Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-962/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi Muxtar qızının iştirakı ilə, Ərizəçi Muxtar qızının maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Muxtar qızı maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 09.04.1975-ci il təvəllüdlü X2 01 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 01 yanvar 2022-ci il tarixdə evdə olduqları vaxt X2 vəziyyəti pisləşmiş, infakt keçirmişdir. O, dərhal təcili tibbi yardıma zəng etmiş, təcili yardım gələnə kimi həyat yoldaşı rəhmətə getmişdir. Onu Qaraçüxur qəbrstanılığında dəfn etmişlər. O, ölüm şəhadətnaməsinin alınması ilə bağlı Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onlar ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması bildirilərək ölüm şəhadətnaməsinin verilməsindən imtina etmişlər. Ona bununla bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi Muxtar qızı ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında əsgərova aybəniz ismayıl qızı şahid qismində ifadə verərək göstərmişdir ki, o, X2 bacısıdır. 31.12.2021-ci il tarixdə qardaşının evində olmuş, gecə 03:00-04:00 radələrində ərizəçi ona zəng edərək Eldənizin vəziyyətinin ağır olmasını bildirmiş, o, onlara çatanda artıq qardaşı dünyasını dəyişmişdir. Onlar özləri bacı-qardaş yığışıb evdə yas etmişlər. Qardaşı Qaraçüxür qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi Muxtar qızına göndərilmiş 06 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Suraxanı rayonu Qaraçüxur bələdiyəsinin 07.01.2022-ci il tarixli arayışdan görünür ki, X3 01.01.2022-ci il tarixdə Qaraçüxür qəsəbə qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili və X1 7 saylı bölmənin təcili tibbi yardım briqadasının 02.01.2022-ci il tarixli arayışından görünür ki, xəstə X2 adına olan çağırış yerinə gələn həkim Babazadə.R tərəfindən Bakı şəhəri, Neopol, ev 11 mənzil 40 ünvanında həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - AZ-İ 208534 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Muxtar qızı və X3 01 dekabr 2005-ci iİ tarixdə Sumqayıt şəhəri Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması akt qeydləri kitabında 816 nömrə ilə qeyd edilmişdir. - "xxxx" MTK-nın 04.01.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi Muxtar qızı bakı şəhəri Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 122 saylı evin 75 saylı mənzilində yaşayır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Muxtar qızının həyat yoldaşı X3 01 yanvar 2022-ci tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi həyat yoldaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Muxtar qızının həyat yoldaşı X2 01 yanvar 2022-ci tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.04.1975-ci il təvəllüdlü X2 01 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi Muxtar qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-962/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-962/2022
24.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver