Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1069/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı xx.xx.1968-ci il təvəllüdlü X4 xx.xx.2020ci il tarixdə 10 aydır çəkdiyi qaraciyər serrozu xəstəliyi səbəbindən yaşadığı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, yeni sahə ünvanında yerləşən mənzilində vəfat etmişdir. Bacısı vəfat etdiyi zaman Bakı şəhəri Təcili və Təxirəsalınmaz tibbi yardım Stansiyasının 10 saylı bölməsinin tibbi heyəti hadisə yerinə gələrək bu faktı təsdiq edən ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib etmişlər. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsələr də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllini qeydiyyat orqanında mümkün olmadığını bildirmişlər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin və tələbin dəqiqləşdirməsi barədə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ- JQ seriyalı 278099 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X6 xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuşdur, ata qrafasında Həsənov Abdulla Balağa oğlu, ana qrafasında X3 qeyd olunmuşdur. İş materiallarında olan Sabunçu rayon VVAQ şöbəsi tərəfindən verilmiş Vİ-JQ seriyalı 462838 №-li nigahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X9 ilə Həsənova Xavər Abdulla qızı xx.xx.1999-cu ildə nikahlarını bağlamışlır, arvada Qəniyeva soyadı verilmişdir. İş materiallarında olan keçmiş Oktyabr rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Həsənova Gülnarə Abdulla qızı xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuşdur, ata qrafasında Həsənov Abdulla Balağa oğlu, ana qrafasında X3 qeyd olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, Həsənova Gülnarə Abdulla qızı ərizəçinin bacısıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı şəhər kliniki xəstəxanası tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Həsənova Gülnarə Abdulla qızına «qaraciyər serrozu» diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyası 10 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə Həsənova Gülnarə Abdulla qızının adına çağırış daxil olmuş, çağırışı 10 saylı bölmənin təcili tibbi yardım birqadası yerinə yetirmiş və həkimə qədər qadın cinsli meyid müəyyən edilmidir. Hazırda ərizəçi bacısı xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. İş materiallarından görünür ki, ərizəçi bununla bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla təqdim edilmiş sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2020ci il tarixdə Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı, Bakı şəhəri Təcili və X8 Stansiyası 10 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1069/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1069/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver