Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-112/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili X1, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayonu Maştağa Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayonu Maştağa Bələdiyyəsi cəlb edilməklə «qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayonu Maştağa Bələdiyyəsi cəlb edilməklə «qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inşa etdiyi 2 (iki) mərtəbəli fərdi yaşayış evinin, zəbt etdiyi Bakı şəhəri, Maştağa-Nardaran yeni yaşayış massivi, məhəllə 52, 10 saylı sahədə (fasadı 11.4 metr, arxa cəhəti 11.4 metr, sağ cəhəti 14.03 metr, sol cəhəti 14.03 metr omaqla) yerləşən 600 kv.m-dən ibarət torpaq sahəsinə düşən hissəsinin sökülməsi və həmin 600 kv.m-dən ibarət torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lenin rayonu X10 İcraiyyə Komitəsinin 02 sentyabr 1988-ci il tarixli 26/10 nömrəli qərarına əsasən mərhum atası X4 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Maştağa-Nardaran yeni yaşayış massivi, məhəllə 52-də yerləşən 10 saylı sahədən (fasadı 11.4 metr, arxa cəhəti 11.4 metr, sağ cəhəti 14.03 metr, sol cəhəti 14.03 metr omaqla) 600 kv.m-dən ibarət torpaq sahəsi verilmişdir. Eyni zamanda həmin torpaq sahəsində 43,3 kv.m ölçüdə 3 (üç) otaqdan ibarət fərdi yaşayış evi layihələndirilmiş və 03 fevral 1989-cu il tarixli, 185-000-109 c nömrə ilə təsdiq edilmişdir. Torpaq sahəsinin mərhum atasına verilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsini zəbt etmiş və orada qanunsuz 2 (iki) mərtəbəli ev tikmişdir. Atası vəfat etməzdən əvvəl məlum mübahisəni özü həll edəcəyini bildirmiş, lakin vəfat etdiyinə görə məsələ yarımçıq qalmışdır. Mərhum atasının vəfatından sonra mübahisənin həllinə nail olmaq üçün cavabdehlə danışığa başladı, lakin heç bir nəticə əldə olunmadı. Cavabdehə təklif olunmuşdur ki, zəbt etdiyi 600 kv.metrdən ibarət torpaq sahəsinin evinin düşdüyü hissəsinə dair bazar dəyərinə uyğun pulunu ödəsin, digər qalan hissəni isə boşaldaraq təhvil versin. Lakin cavabdeh müxtəlif bəhanələrlə işin uzanmasına nail olmuş və nəticədə təklifindən imtina etmişdir. Buna görə də 2018-ci ildən bu günədək cavabdehə qarşı iddia qaldırmağı uzanmışdır. Daha sonra həmin torpaq sahəsinə dair vərəsəlik dairəsi müəyyən olunmuş və bununla bağlı Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu Süleyman Məmmədov tərəfindən 05 sentyabr 2022-ci il tarixli, 667 nömrəli məktub verilmişdir. Göründüyü kimi cavabdeh atasından qalmış miras əmlakı üzrə torpaq sahəsini zəbt etmiş, orada qanunsuz ev tikmiş, tikdiyi evin bir hissəsi isə mübahisəli torpaq sahəsini əhatə edir, digər hissəsindən də həyətyanı torpaq sahəsi kimi istifadə edir. Baxmayaraq ki, dəfələrlə cavabdehə torpaq sahəsini boşaltması barədə xəbərdarlıq olunmuş, o isə buna məhəl qoymamışdır. Mərhum atasından qalmış miras əmlakı üzrə cavabdehin inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi Bakı şəhəri, Maştağa-Nardaran yeni yaşayış massivi, məhəllə 52, 10 saylı sahədə (fasadı 11.4 metr, arxa cəhəti 11.4 metr, sağ cəhəti 14.03 metr, sol cəhəti 14.03 metr omaqla) yerləşən 600 kv.m-dən ibarət torpaq sahəsinə düşən hissəsi onun hesabına sökülməli və həmin torpaq sahəsi boşaldılaraq ona təhvil verməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Sabunçu Rayon Maştağa Bələdiyyəsinin nümayəndəsi X6 izahatında bildirdi ki, İddiaçı, cavabdeh- vətəndaş Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə” mülki iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən Maştağa Bələdiyyəsinə bildiriş sənədi daxil olmuşdur. İddiaçı Bakı şəhər, Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edərək göstərmişdir ki, mərhum atası - Cəlal Tağıyev tərəfindən 1988-ci ildə Maştağa-Nardaran massivi, 50-ci kvartalda 600 kv.m. həcmində torpaq sahəsini fərdi yaşayış evin tikintisindən ötrü alınmışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin torpaq sahəsində qonşuluğunda olan cavabdeh - Cavabdeh həmin sahədən istifadə edir və daş hasara almışdır. Aralarında yaranan mübahisənin həllindən ötrü məhkəməyə müraciət etmişdir. Maştağa Bələdiyyəsi səlahiyyətləri daxilində araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 1988-ci ildə həmin vaxtdakı qaydalara uyğun olaraq hazırda yaşadığı torpaq sahəsini alaraq ona çıxarış sənədinin alınmasına müvəffəq olmuşdur. Ondan fərqli olaraq İddiaçı mərhum atası - Cəlal Tağıyev sənədləşmə işini başa çatdırmamış və müvafiq qaydalara riayət etməyərək və təyinatı üzrə istifadə etməmişdir. Yəni fərdi yaşayış evini inşa etməmişdir, uzun illər sözügedən əraziyə ailə üzvlərindən - vərəsələrindən heç kim gəlməmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsi baxımsız vəziyyətdə olduğundan Cavabdeh həmin sahəni abadlaşdıraraq istifadə etmişdir. Bununla bağlı 2009-cu ildə torpaq sahəsindən istifadə etdiyi üçün onun adına sənədləşdirilməsindən ötrü aidiyyəti üzrə Maştağa bələdiyyəsinə müraciət etmişdir. Maştağa bələdiyyəsi vergiyə cəlb etməklə 600 kv.m həcmində geriyə alınması mümkün olmayan kateqoriyaya aid həmin torpaq sahəsini Cavabdeh istifadəsində saxlanılması barədə sərəncam vermişdir. Maştağa bələdiyyəsi hesab edir ki, sözügedən həmin ərazi Cavabdeh istifadəsində saxlamaqla ona verilməsi barədə Bələdiyyə sərəncamı düzgün və qanunidir. Beləki 16 iyul 1996-cı il tarixli, Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit edilmişdir ki, “1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar saxlanılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyyat fondu torpaqları...” Ona görə də bələdiyyənin hesabında olmuş və coğrafi yerləşməsinə görə “ geriyə alınması mümkün olmayan” həmin 600 kv.m.,həcmində olan torpaq sahəsi müraciətinə əsasən Cavabdeh istifadəsində olduğunu nəzərə alaraq, vergiyə cəlb edilmişdir. Bununla belə Cavabdeh həmin torpaq sahəsinə görədə vergilərini vaxtında və tam ödəməsini təmin etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmaxdan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək idiaa tələbinin təmin edilməsini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olması heç bir hüquqi sənədlə öz əsasını tapmır. Belə ki, iddiaçının mülkiyyətində olması İcra Hakimiyyətinin Qərarından məlum olur. Ekspertiza rəyindən də məlum olur ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Lenin Rayonun X10 İcraiyyə Komitəsinin 26/10 nömrəli, xx.xx.1988-ci il tarixli Qərarının surətindən görünür ki, Maştağa-Nardaran qəsəbəsində 52 nömrəli məhəllədə 10 nömrəli ünvanında 600 kv.m. torpaq sahəsini X3 yaşayış evi tikilməsi üçün verilmişdir. Lenin Rayonun X10 İcraiyyə Komitəsinin 26/10 nömrəli, xx.xx.1988-ci il tarixli Qərarının 9-cu bəndindən görünür ki, tikinti aparan şəxsə OKXA ilə müqavilə bağlandığı gündən etibarən ən gec 1 il müddətində evin tikintisinə başlamaq, 3 il ərzində tikintini başa çatdırmaq və yekunlaşdıqdan sonra obyekti dövlət qəbul komissiyasına təqdim etmək öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2018-ci il tarixli, T-108 nömrəli məktubdan görünür ki, X3 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında keçmiş Lenin rayn XDS İK-nin arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 26/10 saylı qərarının təsdiq edilmiş kserosurəti əlavə edilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X7 01.03.201-ci il tarixdə Moskva şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon Maştağa Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 13 nömrəli Sərəncamından görünür ki, Maştağa qəsəbəsi, Maştağ – Nardaran massivində 600kv.m topraq sahəsi Cavabdeh adına rəsmiləşdirilərək torpaq vergisinə cəlb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Cəlla oğlunun və Cavabdeh adlarına Bakı şəhəri, Sabunçu rayonu, Maşçtağa-Nardaran yeni yaşayış massivi, kvartal 52, sahə 10 ünvanında yerləşən 600 kv.m torpaq sahsəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin dövllət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdətinin Hüquqlarının Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 Massivi 52-ci kvartal, ev 12 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 282.6 kv.m olan fərdi yaşayış evi **********91-10301 reyestr nömrəsi ilə xx.xx.2016-cı il tarixdən Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9164 nömrəli rəydən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssi rəyinə əsasən aşağıdakılar müəyyən olunur. Göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 600.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 600.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 600.0 kv.m sahə ümumi 1173.0 kv.m olan hasardaxili sahənin bir hissəsidir.Ümumi sahənin 600.0 kv.m hissəsi (o cümlədən üzərindəki tikililər) **********91-10301 reyestr nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyətindədir. Göstərilən 600 kv.m sahənin 29.0 kv.m hissəsi cavabdehin xüsusi mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-50987/2025 nömrəli mütəxəssi rəyindən grünür ki, torpaq sahəsi faktiki olaraq hasardaxili 0.1173 ha təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsinin və ümumi hasar daxilində **********91-10301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmış 0.06 ha sahənin koordinatlarını əks etdirən izahlı baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən X4 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilmədiyindən sahənin mövqeyini və sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, Lenin Rayonu X10 İcraiyyə Komitəsinin 26/10 nömrəli, xx.xx.1988-ci il tarixli Qərarı ilə iddiaçının atası X4 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran yeni yaşayış massivi, kvartal 52, sahə 10 ünvanında fərdi yaşayış evi tikmək məqsədi ilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək onun atasına ev tikmək məqsədi ilə ayrılmış 600 kv.m olan torpaq sahəsinin hazırda cavabdehin istifadəsində olduğunu bildirmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdehin **********91-10301 reyestr nömrəsi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 Massivi 52-ci kvartal, ev 12 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin yerləşdiyi hasar daxilində əlavə olaraq 573 kv.m olan torpaq sahəsi mövcuddur. İddiaçının atasına et tikmək məqsədi ilə ayrılmış 600 kv.m olan torpaq sahəsi ilə cavabdehin hazırda hasarlayaraq istifadə etdiyi 573 kv.m olan torpaq sahəsinin eyni torpaq sahəsi olunmasını müəyyən edilməsi məqəsdi ilə məhkəmənin müvafiq qərardadları ilə ekspertizalar keçirilmişdir. Lakin ekspertizaların vermiş olduğu rəylərdən də müəyyən edilir ki, X4 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilməmiş, məhz bu səbəbdən torpaq sahənin mövqeyini və sənədin göstərilən sahəyə yəni cavabdehin istifadəsində qalan 573 kv.m olan sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, nə qədərki X4 ayrılmış torpaq sahəsinin harada yerləşməsi müəyyən edilə bilmir, yəni iddiaçının iddia etdiyi torpaq sahəsinin məhz cavabdehin hazırda istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilə bilmdəyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbləri təmin edilmədiyindən hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «Cavabdeh inşa etdiyi 2 (iki) mərtəbəli fərdi yaşayış evinin, zəbt etdiyi Bakı şəhəri, Maştağa-Nardaran yeni yaşayış massivi, məhəllə 52, 10 saylı sahədə (fasadı 11.4 metr, arxa cəhəti 11.4 metr, sağ cəhəti 14.03 metr, sol cəhəti 14.03 metr omaqla) yerləşən 600 kv.m-dən ibarət torpaq sahəsinə düşən hissəsinin sökülməsi və həmin 600 kv.m-dən ibarət torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıyə aid edilsin. Ödənilmiş 50 manat ekspetiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-112/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-112/2025
25.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver