Məhkəmə qərarları › İş №2(007)-896/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-896/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-896/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 15 aprel 1983-cii il təvəllüdlü oğlu X6 26 aprel 1991-ci il tarixdə Hemofiliya xəstəliyindən Bakı şəhərində vəfat etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildə X4 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladları olmuşdur. Qızı Pərvanə və Rza adında oğlanları vardır. Qızı Pərvanə və xx.xx.1983-cü il təvəllüdlü oğlu X8 vəfat etmişlər. Qızı Pərvanəyə aid ölüm haqqında şəhadətnaməni almışdır, lakin oğlu Rzanın vəfat etdiyi zaman onların məlum vəziyyəti ilə əlaqədar heç kimin ölüm haqqında şəhadətnaməni alması yada düşməmişdir. Oğlu xx.xx.1991-ci il tarixdə Respublika Xəstəxanasının hemofiliya şöbəsinə daxil olmuş, oradan xx.xx.1991-ci il tarixdə 1 saylı X11 (keçmiş Semaşko xəstəxanası) əməliyyat olunması üçün göndərilmiş, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilmişdir. xx.xx.1991-ci il tarixdə evə buraxılandan 2 gün sonra evdəcə dünyasını dəyişmişdir. O vəfat edərkən Təcili Tibbi yardım çağırmaq ağıllarına gəlməmiş və bununla əlaqədar yaşadıqları yerin poliklinikasına da müraciət etməmişlər. Oğlunu Keşlə qəsəbəsində qəbiristanlıqda dəfn etmişlər. O vaxtdan bu günə ona aid ölüm haqqında şəhadətnaməni almamışdır. Hal-hazırda yaşa görə müavinat (pensiya) almağı ilə əlaqədar, vəfat etmiş oğlunun ölümü haqqında şəhadətnaməsi tələb edilir. Oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədi ilə Maraqlı şəxsnə rəsmi müraciət etmişdir. Lakin şöbə oğlunun ölümünü təsdiq edən həkim tibbi arayışının olmaması səbəbindən şəhadətnamənin verilməsindən 05p-166/15 saylı, xx.xx.2023-cü il tarixli imtina məktubu vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur, mərhum X8 isə ərizəçinin oğludur. Mərhum uşaq vaxtı, səkkiz yaşında, yəni 1991-ci ildə vəfat etmişdir. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhum Keşlə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur, mərhum X8 isə ərizəçinin oğludur. Mərhum təxminən 1991-ci ildə, səhv etmirsə aprel ayında vəfat etmişdir. Mərhum qan çatışmazlığından vəfat etmişdir. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhum Keşlə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1955-ci ildə ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - İX-ЖГ seriyalı 365031 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15 aprel 1883-cü ildə Bakı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05Q-166/15 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi,ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi,konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirirlər ki, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, oğlu X5 ölüm faktını təsdiq edən sənəd təqdim edə bilmədiklərindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur; - Əhaliyə Vətəndaşlıq Xidmət Trestinin 12 saylı 30 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi oğlu X3 rayonu, Keşlə qəbiristanlığında xx.xx.1991-ci il tarixində dəfn edilmişdir. Qəbirüstü abidəsi vardır və aşağıdakı sözlər yazılıb: X8; xx.xx.1983-xx.xx.1991; - Məhkəməyə mərhum X6 qəbrinin yerləşdiyi yerin fotoşəkili təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 15 aprel 1883-cü il tarixdə Bakı şəhərində doğulmuş oğlu X8 26 aprel 1991-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi oğlunun ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 15 aprel 1883-cü il tarixdə Bakı şəhərində doğulmuş oğlu X6 26 aprel 1991-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 aprel 1883-cü il tarixdə Bakı şəhərində doğulmuş X6 26 aprel 1991-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar