Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-979/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni təmin edib, xx.xx.1967-ci il təvəllüdlü X5 xx.xx.2023cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X7 1-ci qrup əlil olmaqla ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkirdi. Onu Buzovna qəsəbəsi 1 saylı Sosial Xidmət Mərkəzinə vermişdir ki, ona quluq etsinlər, lakin qardaşı X7 orada olarkən xx.xx.2023-cü il tarixdə vəziyyəti pisləşmiş, 1 saylı Sosial Xidmət Mərkəzinin əməkdaşları dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi qardaşı rəhmətə getmişdir. X2 Arablinka qəbirsanlığında dəfn etmişlər. Maraqlı şəxsnə qardaşının ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmiş, lakin müvafiq orqan ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, qardaşı X7 İ qrup əlildir və onu Buzovna qəsəbəsi 1 saylı Sosial Xidmət Mərkəzinə quluq etmələri üçün vermişlər. Qardaşının dəfnində qohumlar, ailə üzvləri iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş X9 şahid qismində ifadə verərək göstərmişdir ki, mərhum X7 onun qaynıdır. O, xəstə olmuş və rəsmi qaydada İ dərəcə əlilliyi olmuşdur. Qaynı 19 yanvar 2023-cü ildə vəfat etmiş, Razində, Ərəblinkada dəfn edilmişdir. Onlar onu əlillər evinə aparmış, o, orada 2 gün qalmış, daha sonra vəfat etmişdir. O, onun dəfnində və yas mərasimində iştirak etmişdir. Onlar yas vermiş, yas mərasimi qaynıgildə təşkil edilmişdir. Mərhumdan əmlak kimi ata mülkü qalmış və əmlak ilə bağlı qaynı ilə aralarında heç bir mübahisə yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş X12 şahid qismində ifadə verərək göstərmişdir ki, mərhum X7 onun qayınatasının qardaşı olmuş, qayınatasıgildə yaşamışdır. O, mərhumun xəstə olduğunu bilmişdir. Mərhum xəstəxanada dünyasını dəyişmiş, mərhumun dəqiq ölüm tarixini xatırlamasa da onun ölümü bu ilin əvvəlləri baş vermişdir. Qəbristanlığın adını dəqiq xatırlamasa da bildiyi qədər ilə X3 dəfn edilmişdir. O, bütün yas mərasimlərində iştirak etmiş, bir dəfə qayınatasının qardaşıgildə yas vermiş, qalan yas mərasimləri mərasim evində olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və imzalanmış aktdan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilmişdir. - Təcili və X4 xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X5 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - AZE seriyalı, 17211017 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1967-ci il tarixdə, Ermənistan, Masis rayonu, Zəngilər kəndində anadan olmuşdur. - Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi Komissiyanın xx.xx.2012-ci il tarixdə keçirilmiş iclasının 03 saylı protokolundan çıxarış və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 25 nömrəli sərəncamdan görünür ki, fəaliyyət qabiliyyəti olmayan xx.xx.1967-ci il təvəllüdlü X5 üzərində qardaşı Ərizəçi qəyyum təyin edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşı X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi qardaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Nizami Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-979/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-979/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver