qrupunda Fəridlə birlikdə kitabçı kimi çalışırlar. O, Fəridin atası mərhum Abbas müəllimi tanıyırdı. O, xəstə olduğu üçün müalicə alırdı, xx.xx.2024-cü ildə dünyasını dəyişmişdir. O, mərhum dünyasını dəyişəndə evdə olmamış, həmin gün bayram qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə səhər tezdən bilmişdir ki, mərhum dünyasını dəyişib. O, dəfndə iştirak etməmişdir. O, Mingəçevirə gedəndə mərhum artıq dəfn edilmişdir. O, üç mərasimində iştirak etmişdir. xx.xx.2024-cü il tarixdə Abbas müəllimin qırx mərasimi olmuşdur. Fəridin əmisi də ağır xəstə olmuş və atasından sonra da əmisi rəhmətə getmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində olan yas mərasimində də iştirak etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Mingəçevir Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 24 nömrəli arayışından görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər “Sağ sahil” qəbirsanlığında dəfn edilmişdir. - Təcili və X3 xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X4 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. - Qəbirüstü abidəsinin fotoşəkillərindən görünür ki, X7 xx.xx.1955-ci il tarixdə anadan olmuş, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi İddiaçı atası X7 02 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. İşin mübahisəli halları: Ərizəçi İddiaçı atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Nizami Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və ərizəçinin izahatını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 02 yanvar 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X4 02 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar