Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1038/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə Maştağa bağlar massivində yerləşən, 400 m2 ərazisi olan 6 “B” saylı bağ sahəsinin birgə əmlak kimi aralarında bölünməsinə, əmlakın ½ hissəsinə iddiaçının mülkiyyət hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 07 fevral 1976-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində 96 saylı akt qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikah bağlandıqdan sonra cavabdeh onun soyadını daşıyır. Ailə münasibətləri əvvəlcə normal olsa da, tədricən dözülməz həddə çatması nəticəsində, ərarvad münasibətlərinin kəskin pisləşdiyi səbəbindən ayrılmışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2(008)-3146/2018 saylı qətnaməsi ilə Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 96 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və xx.xx.2019-cu il tarixdə, 14 № li akt qeydi ilə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər İH-nin BTİ və İB-nin xx.xx.2005-ci il tarixli, 106 saylı protokolu ilə istifadəsində olan Maştağa bağlar massivi ərazisində, 400 m2 sahəsi olan 6 “B” saylı bağ Cavabdeh adına rəsmiləşdirildi. Həmin bağ sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2008-ci il tarixdə 9979 № ilə uçota alınmışdır. Maştağa bağlar massivi ərazisində, 400 m2 sahəsi olan 6 “B” saylı bağda 2008-ci ildə ümumi ərazisi 144 m2 olan yaşayış evi inşa etmişdir. Lakin, nə torpaq sahəsi, nə də ki, fərdi yaşayış evi Dövlət Reyestrində Qeydiyyatdan keçməmişdir. Torpaq sahəsinin və evin Dövlət Reyestrində Qeydiyyatdan keçməsi və birgə yaşadığı dövrdə əldə etdiyi əmlakın bölünməsi üçün dəfələrlə cavabdehə müraciət etsə də, əmlakın bölünməsinin əleyhinədir. Onun birgə nikah dövründə inşa etdiyi evdən başqa yaşayış yeri yoxdur. Heç olmasa torpaq sahəsini bölüb orada özünə kiçik ev inşa etmək istəyir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək nikah dövründə əldə olunmuş Maştağa qəsəbəsi 6 B ünvanında yerləşən ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinin və onun üzərində tikilmiş ümumi sahəsi 25 kv.m olan daşınmaz əmlakın X3 bağışlanmasına dair müqavilənin etibarsız hesab olunması və Maştağa qəsəbəsi, 6 B ünvanında yerləşən ümumi sahəsi 400 kv torpaq sahəsinin və onun üzərində tikilmiş ümumi sahəsi 25 kv.m olan daşınmaz əmlakın onunla Cavabdeh arasında bərabər qaydada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun verilmədiyindən məhkəmə tərəfindən mümükün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmiş, o bildirmişdir ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi üçün verilmiş iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı əmlakın böünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə Maştağa bağlar massivində yerləşən 400 kv.metr ərazisi olan 6 B saylı bağ sahəsinin birgə əmlak kimi aralarında bölünməsinə, ½hissəsinə onun müılkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnanə qəbul edilməlidir. İddiaçının iddia tələbində qeyd etdiyi Maştağa bağlar massivində yerləşən 400 kv.metr ərazisi olan 6 B saylı bağ sahəsi xx.xx.2003-cü il tarixdə onun adına qeydiyyatdan keçirilmişdir. O, İddiaçı ilə 07 fevral 1976-cı ildə rəsmi nikaha daxil olmaqıa ailə qurmuşdur və iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi aralarındakı nikah Sabunçu rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il rpüxli 2(008)-3146/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Lakin iddiaçı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, birgə nikah müddətində əldə edilmiş əmlakın bölünməsi tələbi ilə bağlı iddia irəli sürməmiş, məhkəmə isə nə onun adına qeydiyyata alınmış toıbaq sahəsinin, nə də iddiaçının adına olan torpaq sahəsinin onların arasında ½hissədə bölünməsi ilə bağlı qərar qəbul etməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi 0.12 ha ibarət olmuş, iddiaçı həmin torpaq sahəsinin 0.04 ha hissəsini satdıqdan sonra 0.08 ha hissəsi hal-hazırda da iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Bu səbəbdən də iddiaçı nikahın pozulmasından sonra 5 il müddətində əmlakın bölünməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. İddiaçı Cavabdeh qarşı əmlakın bölünməsi tələbinə dair iddiası üzrə iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 21.020.2023-cü il taixdə iddia tələbinin tətbiqinə dair ərizə verərək İddiaçı ona qarşı qaldırdığı iddia tləbində iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3146/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Cavabdeh arasında xx.xx.1976-ci il tarixdə 96 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 397218 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri İH-nin BTİ və İB-nin xx.xx.2005-ci il tarixli, 106 saylı Protokolu ilə 400 kv.m olan Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən 6 b saylı torpaq sahəsi Cavabdeh bağ evi tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3.21.3.30/2-2897/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 6b saylı bağ evi xx.xx.2005-ci il tarxli 22346 saylı icarə müqaviləsi əsasında xx.xx.2003-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ evi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-2587 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 671650 nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 6 b ünvanındakı bağ evi X2 xx.xx.2022-ci il tarixdən mülkiyyətindədir. Daşınmaz Əmlakın Bağışlanması 671650 nömrəli, xx.xx.2022-ci il tarixli Müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maşatağa qəsəbəsi, Bağ evi 6 B ünvanındakı bağ evini qızı X3 hədiyyə etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park –X5 Departamenti Bağlar Təsərrüfatı İnkişaf və X4 ərazisindəki 6 b nömrəli bağın istifadəyə verilməsi haqqında 22346 saylı Müqavilənin surətindən görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 0.04 hektar torpaq sahəsi olan 6 b nömrəli bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə 10 il müddətinə istifadəsinə verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2-01701/2022 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün müəyyən olunmuş 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı qaldırdığı iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə mülki iş matriallarından da məlum olur ki, iddiaçı ilə cavabdeh xx.xx.1976-cı il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəmədinin 2(008)- 3146/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnamə ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahda olduğu dövürdə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park–X5 Departamenti Bağlar Təsərrüfatı İnkişaf və X4 ərazisindəki 6 b nömrəli bağın istifadəyə verilməsi haqqında 22346 saylı Müqavilə əsasında Sabunçu rayon Maştağa qəsəbəsində yerləşən 0.04 ha olan 6b saylı torpaq cavabdehin istifadəsinə verilmişdir. Daha sonra sözügedən bağ evi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-2587 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, nəqədər ki, iddiaçının cavabdehlə birgə nikah dövründə əldə etmiş olduğu əmlaka pay hüququnun tanınmasını tələb edilən əmlak hazırda cavabdehin mülkiyyətində olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiqi barədə ərizəyə diqqət yetirərək qeyd edir ki, hazırda iddiaçının cavabdehə yönəlmiş olduğu iddia tələbi təmin edilmədiyindən, iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsi zəruruəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1038/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1038/2023
14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver