Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-957/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı "Accessbank” QSC-nin Cavabdeh1,Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "Accessbank” QSC-nin Cavabdeh1,Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.08.2014-cü il tarixli 02L00O012238 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılıb. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.08.2014-cü il tarixli kredit razılaşması əsasında 40 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ Dolları məbləğində kredit götürüb. Tərəflərin imzaladıqları 18.02.2016-cı il tarixli, 16.05.2016-cı il tarixli, 19.01.2017ci il tarixli, 02.04.2018-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilib. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubadıb, kredit borcu və faiz, borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.01.2019-cu il tarixdən banka qaytarmayıb. Cavabdeh1 götürdüyü kredit borcundan 12409.55 ABŞ Dolları ödəyib, onun 12590.45 ABŞ Dolları məbləğində kredit borcu qalıb.Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmaşınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunan aylıq faizin 1/30 hissəsi kimi hesablanır.Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.10.2020-ci il tarixə 632 gün üçün hesablanan faiz borcu 13137.49 ABŞ Dolları təşkil edir.Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 05.10.2020-ci il tarixə 632 gün üçün hesablanan cərimə 8612.77 ABŞ Dolları təşkil edir.Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xilam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanan cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürüb.O,həmin zaminlik müqaviləsiniı 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra elməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan Cavabdeh4, borclu Cavabdeh1 və Bank arasında bağlanılan 14.08.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh4a məxsus Bakı şəhəri. Nizami rayonu. Bəhruz Nuriyev küçəsində yerləşən 9 nömrəli evin, 2-ci mərtəbəsində olan. 53.1 kv.m. ümumi, 32.0 kv.m. yaşayış, 21.1 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqlı 22 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 2157 №-li reyestr kitabının 199850 №-li vərəqində qeydiyyata alınan RX№0481274 saylı çıxarışla Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 9 nömrəli evin, 2-ci mərtəbəsində olan 53.1 kv.m. ümumi, 32.0 kv.m. yaşayış, 21.1 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 22 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilən fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nıriyev küçəsində yerləşən 9 nömrəli evin, 2-ci mərtəbəsində olan, 53.1 kv. m ümumi, 32.0 kv.m. уşayış, 21.1 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqlı 22 nömrəli mənzil İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşıər. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırlar.Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 12590.45 ABŞ dolları əsas borcun,13137.49 ABŞ dolları faiz borcunun və 8612.77 ABŞ dolları cərimənin,cəmi 34340.71 ABŞ dolları borcun,30 manat dövlət rüsumunun,ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulması,tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nıriyev küçəsində yerləşən 9 nömrəli evin, 2-ci mərtəbəsində olan, 53.1 kv. m ümumi, 32.0 kv.m. уşayış, 21.1 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqlı 22 nömrəli mənzilə yönəldilməsi həmin mənzilin açıq hərracdan satılması,satışdan əldə olunmuş vəsait hesabına 34340.71 ABŞ dolları borcun,30 manat dövlət rüsumunun,ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulmasıİddiaçı QSC-yə ödənilməsi,hərracdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa kifayət etmədikdə qalıq borcun Cavabdeh1 və və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması,mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1,Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzildən istifadə hüquqlarının itirilməsi,onların həmin mənzildən çıxarılması,mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi,iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki,həqiqətən də, bakndan kredit götürmüşdür.Uzun illərdir ki, həmin bankın daimi müştərisidir. Kediti götürdükdən sonra ölkədə devalvasiya baş verdi, hətta iki dəfə baş verdi, bundan əlavə son iki ildə pandemiyadır,iş yerləri bağlanıb, ödənişləri vaxtında edə bilməmişdir. Bu günə qədər iyirmi mindən çox ödəniş etmişdir. Devalvaisa və pandemiya dövründə götürdüyü krediti vaxtında qaytara bilimədiyi üçün banka müraciət edib ona köməklik etmələrini xahiş etsə də, bunun müsbət nəticəsi olmamışdır.O, xahiş edir ki, faiz və cərimə borcu silinsin qalan borca görə ona şərait yaradılsın ki, borcu hissəhissə ödəyə bilsin. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh1 ilə İddiaçı QSC-nin “Babək”filialı arasında bağlanmış 13.08.2014-cü il tarixli 02L00O012238 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılıb. Müqavilənin şərtlərinə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC-nin “Babək”filialı arasında bağlanmış 13.08.2014-cü il tarixli R000033970 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 18.02.2016-cı il tarixli, 16.05.2016-cı il tarixli, 19.01.2017-ci il tarixli, 02.04.2018-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC-nin “Babək”filialı arasında bağlanmış 14.08.2014-cü il tarixli 02M000002930 saylı ipoteka müqaviləsindən görünür ki,kredit razılaşması üzrə verilmiş kreditin təminat kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nıriyev küçəsində yerləşən 9 nömrəli evin 22 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Quliyev Viktor Əli oğlu ilə İddiaçı QSC-nin “Babək”filialı arasında bağlanmış 13.08.2014-cü il tarixli 02L00O012238 saylı zaminlik müqaviləsindən görünür ki, Quliyev Cavabdeh4 Elvin Viktor oğlu ilə bank arasında bağlanmış kredit müqaviləsi ilə əlaqədar öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. DƏDRX-dən verilmiş RX seriyalı,0408613 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nıriyev küçəsində yerləşən 9 nömrəli evin 22 nömrəli mənzilə Cavabdeh1 xüsusi mülkiyyət hüququ 05.07.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. DƏDRX-dən verilmiş RX seriyalı,0481274 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nıriyev küçəsində yerləşən 9 nömrəli evin 22 nömrəli mənzil mənzilin ipoteka ilə yüklü edilməsi 29.08.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir. 03 saylı XTMKTB-nin verdiyi 13.08.2014-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1,Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nıriyev küçəsində yerləşən 9 nömrəli evin 22 nömrəli mənzilində qeydiyyatdadırlar. "xxxx" MMC-nin 08.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nıriyev küçəsində yerləşən 9 nömrəli evin 22 nömrəli mənzilinin bazar dəyəri 85000 manat,likvid qiyməti isə 80000 manat təşkil edir. 25.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13.08.2014-cü il tarixli R000033970 saylı kredit razılaşması üzrə 12590.45 ABŞ dolları əsas borcu,13137.49 ABŞ dolları faiz borcu və 8612.77 ABŞ dolları cərimə,cəmi 34340.71 ABŞ dolları borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği Cavabdeh1 versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.Belə ki,həmin müqavilə üzrə cavabdein əsas borca görə12590.45 ABŞ dolları, faiz borcuna görə isə 13137.49 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Digər Cavabdeh4 isə zaminlik öhdəliklərinə əməl etməmişdir. Məhkəmə qeyd olunanları ümüumiləşdirib bu nəticəyə gəlir ki,iddia əsas və faiz borcunun tələb olunması hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 13.08.2014-cü il tarixli R000033970 saylı kredit razılaşması üzrə üzrə razılaşma üzrə 8612.77 ABŞ dolları məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 8612.77 ABŞ dolları məbləğində dəbbə pulu azaldılmalı və 800 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 12590.45 ABŞ dolları əsas borc,13137.49 ABŞ dolları faiz borcu və 800 ABŞ dolları cərimə,cəmi 26527.94 ABŞ dolları borc,30 manat dövlət rüsumu,ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı tutulmalı,tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus bazar dəyəri 85000 manat,likvid qiyməti isə 80000 manat təşkil edən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nıriyev küçəsində yerləşən 9 nömrəli evin, 2-ci mərtəbəsində olan, 53.1 kv. m ümumi, 32.0 kv.m. уşayış, 21.1 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqlı 22 nömrəli mənzilə yönəldilməli həmin mənzil açıq hərracdan satılmalı,satışdan əldə olunmuş vəsait hesabına 26527.94 ABŞ dolları borc,30 manat dövlət rüsumu,ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqıİddiaçı QSC-yə ödənilməli,hərracdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borc Cavabdeh1 və və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı,mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1,Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzildən istifadə hüquqlarının itirilməli,onlar həmin mənzildən çıxarılmalı,mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 12590.45 ABŞ dolları əsas borc,13137.49 ABŞ dolları faiz borcu və 800 ABŞ dolları cərimə,cəmi 26527.94 ABŞ dolları borc,(ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla manatla) 30 manat dövlət rüsumu,ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı tutulsun. Tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus bazar dəyəri 85000 manat, likvid qiyməti isə 80000 manat təşkil edən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nıriyev küçəsində yerləşən 9 nömrəli evin, 2-ci mərtəbəsində olan, 53.1 kv. m ümumi, 32.0 kv.m. уşayış, 21.1 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqlı 22 nömrəli mənzilə yönəldilsin.Həmin mənzil açıq hərracdan satılsın,satışdan əldə olunmuş vəsait hesabına 26527.94 ABŞ dolları borc, (ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla manatla)30 manat dövlət rüsumu,ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqıİddiaçı QSC-yə ödənilsin.Satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borc Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. Mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1,Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 mənzildən istifadə hüquqları itirilsin,onlar həmin mənzildən çıxarılsınlar, mənzil boşaldılaraq alıcıya təhvil verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-957/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-957/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver