Məhkəmə qərarları › İş №2(007)-933/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-933/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-933/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, X1, Ərizəçi qızının iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi tələbini onunla əsaslandırdı ki, mərhum əri X6 01 aprel 1956-cı il tarixdə anadan olmuşdur. O, 22 noyabr 2022-ci il tarixdə qəflətən yaşadıqları ünvanda vəfat etmişdir.O,vəfatından sonra növbəti gün Bakı şəhəri, Nizami rayon 8-km qəbirsanlığında dəfn olunub.Ölüm haqqında şəhədətnamə alınması üçün ərazi üzrə Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhədatnaməsi olmadığı üçün mərhum əri X4 adına ölüm haqqında şəhədətnamə verilməmişdir. Qeyd olunanlara əsasən 01 aprel 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş əri X4 22 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi 30 avqust 1995-ci il tarixdərəsmi nikah bağlamışlar. Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.4-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın öımüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparıla bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin olunması mümkün deyil.Vətəndaş X4 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhəri,X2 Marina Viktorovnaya verilmiş arayışda qeyd olunur ki,onun həyat yoldaşı X6 M.Əliyev küçəsi 1 ünvanda yerləşən “Beynəlmiləl Qəbirstanlığında” dəfn edilib. Əsas qəbirstanlıq müdirinin xx.xx.2023-cü il tarixli məlumatı və foto şəkli. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, O, ərizəçi Marina və onun mərhum həyat yoldaşı Yuri ilə qonuşuluqda yaşayır. 22 noyabr 2022-ci il tarixində Marina onu çağıraraq ərinin vəziyyətinin ağır olduğunu bildirdi,ona köməklik etməyini xahiş etdi.O,Marinənın evinə gələn zaman gördü ki, Yuri artıq vəfat edib. Bundan sonra təcili yardıma zənq vurub çağırış etdilər. Onu 8-ci km qəbristanlığında dəfn etmişlər Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, Marina və Vitali ilə qonuşuluqda yaşayır. 22 noyabr 2022-ci il tarixində Vitaliy ona dedi ki, Marinanın əri Yurinin vəziyyəti ağırdır onlara kömək etmək üçün, evlərinə gəl. O, dərhal onlara gəlmiş orada Yurini güzgü ilə yoxladıqdan sonra məlum oldu ki, Yurif vəfat etmişdir. Bundan sonra təcili yardıma zənq vurub çağırış etmişlər. Mərhumu 8-ci km qəbristanlığında dəfn etmişlər. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı,şahid ifadələri, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, 01 aprel 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş əri X4 22 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə ərinin ölümü haqqında şədadətnamə almaq üçün zəruridir. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 01 aprel 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş X4 22 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01 aprel 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş X4 22 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar